Dublində 50-yə yaxın ölkənin liderləri bir araya gəlir: Azərbaycan üçün mühüm məsələlər müzakirə olunacaq

Dublində 50-yə yaxın ölkənin liderləri bir araya gəlir: Azərbaycan üçün mühüm məsələlər müzakirə olunacaqİrlandiyanın paytaxtı Dublində Avropa Siyasi Birliyinin (ASB) sammitinə start verilib. Görüşdə Avropa ölkələri ilə yanaşı, digər tərəfdaş dövlətləri təmsil edən 50-yə yaxın ölkənin liderləri iştirak edir. Kanada da sammitə xüsusi qonaq qismində dəvət olunub.

Sonxeber.az xəbər verir ki, Dublin Konqres Mərkəzində keçirilən tədbirə Avropa İttifaqı Şurasının Prezidenti Antonio Koşta və İrlandiyanın Baş naziri Mixal Martin həmsədrlik edirlər.

"Avropa - güclü, təhlükəsiz və əlaqəli" şüarı ilə təşkil olunan sammitdə qitənin təhlükəsizlik arxitekturası, Rusiya-Ukrayna müharibəsi, enerji təminatı, iqtisadi rəqabət və nəqliyyat əlaqələrinin genişləndirilməsi əsas müzakirə mövzularıdır.

Görüşdə Avropa dövlətlərinin müdafiə potensialının artırılması, kiberhücumlar və dezinformasiya ilə mübarizə, eləcə də təhlükəsizlik sahəsində Avropa ilə ABŞ arasında məsuliyyət bölgüsü məsələlərinin də müzakirəsi nəzərdə tutulur.

İqtisadi məsələlər sırasında rəqəmsal infrastrukturun inkişafı, innovasiyaların təşviqi, enerji resurslarının etibarlı təchizatı və Avropa iqtisadiyyatının qlobal böhranlara qarşı dayanıqlığının gücləndirilməsi xüsusi yer tutur.

Sammit Azərbaycan baxımından da diqqət çəkən siyasi platformadır. Ölkəmizin Avropanın enerji təhlükəsizliyindəki rolu, Cənubi Qafqazda sülh gündəliyi və Orta Dəhlizin inkişafı müzakirə edilən istiqamətlərlə birbaşa əlaqəlidir. Xüsusilə Cənub Qaz Dəhlizi vasitəsilə Avropaya qaz ixracı Azərbaycanın enerji tərəfdaşı kimi əhəmiyyətini artırır.

Azərbaycan və Ermənistan arasında sülh prosesinin davam etdirilməsi, regionda uzunmüddətli sabitliyin təmin olunması, həmçinin Asiya ilə Avropanı birləşdirən nəqliyyat marşrutlarının genişləndirilməsi də Avropa üçün strateji əhəmiyyət daşıyan məsələlərdəndir.

Qeyd edək ki, Avropa Siyasi Birliyi 2022-ci ildə yaradılıb. Platformanın əsas məqsədi Avropa İttifaqına üzv olan və olmayan ölkələr arasında siyasi dialoqu və əməkdaşlığı gücləndirməkdir. Təşkilat ayrıca hüquqi öhdəliklər yaradan qərarlar qəbul etmir və yeni Aİ institutlarının yaradılmasını nəzərdə tutmur.

Məlumata görə, Avropa Siyasi Birliyinin növbəti sammitinin 2028-ci ilin mayında Azərbaycanda keçirilməsi planlaşdırılır. Bu isə Bakıya Avropa ölkələrinin liderlərini qəbul etmək və regional məsələlərlə bağlı beynəlxalq dialoqa ev sahibliyi etmək imkanı verəcək.

Dublindəki sammitin ardından noyabrın 13-də Avropa İttifaqına üzv 27 ölkənin liderləri ayrıca qeyri-rəsmi görüş keçirəcəklər.

Müəllif: İlkin Məmmədkərmov


Sonxeber.az
Telegramda izləyin
Siyasət   Baxılıb: 119   Tarix: 12 noyabr 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Prezident xanımı ilə Liderlər Sammitində - Video - Fotolar - Yenilənib

Türkiyənin Antalya şəhərində BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyasının (COP31) Liderlər Sammiti keçirilib. "Qafqazinfo" xəbər verir ki, Azərbaycan Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyeva tədbird

11 noyabr
.

