Ursula fon der Lyayen: Rusiyaya qarşı yeni sanksiyalar paketi təqdim olunacaq
Avropa Komissiyasının Prezidenti Ursula fon der Lyayen Əbu-Dabidə Rusiya-Ukrayna müharibəsinin başa çatdırılması ilə bağlı keçirilən danışıqlarda Avropa nümayəndələrinin iştirakını müsbət qiymətləndirib.
APA xəbər verir ki, o, bunu Avropa Siyasi Birliyinin sammitindən əvvəl jurnalistlərə açıqlamasında bildirib.
Fon der Lyayenin sözlərinə görə, Avropa nümayəndələrinin danışıqlarda iştirakı həm Avropanın maraqlarının qorunması, həm də Ukrayna Prezidenti Volodimir Zelenskinin bu istiqamətdəki müraciəti baxımından əhəmiyyətlidir.
"Əbu-Dabidə keçirilən sülh danışıqlarını çox müsbət qarşılayıram. Avropalıların orada təmsil olunması həm maraqlarımızın qorunması, həm də Prezident Zelenskinin xahişi baxımından yaxşıdır. O, danışıqlarda avropalıların ona dəstək verməsini istəyib", - Avropa Komissiyasının rəhbəri bildirib.
O vurğulayıb ki, Avropa İttifaqı müharibə dövründə olduğu kimi, sülh şəraitində də Ukraynanı dəstəkləməyə davam edəcək.
Fon der Lyayen, həmçinin, Avropa Komissiyasının Rusiyaya qarşı 22-ci sanksiyalar paketini hazırladığını və 2027-ci ildə Ukraynanın maliyyə ehtiyaclarının qarşılanması ilə bağlı təklif üzərində işlədiyini açıqlayıb.
Onun sözlərinə görə, sanksiyalar paketi və Ukraynanın maliyyə ehtiyaclarının ödənilməsinə dair təklif növbəti Avropa İttifaqı Şurasının iclasından əvvəl təqdim olunacaq.
Sonxeber.az
Telegramda izləyin
Dünyada Baxılıb: 110 Tarix: 12 noyabr 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
İraqda 60-dan çox məktəbli boğulma əlamətləri ilə xəstəxanaya aparılıb
İraqın Meysan əyalətindəki Əz-Zəhra Hazırlıq Məktəbindən 61 qız şagird boğulma əlamətləri ilə xəstəxanaya aparılıb. xəbər verir ki, bu barədə "İNA" agentliyi məlumat yayıb. Məlumata əsasən, hadisənin səbəbi yaxınlıqdakı müəssisələrdən birində baş verən xlor sızması olub. Qeyd edək ki, həmi
11 noyabrPaşinyan Parisdə Makronla görüşüb
Ermənistanın Baş naziri Nikol Paşinyan Parisdə Fransa Prezidenti Emmanuel Makronla görüşüb. xəbər verir ki, bu barədə Ermənistan Baş nazirinin mətbuat katibi Melaniya Harutyunyan sosial media hesabında məlumat yayıb. Bildirilib ki, görüş Parisdəki Yelisey Sarayında baş tutub. Qeyd edək ki, Nikol Paşinya
10 noyabrRus ordusu iki kəndi işğal etdi
Rusiya ordusu Zaporojye vilayətinin Voskresenka və Donetsk vilayətinin Şilovka yaşayış məntəqələrini işğal edib. xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb
11 noyabrTramp respublikaçı Tomas Massini "tam uğursuz" adlandırıb
ABŞ Prezidenti Donald Tramp Pentaqon rəhbəri Pit Heqsetin öz impiçmenti təşəbbüsü ilə bağlı çıxışını şərh edərkən konqresmen Tomas Massini "tam uğursuz" adlandırıb. xəbər verir ki, bu barədə ABŞ lideri "Truth Social"da yazıb. "Pit Heqset narazı, qəzəbli və məğlub olmuş, tam uğursu
10 noyabrAfrikada Çin nümunəsi: 7 min kilometrlik "Yaşıl divar" yaradılır
Səhralaşma ilə mübarizə aparmaq üçün Çin təxminən 50 il əvvəl başladığı nəhəng ekoloji layihədə mühüm nəticələr əldə edib. Ölkə Taklamakan səhrasının ətrafında 3046 kilometr uzunluğunda yaşıllıq zolağı yaradıb. İndi isə Afrika ölkələri Saxaranın genişlənməsinin qarşısını almaq üçün bundan da böyük layih
11 noyabrDünyada əhali qocalır: Alimlər bunu tarixdə görünməmiş proses adlandırır
Dünyada əhalinin azalması və yaşlanması bəşəriyyətin tarixində indiyədək rast gəlinməyən demoqrafik prosesə çevrilir. Əvvəlki dövrlərdə əhali sayının azalması əsasən müharibələr, epidemiyalar, ölüm hallarının artması və həyat şəraitinin pisləşməsi ilə bağlı idisə, hazırda bu tendensiya yaşayış səviyyəsini
12 noyabrPutin Trampın xüsusi elçisi ilə görüşüb
Rusiya Prezidenti Vladimir Putin Kremldə ABŞ Prezidentinin xüsusi elçisi Stiv Uitkoff və Cared Kuşnerlə görüşüb. Bu barədə TASS Kremlə istinadən məlumat yayıb. Danışıqlarda Ukrayna münaqişəsinin nizamlanması, humanitar məsələlər və Avropanın gələcək təhlükəsizlik arxitekturası müzakirə olunub. Puti
12 noyabrMavi balinadan daha uzun: Hind okeanında qeyri-adi nəhəng aşkar edildi
Hind okeanının dibində uzunluğu 120 metrə çata bilən qeyri-adi dəniz canlısı aşkarlanıb. Alimlərin fikrincə, bu canlı planetdə indiyədək qeydə alınmış ən uzun heyvan ola bilər. Qaynarinfo xəbər verir ki, bu barədə "Kertvar" portalı məlumat yayıb. Söhbət sifonofor adlanan dəniz canlısından gedir
11 noyabr