Telefona yüklədiyimiz tətbiqlər şəxsi məlumatlarımızı oğurlaya bilər - Təhlükə nədədir?

Telefona yüklədiyimiz tətbiqlər şəxsi məlumatlarımızı oğurlaya bilər - Təhlükə nədədir?Smartfon istifadəçiləri gündəlik ehtiyaclarını qarşılamaq üçün Play Market vasitəsilə müxtəlif proqramlar yükləyirlər. Lakin tətbiqin rəsmi platformada yerləşdirilməsi onun tam təhlükəsiz olduğuna zəmanət vermir. Bəzi proqramlar istifadəçilərin şəxsi məlumatlarına, kontaktlarına, fotoşəkillərinə, məkan məlumatlarına və digər məxfi informasiyalara icazəsiz çıxış əldə edə bilər. Hətta zahirən adi və faydalı görünən tətbiqlər belə məlumatların toplanması və üçüncü tərəflərlə paylaşılması baxımından risk yarada bilər.

Bəs Play Market-də yerləşdirilən proqramlar hansı üsullarla şəxsi məlumatları ələ keçirə bilər? İstifadəçilər tətbiq yükləyərkən hansı icazələrə diqqət etməli, telefonlarında məlumat təhlükəsizliyini qorumaq üçün hansı addımları atmalıdırlar?
Telefona yüklədiyimiz tətbiqlər şəxsi məlumatlarımızı oğurlaya bilər - Təhlükə nədədir?Mövzu ilə bağlı İnformasiya Texnologiyaları üzrə mühəndis-tədqiqatçı, Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyasının (AKTA) eksperti Bəhruz Əliyev Sonxeber.az-a açıqlamasında bildirdi ki, Google tərəfindən müəyyən təhlükəsizlik yoxlamaları aparılsa da, bəzən zərərli proqramların bu yoxlamalardan keçmə potensialını istisna edə bilmərik. Buna görə də tətbiqin Play Market-də olması onun tam təhlükəsiz olduğu anlamına gəlmir. Bəzi tətbiqlər istifadəçilərin telefon nömrələrinə, kontaktlarına, foto və videolarına, məkan məlumatlarına, mikrofon və kameralarına giriş tələb edir. Bu icazələrin bir qismi tətbiqin normal işləməsi üçün lazım olsa da, bəziləri şəxsi məlumatların toplanması və üçüncü şəxslərə ötürülməsi məqsədilə istifadə oluna bilər. Xüsusilə zərərli tətbiqlər müxtəlif üsullarla bank hesablarına, şifrələrə və SMS vasitəsilə göndərilən təsdiqləmə kodlarına çıxış əldə etməyə çalışa bilər.

İstifadəçilər ilk növbədə yüklədikləri tətbiqin hansı icazələri tələb etdiyinə diqqət yetirməlidirlər. Məsələn, sadə kalkulyator və ya fənər proqramının kontaktlara, mikrofona və SMS-lərə giriş istəməsi şübhəli hal hesab oluna bilər. Bundan başqa, proqramı hazırlayan şirkət, tətbiqin istifadəçi rəyləri, yüklənmə sayı və məxfilik siyasəti də nəzərdən keçirilməlidir. Bununla belə, yüksək reytinq və çoxsaylı yüklənmə tətbiqin təhlükəsizliyinə tam zəmanət vermir. İstifadəçilərin Google Play Protect təhlükəsizlik funksiyasını aktiv saxlaması, telefonun əməliyyat sistemini və tətbiqləri mütəmadi yeniləməsi də vacibdir. Eyni zamanda, istifadə edilməyən proqramların silinməsi və tətbiqlərə verilmiş icazələrin vaxtaşırı yoxlanılması tövsiyə olunur.

Xüsusilə bank məlumatları, şəxsi şifrələr və birdəfəlik təsdiqləmə kodları heç bir şübhəli tətbiqə təqdim edilməməlidir. İstifadəçilər bilməlidirlər ki, kibercinayətkarlar bəzən adi və faydalı proqram görüntüsü altında zərərli tətbiqlər yayırlar. Şəxsi məlumatların qorunması üçün yalnız rəsmi mağazalardan proqram yükləmək kifayət deyil. Əsas məsələ tətbiqin etibarlılığını yoxlamaq, lazımsız icazələri məhdudlaşdırmaq və rəqəmsal təhlükəsizlik qaydalarına riayət etməkdir.