Prezidentin Xankəndidən xalqa ünvanlanan təbriki böyük maraqla qarşılanıb

Prezident İlham Əliyevin Zəfər Günü münasibətilə Azərbaycan xalqına Xankəndidən ünvanladığı təbriki tarixi Qələbəmizin siyasi, hərbi, mənəvi və ideoloji əhəmiyyətini bir daha nümayiş etdirir. Təbrikin məhz Xankəndidə, Zəfər tağının önündə səsləndirilməsi Azərbaycanın dövlət suverenliyinin, milli iradəsini

11 noyabr
.

Prezidentin sosial şəbəkə hesablarında Konstitusiya Günü ilə bağlı - Paylaşım

Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında 12 noyabr - Konstitusiya Günü ilə bağlı paylaşım edilib. "Qafqazinfo" həmin paylaşımı təqdim edir:

12 noyabr
.

Zəfərdən suverenliyə və güclü dövlət quruculuğuna gedən yol

Azərbaycan Prezidenti İlham Əliyevin Xankəndidə, şanlı Zəfərin şərəfinə ucaldılmış ikinci Zəfər tağının önündə etdiyi müraciət ölkənin keçdiyi tarixi yolun və qarşıda duran vəzifələrin qiymətləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır. Bu çıxışın məhz Xankəndidə səsləndirilməsi ona xüsusi məna verir

11 noyabr
.

Prezident həmkarına başsağlığı verdi

Azərbaycan Prezidenti İlham Əliyev Bolqarıstan Prezidenti İliyana Yotovaya başsağlığı məktubu ünvanlayıb. "Qafqazinfo" xəbər verir ki, məktubda deyilir:. "Hörmətli xanım Prezident,. Bolqarıstanda baş vermiş ağır yol-nəqliyyat hadisəsi nəticəsində insanların həlak olması və yaralanmas

11 noyabr
.

İlham Əliyev Kamboca Kralını təbrik etdi

Azərbaycan Prezidenti İlham Əliyev Kamboca Kralı Norodom Sihamoniyə təbrik məktubu ünvanlayıb. Qaynarinfo xəbər verir ki, mətndə deyilir:. "Əlahəzrət,. Kamboca Krallığının milli bayramı - Müstəqillik Günü münasibətilə Sizə və Sizin simanızda bütün xalqınıza öz adımdan və Azərbaycan xalqı adında

9 noyabr
.

Avropa Siyasi Birliyinin sammiti yeni geosiyasi reallıqlar fonunda: Azərbaycanın artan strateji çəkisi və diplomatik imkanları

Müasir dünya siyasəti ciddi transformasiya dövrünü yaşayır. Beynəlxalq münasibətlər sistemində güc balansının dəyişməsi, regional münaqişələrin dərinləşməsi, enerji təhlükəsizliyi uğrunda rəqabət və yeni iqtisadi-siyasi ittifaqların formalaşması dövlətləri xarici siyasət strategiyalarına yenidən baxmağ

12 noyabr
.

Azərbaycan və Türkiyə prezidentlərinin görüşü Gürcüstan mediasının diqqət mərkəzindədir

Gürcüstan mediası Azərbaycan-Türkiyə prezidentlərinin görüşünə geniş yer ayırıb. "Report"un Gürcüstan bürosu xəbər verir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana rəsmi səfəri bu ölkə mediasının diqqət mərkəzində olub. Bu ölkənin aparıcı televiziya kanalları, xəbər agentliklər

8 noyabr
.

Brüsseldə Zəfər Günü qeyd olunub

Zəfər Günü münasibətilə Brüssel Azərbaycan Evində Belçikanın müxtəlif şəhərlərində yaşayan Azərbaycan icmasının nümayəndələrinin və bu ölkədə təhsil alan azərbaycanlı tələbələrin iştirakı ilə bayram tədbiri keçirilib. "Report"un Avropa bürosunun məlumatına görə, tədbir ölkənin Belçikadakı səfirliyini

9 noyabr