Ursula fon der Lyayen Navrotski ilə birgə mətbuat konfransında iştirakdan imtina edib
Avropa Komissiyasının (AK) sədri Ursula fon der Lyayen Polşa Prezidenti Karol Navrotskinin də iştirak edəcəyi Slovakiyanın Trençin şəhərində birgə mətbuat konfransına qatılmaqdan imtina edib.
Bizimyol.info xəbər verir ki, bu barədə "Bloomberg" agentliyi məlumat yayıb.
Qərar Polşada Konstitusiya Məhkəməsi ətrafında yaranmış siyasi böhranın kəskinləşməsi fonunda qəbul edilib.
Planlaşdırılırdı ki, fon der Lyayen Vişeqrad Qrupunun (Slovakiya, Çexiya, Macarıstan və Polşa) Trençində keçirilən sammitinin yekunlarına dair birgə mətbuat konfransında çıxış etsin.
Avropa Komissiyasının sədri Vişeqrad Qrupu ölkələrinin prezidentlərinin görüşündə iştirakdan da imtina etmək istəyib. Lakin bu addımın mənfi reaksiyalara səbəb ola biləcəyindən ehtiyat edərək fikrini dəyişib.
Polşada siyasi böhran Baş nazir Donald Tuskun öz hökumətinin keçmiş üzvü Maciej Bereki Konstitusiya Məhkəməsinin hakimi təyin etmək qərarından sonra başlayıb.
Son həftələr ərzində məhkəmənin binası qarşısında mütəmadi olaraq etiraz aksiyaları keçirilib. Oktyabrın 30-da Polşanın ədliyyə naziri Valdemar Jurek Konstitusiya Məhkəməsinin sədri vəzifəsini icra edən Boqdan Şvençkovskinin vəzifəsindən kənarlaşdırılması və toxunulmazlığının ləğv edilməsi ilə bağlı vəsatət təqdim edib.
Bunun ardınca məhkəmənin ərazisinin mühafizəsinə əlavə polis qüvvələri cəlb olunub. Oktyabrın 31-nə keçən gecə etirazçılar məhkəmənin binası qarşısına toplaşaraq mühafizə səddini yarmağa cəhd ediblər. Polis üç nəfəri saxlayıb.
Böhranın daha da kəskinləşməsi səbəbindən Polşa Prezidenti Karol Navrotski Seneqala səfərini yarımçıq dayandıraraq Varşavaya qayıdıb.
Polşanın bir sıra müxalifət siyasətçiləri ölkədə baş verənləri dövlət çevrilişinə cəhd kimi qiymətləndiriblər.
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Birgə mülkiyyətdə olan evi digər sahiblərin razılığı olmadan satmaq mümkündürmü? - AÇIQLAMA
Temperatur 10° enəcək - Xəbərdarlıq
Uşağın doğulmasına görə müavinət - 900 manat artırılır
Xırdalanda 12 yaşlı qızın evdən getməsinin səbəbi bilindi
Keçmiş nazirin oğluna vəzifə verildi
Sabahdan güclü külək başlayır - Xəbərdarlıq
XXI əsrdə Bakı sakinləri avtobus növbəsində əsir qalıb: AYNA və BakuBus sərnişinləri niyə bu zülmə məhkum edir? - İQTİSADÇIDAN AÇIQLAMA
Kərə yağı alarkən aldanmayın: Keyfiyyətli məhsulu necə seçmək olar? - QİDA EKSPERTİNDƏN AÇIQLAMA
Bakı və Abşeronda sərt hava xəbərdarlığı: Qurumlar hansı tədbirləri görürlər?
Ramiz Mehdiyevin çevriliş planını Rusiyaya o çatdırırmış
Hamiləliyə və doğuma görə verilən müavinət artırılır
Şimali Koreya yenidən ballistik raketlər atdı: ABŞ və müttəfiqləri hərəkətə keçdi
Əhaliyə XƏBƏRDARLIQ - Noyabrın 14-nə qədər davam edəcək
Avropa Məhkəməsi Əli Kərimlinin iddiasını rədd etdi
Paşinyanın arvadı və qızlarının bahalı zövqləri: Gündəlik xərclənən 1.7 milyon