Alman nazir hoteldə ölü tapıldı: İlkin səbəb açıqlandı

Alman nazir hoteldə ölü tapıldı: İlkin səbəb açıqlandıAlmaniya paytaxtının rəsmi qurumları hesab edirlər ki, Berlindəki hotellərdən birində meyiti aşkarlanan Bavariya baş nazirinin müavini, eyni zamanda, iqtisadiyyat naziri və Azad Seçicilər Partiyasının (Freie Wähler) sədri Hubert Ayvanger vəfat edib.

Oxu.Az xəbər verir ki, bu barədə mənbələrə istinadən "Tagesspiegel" nəşri məlumat yayıb.

Qəzetin yazdığına görə, siyasətçinin ölümünə sağlamlıq problemləri səbəb ola bilərdi. Bununla yanaşı, polis və prokurorluq orqanları hadisənin dəqiq təfərrüatını aydınlaşdırmaq və kənar şəxslərin müdaxiləsini istisna etmək məqsədilə araşdırmaları davam etdirir.

Belə ki, nəşrin məlumatına əsasən, noyabrın 4-də yerli vaxtla saat 22:30-da (Bakı vaxtı ilə noyabrın 5-də 01:30) Ayvangerin meyitinin aşkarlandığı hotelə Berlin Cinayət Polisi İdarəsinin (LKA) xüsusilə ağır cinayətlər üzrə istintaq qrupu, o cümlədən qətl şöbəsinin əməkdaşları gəliblər.

Qeyd edək ki, siyasətçi Hubert Ayvangerin vəfat etməsi barədə xəbər noyabrın 4-də ictimaiyyətə açıqlanıb. Onun meyiti paytaxt Berlində yerləşən "Neuer Fritz" hotelində aşkar edilib. "Bild" qəzetinin yazdığına əsasən, siyasətçi həmin tarixdə Azad Seçicilər Partiyasının Berlindəki ofisinin açılış mərasiminə qatılmalı olsa da, səhhəti pisləşdiyinə görə tədbirdə iştirak edə bilməyib.

01:16

Almaniyanın "Azad Seçicilər" (FW) partiyasının lideri, Bavariyanın iqtisadiyyat naziri Hubert Ayvanqer Berlin hotellərindən birində ölü vəziyyətdə aşkarlanıb.

Oxu.Az xəbər verir ki, bu barədə "Bild" qəzeti Bavariya hökumətindəki və Berlin polisindəki mənbələrinə istinadən məlumat yayıb.

Nəşrin məlumatına görə, noyabrın 4-də, çərşənbə günü Berlində "Azad Seçicilər" partiyasının yeni ofisinin açılışı keçirilib. Lakin 55 yaşlı Ayvanqer özünü pis hiss etdiyini bildirdiyi üçün tədbirdə iştirak etməyib. O, şəhərin mərkəzində yerləşən "Neuer Fritz" hotelində qalıb.

Onun ölüm səbəbi hələlik məlum deyil.

Qeyd edək ki, siyasətçi evli olmayıb. O, Taniya Şvaygerlə birlikdə yaşayıb. Cütlüyün iki övladı var.


Sonxeber.az
Telegramda izləyin
Dünyada   Baxılıb: 245   Tarix: 05 noyabr 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

İranın ABŞ seçkilərinə reaksiyası yenidən hərbi əməliyyatlara səbəb ola bilər

İranın ABŞ-dakı ara seçkilərin nəticələrinə reaksiyası prezident Donald Trampı hərbi əməliyyatlara yenidən başlamağa sövq edə bilər. xəbər verir ki, bu barədə Axios mənbələrə istinadən iddia edir. "Vasitəçilik prosesində iştirak edən diplomatlar, Trampın müşavirləri və Yaxın Şərq üzrə ekspertlə

5 noyabr
.

Bu ölkədə analoq telefon dövrü bitir - Xəbərdarlıq edildi

Böyük Britaniyada köhnə mis kabel infrastrukturuna əsaslanan ənənəvi analoq telefon xətlərinin istifadəsi başa çatır. "Qafqazinfo"nun məlumatına görə, "BT Group" çətiri altında fəaliyyət göstərən şəbəkə operatoru "Openreach" xəbərdarlıq edib ki, 31 yanvar 2027-ci ildə analo

3 noyabr
.

