Dünyada əhali qocalır: Alimlər bunu tarixdə görünməmiş proses adlandırır
Dünyada əhalinin azalması və yaşlanması bəşəriyyətin tarixində indiyədək rast gəlinməyən demoqrafik prosesə çevrilir. Əvvəlki dövrlərdə əhali sayının azalması əsasən müharibələr, epidemiyalar, ölüm hallarının artması və həyat şəraitinin pisləşməsi ilə bağlı idisə, hazırda bu tendensiya yaşayış səviyyəsinin yüksəldiyi ölkələrdə doğum səviyyəsinin aşağı düşməsi nəticəsində baş verir.
Qaynarinfo xəbər verir ki, bu barədə Ali İqtisadiyyat Məktəbinin Sabitlik və Risklərin Təhlili Mərkəzinin direktoru, professor Andrey Korotayev gazeta.ru-ya açıqlamasında danışıb.
Alimin sözlərinə görə, Rusiya, Çin, İtaliya və bir sıra digər ölkələrdə əhalinin azalması əvvəlki demoqrafik böhranlardan əsaslı şəkildə fərqlənir. Belə ki, hazırda ən aşağı doğum göstəriciləri əsasən iqtisadi baxımdan daha inkişaf etmiş və rifah səviyyəsi yüksək olan ölkələrdə qeydə alınır. Ən yoxsul ölkələrdə isə doğum səviyyəsi hələ də yüksək olaraq qalır.
Bu prosesin əsas nəticələrindən biri əhalinin sürətlə yaşlanmasıdır. Korotayev hesab edir ki, müasir Yaponiya və İtaliyada yaşlı insanların ümumi əhali içərisində payı tarixdə əvvəllər heç bir cəmiyyətdə müşahidə olunmayan səviyyəyə çatıb.
Onun fikrincə, yaxın illərdə belə ölkələrin sayı daha da artacaq. Çin, Hindistanın əksər ştatları, Türkiyə, Tailand və Braziliya da doğum səviyyəsinin nəsillərin sadə əvəzlənməsi üçün zəruri həddən aşağı düşdüyü və əhalinin yaşlandığı ölkələr sırasındadır.
Professor vurğulayıb ki, bəşəriyyət indiyədək bu miqyasda yaşlanan cəmiyyətlərin idarə olunması təcrübəsinə malik olmayıb. Buna görə də dövlətlər gələcəkdə pensiya sistemlərinin, səhiyyənin, əmək bazarının və sosial təminat mexanizmlərinin necə dəyişəcəyini müəyyənləşdirməyə çalışırlar.
Alimin sözlərinə görə, hazırkı demoqrafik dəyişikliklər qlobal demoqrafik keçidin tərkib hissəsidir. Əvvəlki əhali azalmaları əsasən ölüm hallarının artması ilə müşayiət olunduğu halda, indiki prosesin başlıca səbəbi doğum səviyyəsinin davamlı şəkildə aşağı düşməsidir.
Korotayev hesab edir ki, dünya keyfiyyətcə yeni demoqrafik mərhələyə keçir. Bu mərhələdə əvvəlki dövrlərin qanunauyğunluqları artıq eyni şəkildə işləmir və bəşəriyyət qarşısında indiyədək üzləşmədiyi yeni sosial-iqtisadi çağırışlar yaranır.
Sonxeber.az
Telegramda izləyin
Dünyada Baxılıb: 107 Tarix: 12 noyabr 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Tramp respublikaçı Tomas Massini "tam uğursuz" adlandırıb
ABŞ Prezidenti Donald Tramp Pentaqon rəhbəri Pit Heqsetin öz impiçmenti təşəbbüsü ilə bağlı çıxışını şərh edərkən konqresmen Tomas Massini "tam uğursuz" adlandırıb. xəbər verir ki, bu barədə ABŞ lideri "Truth Social"da yazıb. "Pit Heqset narazı, qəzəbli və məğlub olmuş, tam uğursu
10 noyabrNASA Ay infrastrukturu üçün 10 mlrd. dollar vəsait ayırıb
NASA Ay infrastrukturu üçün 10 milyard dollara qədər vəsait ayırıb. xəbər verir ki, bu barədə NASA administratoru Cared İsaakman məlumat verib. O qeyd edib ki, Aya yüklərin çatdırılması, kosmik gəmilərin buraxılması və gələcək Ay infrastrukturunun elementlərinin qurulması üçün yeni müqavilələr imzalanıb:
11 noyabrAlimlər plastikdən almaz əldə etməyin yolunu tapdı
Plastik butulkaların hazırlanmasında istifadə olunan materialdan laboratoriya şəraitində almaz əldə etmək mümkün olub. Almaniyalı fiziklər güclü lazer şüası vasitəsilə PET plyonkasını nanodiamantlara çevirməyə nail olublar. Qaynarinfo xəbər verir ki, Almaniyanın Drezden şəhərindəki Helmholts Mərkəzini
12 noyabrPaşinyan Parisdən Antalyaya gedəcək
Ermənistan Baş naziri Nikol Paşinyan noyabrın 11-də Türkiyə Respublikasına işgüzar səfər edəcək. xəbər verir ki, Baş nazir Antalyada keçiriləcək İqlim Dəyişikliyi üzrə Birləşmiş Millətlər Təşkilatının Çərçivə Konvensiyasının 31-ci Tərəflər Konfransı (COP31) çərçivəsində Liderlər Zirvəsində iştirak edəcək
11 noyabrDubaya gedən tanker vuruldu - yaralılar var
Körfəzdə Liberiya bayrağı altında üzən tanker hücuma məruz qalıb. TASS xəbər verir ki, bu barədə Hindistanın limanlar, su yolları və gəmiçilik naziri Sarbananda Sonoval məlumat verib. "MT Fujairah Energy" adlı VLCC sinifli tanker noyabrın 10-da Ər-Rüveys limanından Dubaya doğru hərəkət edərkə
11 noyabrTramp Putinə Avropa ilə yeni təhlükəsizlik müqaviləsi hazırlamağı təklif etdi
ABŞ Rusiyanın Avropa ilə yeni təhlükəsizlik müqaviləsi hazırlamasını təklif edib. Onlar bildiriblər ki, bu məsələ Əbu-Dabidə Ukrayna ilə bağlı danışıqların əsas mövzusu olub. xəbər verir ki, görüşdə Rusiya nümayəndə heyəti iddia edib ki, Ukraynadakı tammiqyaslı müharibə keçmiş ABŞ prezidenti Co Baydeni
12 noyabrUrsula fon der Lyayen: Rusiyaya qarşı yeni sanksiyalar paketi təqdim olunacaq
Avropa Komissiyasının Prezidenti Ursula fon der Lyayen Əbu-Dabidə Rusiya-Ukrayna müharibəsinin başa çatdırılması ilə bağlı keçirilən danışıqlarda Avropa nümayəndələrinin iştirakını müsbət qiymətləndirib. APA xəbər verir ki, o, bunu Avropa Siyasi Birliyinin sammitindən əvvəl jurnalistlərə açıqlamasınd
12 noyabr