Romanovların əfsanəvi sapfiri rekord qiymətə satıldı
Bir vaxtlar Rusiya İmperiyasının kral zinət əşyaları kolleksiyasına daxil olan nəhəng sapfirin yerləşdiyi nadir bilərzik İsveçrənin Cenevrə şəhərində keçirilən hərracda gözləntiləri iki dəfədən çox üstələyərək 4,9 milyon dollara alıcı tapıb.
"Qafqazinfo" xəbər verir ki, "Sotheby's" hərrac evinin məlumatına görə, 197,80 karatlıq yastıq formalı kəsimə malik tarixi Romanov sapfiri məşhur "Cartier" zərgərlik evi tərəfindən hazırlanmış həndəsi brilyant qolbağın mərkəzində yerləşdirilib.
Hərracdan əvvəl 1,02-2,04 milyon dollar civarında qiymətləndirilən zinət əşyası gərgin rəqabət şəraitində təxmin edilən məbləğdən qat-qat baha satılıb.
Hərrac kataloqunda bu nadir daşın tarixi dəyəri xüsusi vurğulanıb: "Bu qeyri-adi tarixi sapfir Romanovlar ailəsinin əfsanəvi kolleksiyasından gəlir. Rus çarlarının məşhur xəzinəsi mübahisəsiz olaraq indiyə qədər toplanmış ən möhtəşəm və dəyərli kral kolleksiyası idi".
Daşın Rusiya imperator ailəsi tərəfindən nə vaxt əldə edildiyi dəqiq məlum olmasa da, arxiv sənədlərinə əsasən, bu sapfir hələ 1883-cü ildə sonuncu rus çarı II Nikolayın anası İmperatriça Mariya Feodorovnanın balda geyindiyi libasın ön hissəsini bəzəyib.
1917-ci il Rusiya İnqilabından və Romanovlar sülaləsinin devrilməsindən sonra 1920-ci illərdə Sovet hakimiyyəti kral xəzinəsini satışa çıxarıb. Sapfir 1927-ci ildə dövrünün məşhur opera müğənnisi və cəmiyyət xadimi Qanna Valska tərəfindən alınıb. Uzun illər müxtəlif boyunbağıların tərkibində yer alan daş 2015-ci ildə "Cartier" ustaları tərəfindən "Art Deco" üslubunda hazırlanmış və mərkəzi dəyişdirilə bilən bu brilyant bilərziyə köçürülüb.
Qeyd edək ki, Romanovlara aid zinət əşyaları əvvəlki hərraclarda da kolleksiyaçıların böyük marağına səbəb olub. Belə ki, 2021-ci ildə yenə "Sotheby's" hərracında sülaləyə məxsus sapfir və brilyant broş-sırğa dəsti ilkin qiymətləndirmədən təxminən iki dəfə baha - 883,6 min dollara satılmışdı.
Sonxeber.az
Telegramda izləyin
Maraqlı Baxılıb: 186 Tarix: 14 noyabr 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Telefonları folqaya bükməyə başladılar - SƏBƏBİ...
Ağıllı telefon istifadəçiləri rəqəmsal gizlilik üçün maraqlı bir üsula müraciət edirlər. Cihazı kənar siqnallardan təcrid etmək məqsədilə alüminium folqadan istifadə olunması geniş müzakirə olunur. xəbər verir ki, telefonu alüminium folqaya bürümək cihazın xarici aləmlə qurduğu naqilsiz əlaqələri kəsmə
14 noyabrHamı zibilə atır - Saç tökülməsinin və ağarmasının qarşısını alır
Fəsil dəyişikliyi və stress səbəbindən artan saç tökülməsinə qarşı bahalı kosmetik məhsullar əvəzinə mətbəxdəki təbii vasitələr həll yolu təqdim edir. Qidalandırıcı yağlar ehtiva edən bu üsul saç diblərini qısa müddətdə gücləndirərək tökülməni azaldır. xəbər verir ki, əksər hallarda zibil kimi atıla
14 noyabrDüyü bişirərkən bu səhvi etməyin
Düyü bişirərkən onun dibinin yapışqan, üst hissəsinin isə quru qalması bir çox insanın qarşılaşdığı problemdir. Bunun səbəbi hər zaman suyun miqdarı və ya bişirmə müddəti olmaya bilər. İstifadə edilən qazanın forması da yeməyin keyfiyyətinə təsir göstərir. Ölkə.az yerli mediaya istinadən xəbər veri
12 noyabr"Alatoranlıq" serial olur
"Netflix" platforması məşhur "Alatoranlıq" franşizası əsasında animasiya serialı hazırlayacaq. Axşam.az xəbər verir ki, "Netflix" artıq serialın iki mövsümünü sifariş edib. Layihə Stefani Mayerin "Gecəyarısı günəşi" romanı əsasında çəkiləcək. Əsərdə ilk "Alatoranlıq"
10 noyabrİtin ölümünün yaxınlaşdığını göstərən 8 əlamət
İtlər ağrılarını və səhhətlərində yaranan problemləri sahiblərinə sözlə ifadə edə bilmirlər. Buna görə də onların davranışlarında baş verən dəyişikliklərə xüsusi diqqət yetirmək lazımdır. Heyvan yaşlandıqda və ya ağır xəstələndikdə iştahasını itirə, daha çox yata, insanlardan uzaqlaşa və ya əksinə, sahibini
1 noyabrBu qış dəbdə olacaq ayaqqabılar - Stilistdən əsas trendlər
2026-2027-ci ilin qış mövsümündə hündür çəkmələr, 70-ci illərin üslubunu xatırladan zamşa modellər və müxtəlif tokalı botlar dəbdə olacaq. Qaynarinfo xəbər verir ki, bu barədə ukraynalı stilist Qalina Denisük UNIAN-a açıqlamasında danışıb. Onun sözlərinə görə, soyuq mövsümdə dizə qədər uzanan çəkmələ
12 noyabrBu çətin kibrit çöpü tapmacasını yalnız dahilər 10 saniyədə həll edə bilər
Səhv riyazi tənliyi yalnız bir hərəkətlə düzəltməlisiniz, ancaq bunun üçün 10 saniyəniz var. 21 kibrit çöpündən ibarət tapmaca internetdə viral hala gəlib. Bu tapmaca, yalnız bir kibrit çöpünü hərəkət etdirərək səhv tənliyi düzəltməyinizi tələb edir. Hər kəs ilk cəhddə düzgün həlli tapmağı bacarmır
1 noyabrBananları qaralmaması üçün burada saxlayın
Bananların uzun müddət sarı rəngdə və təzə qalması üçün onların düzgün temperaturda saxlanılması vacibdir. Mütəxəssislər bildirirlər ki, insanların çoxu bananları məhz daha tez yetişməsinə və qaralmasına səbəb olan yerlərdə saxlayır. xarici mediaya istinadən xəbər verir ki, bananlar tez yetişən və qabığ
1 noyabr