Əraqçı 48 saatda 12 ölkənin naziri ilə məsləhətləşdi
İranın xarici işlər naziri Abbas Əraqçı son iki gün ərzində 12 ölkədən olan həmkarı ilə telefon əlaqəsi saxladığını, regionda cərəyan edən prosesləri, həmçinin ABŞ və İsrailin eskalasiyaya səbəb olan addımlarının fəsadlarını müzakirə etdiyini bildirib.
Oxu.Az xəbər verir ki, bu barədə diplomat sosial şəbəkə hesabında paylaşım edib.
"Ötən 48 saat ərzində Oman, Misir, İordaniya, Səudiyyə Ərəbistanı, Qətər, Kipr, Türkiyə, Küveyt, BƏƏ, Tunis, İraq və Pakistandan olan 12 həmkarımla ayrı-ayrılıqda apardığım telefon danışıqlarında ən son regional və beynəlxalq prosesləri, eləcə də ABŞ və İsrailin gərginliyi artıran fəaliyyətlərinin nəticələrini diqqət mərkəzində saxladıq", - deyə nazir vurğulayıb.
Əraqçının sözlərinə görə, məsləhətləşmələr zamanı ölkələrin milli suverenliyinə hörmətlə yanaşılmasının, təhdid və təcavüzlərə son qoyulmasının, dağıdıcı xarici müdaxilələrdən imtina edilməsinin vacibliyini vurğulayıb, qeyri-sabitliyin yayılmasının qarşısının alınmasında region dövlətlərinin məsuliyyət daşıdığını bildirib.
Eyni zamanda, diplomat İranın öz milli təhlükəsizliyini və suverenliyini qorumaq üçün qanuni hüquqa malik olduğunu, kənar qüvvələrin müdaxiləsi olmadan regional təhlükəsizlik mexanizmlərinin yaradılmasının zəruriliyini ön plana çəkib.
Sonxeber.az
Telegramda izləyin
Dünyada Baxılıb: 229 Tarix: 07 noyabr 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Süni intellekt heyvanların sayımında alimlərə kömək etdi
Süni intellekt təbiətin və heyvanların qorunması sahəsində yeni imkanlar yaradıb. xəbər verir ki, "Reuters"in araşdırmasına görə, texnologiya 200 min vəhşi təbiət fotosunu cəmi bir neçə saata təhlil edərək alimlərə heyvanların sayını müəyyənləşdirməyə kömək edib. Süni intellekt həmçinin meş
8 noyabrİranda nüvə hücumuna hazırlıq başladı: Əhaliyə yod paylayır
ABŞ-nin ehtimal olunan zərbəsi ilə bağlı yaranan təşviş fonunda İran hökuməti nüvə obyektlərinin yaxınlığında yaşayan sakinlərə yod həbləri paylamağa başlayıb. xəbər verir ki, bu barədə "The Times" nəşri İranın Səhiyyə Nazirliyinin nümayəndəsinə istinadən yazıb. Bildirilib ki, dərman preparatlar
8 noyabrDünyadan "ərzaq yığın" ÇAĞIRIŞI: Niyə məhz 3 gün? - ŞOK DETALLAR - VİDEO
Dünyanın bir çox ölkəsi eyni vaxtda vətəndaşlarına evlərində ərzaq və su ehtiyatı toplamaqla bağlı çağırış edərək həyəcan təbili çaldı. Bəs bu addımın arxasında hansı səbəblər dayanır və əslində nə baş verir?. "GZT"yə istinadən xəbər verir ki, müasir dövrdə hər hansı bir ölkəni böhrana sürükləmə
8 noyabrUkrayna Baskov, Kirkorov və Priqojini qara siyahıya saldı
Rusiyanın Xalq artistləri - Nikolay Baskov və Filipp Kirkorov, eləcə də musiqi prodüseri İosif Priqojin Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin məlumat bazasına salınıblar. xəbər verir ki, bu barədə "War&Sanctions" məlumat bazasının portalında dərc olunub. Baza tərtibatçılar
8 noyabr