Lixtenşteyn şahzadəsi gürcü aristokratla evləndi - 5 illik gizli sevgi hekayəsi

Avropanın kiçik dövlətlərindən biri olan Lixtenşteynin şahzadəsi Mariya İmmakulata Gürcüstanın keçmiş kral ailəsinə mənsub Zurab Dzidziguri ilə ailə həyatı qurub. Beş il davam edən münasibətlərini ictimaiyyətdən uzaq saxlayan cütlüyün toyu Avstriyanın paytaxtı Vyanada baş tutub. Qaynarinfo xəbər veri

3 noyabr
.

Çin sədrinin müavini Türkiyə və Gürcüstana səfər edəcək

Çin Xalq Respublikasının (ÇXR) sədrinin müavini Han Çjen noyabrın 6-dan 12-dək Türkiyə və Gürcüstanda səfərdə olacaq. xəbər verir ki, bu barədə Çinin Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mao Nin məlumat verib. Onun sözlərinə görə, Çin sədri Si Cinpinqin xüsusi nümayəndəsi Han Çjen Türkiyə Prezident

4 noyabr
.

Ursula fon der Lyayen Navrotski ilə birgə mətbuat konfransında iştirakdan imtina edib

Avropa Komissiyasının (AK) sədri Ursula fon der Lyayen Polşa Prezidenti Karol Navrotskinin də iştirak edəcəyi Slovakiyanın Trençin şəhərində birgə mətbuat konfransına qatılmaqdan imtina edib. xəbər verir ki, bu barədə "Bloomberg" agentliyi məlumat yayıb. Qərar Polşada Konstitusiya Məhkəməs

5 noyabr
.

Britaniya müdafiə və süni intellekt sahəsində Çindən asılı vəziyyətə düşüb: Milli təhlükəsizlik risk altındadır

Böyük Britaniyanın müdafiə sənayesi, süni intellekt infrastrukturu və bərpaolunan enerji sektoru üçün zəruri olan kritik mineralların tədarükündə Çindən asılılığı ciddi təhlükə kimi qiymətləndirilib. The Guardian-a istinadən xəbər verir ki, Britaniya parlamentinin Biznes, innovasiya, elm və ticarət komitəs

5 noyabr
.

Nuhun gəmisi sirri: Alimlər yanmış qalıqlar aşkar etdilər

Türkiyənin şərqində, Ağrı dağı yaxınlığında yerləşən Durupınar geoloji formasiyasında aparılan araşdırmalar zamanı yerin təxminən 9 metr dərinliyində kömürləşmiş və yanmamış taxta parçaları aşkarlanıb. Tədqiqatçılar bu qalıqların Bibliyada adı çəkilən Nuhun gəmisinə aid ola biləcəyini ehtimal edirlər

3 noyabr
.

Ata "Halloween"də uşaqlarına paylanan şirniyyatların içində kiçik mıxlar tapdı

Avstriyada "Halloween" bayramı zamanı naməlum şəxslər tərəfindən uşaqlara paylanan şirniyyatların içərisində mıxlar aşkar edilib. "Qafqazinfo" xəbər verir ki, bu haqda "Krone" nəşri məlumat yayıb. Bildirilir ki, Lints şəhərindən olan 28 yaşlı bir ata uşaqlarının "Halloween"

3 noyabr
.

ABŞ-İran müharibəsində gərginlik artır: Vaşinqtondan yeni zərbələr, Tehran isə cavab hazırlayır

ABŞ və İran arasında hərbi qarşıdurma təhlükəsi yenidən gündəmə gəlib. Hörmüz boğazında baş verən hadisələr, ABŞ-ın İranın strateji ərazilərinə endirdiyi zərbələr və tərəflərin qarşılıqlı bəyanatları regionda vəziyyəti daha da gərginləşdirib. Məlumatlara görə, ABŞ qüvvələri İranın Qeşm adasında yerləşə

4 noyabr