Müəllif: İlkin Məmmədkərimov


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 197   Tarix: 13 noyabr 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Azərbaycanda saatlıq əməkhaqqı sisteminə keçilir: İşçiləri hansı dəyişikliklər gözləyir? - İQTİSADÇIDAN AÇIQLAMA

Azərbaycanda əməkhaqqı sistemində yeni dəyişikliklərin tətbiqi nəzərdə tutulur. Belə ki, 2027-ci il martın 1-dən saatlıq əməkhaqqı və minimum saatlıq əməkhaqqı mexanizminin tətbiqi təklif edilir. Yeni sistemin ilkin mərhələdə kənd təsərrüfatı və ictimai iaşə sahələrini əhatə etməsi gözlənilir. Təklif

13 noyabr
.

22° isti... - Sabahın havası

Noyabrın 14-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Cənub-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 7-12 isti, gündüz 17-22 ist

13 noyabr
.

Motosikletlə vurulan məktəbli xəstəxanaya yerləşdirilib - Video-Yenilənib

Abşeronun Masazır qəsəbəsində motosiklet məktəblini vurub. "Qafqazinfo" xəbər verir ki, hadisə anının görüntülərü sosial şəbəkələrdə yayılıb. İddia edilib ki, motosiklet sürücüsü məktəblini qəsdən vurub. İnsidentlə bağlı ərazi polis şöbəsi tərəfindən araşdırma aparılır. *. Əldə etdiyimiz məlumat

13 noyabr
.

Saxta zeytun yağını necə müəyyən etmək olar? - Alıcıların diqqət etməli olduğu məqamlar - QİDA EKSPERTİNDƏN AÇIQLAMA

Zeytun yağı sağlam qidalanmada geniş istifadə olunan məhsullardan biri hesab edilir. Lakin marketlərdə müxtəlif marka və qiymətlərlə satışa çıxarılan zeytun yağlarının hamısı eyni keyfiyyətə malik deyil. Bəzi məhsulların tərkibi, istehsal üsulu və saxlanma şəraiti onların keyfiyyətinə birbaşa təsir göstərir

12 noyabr
.

İşə qəbulda 30 yaş məhdudiyyəti, pensiyada 65 yaş - Vətəndaş 35 il necə dolanmalıdır? - İQTİSADÇIDAN AÇIQLAMA

Azərbaycanda əmək bazarında işə qəbul zamanı yaş amili yenidən müzakirə mövzusuna çevrilir. İstər dövlət, istərsə də özəl sektorda bir çox vakansiyalarda 18-30 yaş aralığında namizədlərə üstünlük verilməsi daha yaşlı işaxtaranların məşğulluq imkanlarını məhdudlaşdırır. Halbuki ölkədə pensiya yaşı 6

12 noyabr
.

"Baku Electronics"dən narazılıqlar artır - Şikayət

"Baku Electronics" mağazalar şəbəkəsi ilə bağlı növbəti müştəri narazılığı ictimailəşdirilib. xəbər verir ki, Sevda Bayramova sosial şəbəkə hesabında paylaşım edərək şirkətin Yasamal filialından aldığı paltaryuyanın çatdırılması və quraşdırılması ilə bağlı problemlə üzləşdiyini bildirib. Onu

12 noyabr
.

Sabah bu ərazilər üzrə pensiyalar ödəniləcək

Noyabrın 13-də Bakı və Sumqayıt şəhərləri, eləcə də Abşeron rayonu üzrə bu ayın pensiyalarının ödənilməsi nəzərdə tutulub. xəbər verir ki, bununla bağlı Dövlət Sosial Müdafiə Fondu (DSMF) məlumat yayıb. Bildirilib ki, güzəştli şərtlərlə pensiya hüququna malik şəxslərin pensiyaları bu ay da qrafik üzr

12 noyabr
.

Polad Həşimovun anasının son durumu (AÇIQLAMA)

Azərbaycanın Milli Qəhrəmanı, general-mayor Polad Həşimovun anası Səmayə Həşimovanın vəziyyəti açıqlanıb. xəbər verir ki, Sumqayıt Tibb Mərkəzindən -a verilən məlumata görə, 1949-cu il təvəllüdlü şəxsin müalicəsi Sumqayıt Tibb Mərkəzinin 2 nömrəli Şəhər Xəstəxanasında davam etdirilir:. "Hazırd

12 noyabr
.

Aslan Fətullayevin nəşi Bakıya gətirildi

Əməkdar mədəniyyət işçisi, Prezident mükafatçısı Aslan Fətullayevin nəşi Moskvadan Bakıya gətirilib. xəbər verir ki, bu məlumatı -a açıqlamasında Azərbaycan Dövlət Kukla Teatrının mətbuat katibi Həmidə Rüstəmova verib. "Aslan müəllimin nəşi bu gün səhər saat 05:30-da Moskvadan gətirilib. Direktorumuz

12 noyabr
.


vipemlak.az