Azərbaycanda saatlıq əməkhaqqı sisteminə keçilir: İşçiləri hansı dəyişikliklər gözləyir? - İQTİSADÇIDAN AÇIQLAMA
Azərbaycanda əməkhaqqı sistemində yeni dəyişikliklərin tətbiqi nəzərdə tutulur. Belə ki, 2027-ci il martın 1-dən saatlıq əməkhaqqı və minimum saatlıq əməkhaqqı mexanizminin tətbiqi təklif edilir. Yeni sistemin ilkin mərhələdə kənd təsərrüfatı və ictimai iaşə sahələrini əhatə etməsi gözlənilir. Təklifə əsasən, bir aydan az müddətə əmək müqaviləsi bağlanan və ya həftəlik iş vaxtı 20 saatdan çox olmayan işlərdə əməkhaqqı saat hesabı ilə müəyyən ediləcək. Yeni mexanizmin mövsümi və natamam iş rejimində çalışan şəxslərin əmək bazarına çıxışını asanlaşdıracağı, tələbələr, pensiyaçılar və azyaşlı uşaqları olan valideynlər üçün əlavə məşğulluq imkanları yaradacağı bildirilir. Bununla yanaşı, saatlıq əməkhaqqı sisteminin tətbiqi işəgötürənlər tərəfindən sui-istifadə hallarına, gəlirlərin qeyri-sabitliyinə və işçilərin sosial təminatına dair müəyyən suallar da yaradır.
Bəs yeni sistemin vətəndaşlar və işəgötürənlər üçün müsbət və mənfi tərəfləri nələr olacaq? Saatlıq əməkhaqqı işçilərin gəlirlərinə və əmək hüquqlarına necə təsir göstərəcək?
Mövzu ilə bağlı Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli Sonxeber.az-a açıqlamasında bildirdi ki, saatlıq əməkhaqqı sisteminə keçidin həm müsbət, həm də mənfi tərəfləri ola bilər. Onun sözlərinə görə, bu sistemin əsas üstünlüyü ondan ibarətdir ki, işçinin əməkhaqqı faktiki işlədiyi vaxta uyğun hesablanır: "Yəni insan neçə saat işləyirsə, onun müqabilində ödəniş alır. Bu, xüsusilə natamam iş vaxtı ilə çalışanlar, tələbələr, mövsümi işçilər və əlavə iş axtaran şəxslər üçün müəyyən imkanlar yarada bilər. Eyni zamanda, işəgötürənlər üçün də əməkhaqqının hesablanmasını daha çevik edir. İş vaxtından artıq işləyənlərin əməyinin düzgün uçota alınmasına şərait yarada bilər.
Lakin bu sistemin müəyyən riskləri də var. Əgər saatlıq əməkhaqqının minimum həddi yaşayış xərclərinə uyğun müəyyən edilməsə, işçinin aylıq gəliri azala bilər. Məsələn, əvvəl tam ştatla işləyərək sabit aylıq maaş alan şəxs iş saatlarının azalması nəticəsində daha az gəlir əldə edə bilər. Digər tərəfdən, bəzi işəgötürənlər əməkhaqqı xərclərini azaltmaq üçün işçilərin iş saatlarını süni şəkildə məhdudlaşdıra bilərlər. Bu da gəlirlərin qeyri-sabitliyinə səbəb ola bilər.
Məncə, saatlıq əməkhaqqı sisteminə keçiddə ən vacib məsələ işçilərin sosial müdafiəsinin qorunmasıdır. Saatlıq tarif elə müəyyənləşdirilməlidir ki, normal iş vaxtı ərzində çalışan şəxsin aylıq gəliri onun əvvəlki əməkhaqqısından əsassız şəkildə aşağı düşməsin. Həmçinin iş vaxtının dəqiq elektron uçotu aparılmalı, əlavə iş saatlarına görə ödənişlər təmin edilməli və işəgötürənlərin sui-istifadə hallarının qarşısı alınmalıdır. Əslində, saatlıq əməkhaqqı sistemi özü-özlüyündə nə işçinin gəlirinin artmasına, nə də azalmasına zəmanət verir. Nəticə sistemin necə qurulmasından, minimum saatlıq tarifin hansı səviyyədə müəyyən edilməsindən və əmək qanunvericiliyinə nə dərəcədə əməl olunmasından asılı olacaq".
Müəllif: İlkin Məmmədkərimov
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Generalın qızı məhkəməyə gətirildi - Halı pisləşdi
General Natiq Əliyevin qızı saxlanıldı (FOTO)
Prezident xanımı ilə Liderlər Sammitində - Video - Fotolar - Yenilənib
Lənkəranda bir ailənin nədən zəhərləndiyi bilindi
Sərxan Kərəmoğlu 25 il əvvəl özünə hazırlatdırdığı qəbri göstərdi
"Son rolunu oynamaq ona qismət olmadı" - Aslan Fətullayevin ölümü ilə bağlı kövrək təfərrüatlar
Dublində Avropa Siyasi Birliyinin sammiti: Azərbaycanın beynəlxalq diplomatiyada artan rolu və yeni geosiyasi perspektivlər
Ərazi bütövlüyünün bərpasından sonra Konstitusiyanın əhəmiyyəti daha da artıb
Avropa Siyasi Birliyinin Dublin sammiti: yeni geosiyasi reallıqlar və Azərbaycanın artan strateji əhəmiyyəti
Gündə 4 qoz yemək orqanizmdə hansı dəyişikliklər yaradır?
Avropa Siyasi Birliyinin Dublin sammiti: dəyişən geosiyasi reallıqlar, təhlükəsizlik çağırışları və Azərbaycanın strateji mövqeyi
Bu tarixdə havanın temperaturu 5-10 dərəcə enəcək - XƏBƏRDARLIQ