Yeni il süfrəsində ən çox hansı məhsulların qiyməti arta bilər? - AÇIQLAMA

Yeni il süfrəsində ən çox hansı məhsulların qiyməti arta bilər? - AÇIQLAMAYeni il bayramı yaxınlaşdıqca ərzaq məhsullarına tələbatın artması bazarda qiymət dəyişikliklərini gündəmə gətirir. Pomidor, xiyar kimi mövsümi məhsulların istehsalında istixana xərcləri, ət və balıq məhsullarında idxal və logistika amilləri, qoz-fındıq və digər ərzaqlara artan tələbat qiymətlərə təsir göstərə bilər. Bayramqabağı bəzi satıcıların qiymətləri əsassız artırması ehtimalı isə bazara nəzarət və istehlakçı hüquqlarının qorunması məsələsini aktuallaşdırır.

Bəs, bu il Yeni il ərəfəsində ərzaq məhsullarının qiymətində hansı dəyişikliklər gözlənilir? İstixana xərcləri, idxaldan asılılıq və logistika qiymət artımına nə dərəcədə təsir edir? Süni bahalaşmanın qarşısını almaq üçün hansı nəzarət tədbirləri görülməli və bu il Yeni il süfrəsi ötən illə müqayisədə daha baha başa gələ bilərmi?
Yeni il süfrəsində ən çox hansı məhsulların qiyməti arta bilər? - AÇIQLAMAMövzu ilə bağlı Sonxeber.az-a açıqlama verən iqtisadçı ekspert Xalid Kərimli bildirib ki, tələbatın artması, bir qayda olaraq, qiymətlərə yüksəldici təsir göstərir. Ancaq qoz-fındığa tələbatın niyə artmalı olduğunu düşünmək lazımdır.

"Adətən bu məhsullara tələbat mart ayında, Novruz bayramı ərəfəsində yüksəlir. Çünki qoz-fındıq bayram süfrəsinin əsas məhsullarından biridir. Buna görə də yanvar ayında qoz-fındığa tələbatın artacağını gözləmirəm.

Digər tərəfdən, pomidor və xiyarın mövsümü artıq başa çatıb. Bu məhsullar hazırda bazara əsasən anbarlardan və istixanalardan gətirilir. Hava soyuq olduğuna görə pomidor artıq açıq sahələrdə yetişdirilmir. Nəticədə bazara daha baha başa gələn məhsul çıxarılır.

Tələbatın yüksəlməsi qiymətlərə artırıcı təsir göstərən amildir. Lakin qiymətin həqiqətən artıb-artmayacağı təklifin vəziyyətindən asılıdır. Yəni təkcə tələbatın artması qiymət artımına səbəb olmur. Əgər təklif sabit qalır və ya azalırsa, tələbatın artması qiymətləri yüksəldir. Ümumilikdə, təklifin vəziyyətini dəyişməz götürsək, tələbatın artması qiymətə təsir edən əsas amillərdən biridir.

Ancaq pomidor və xiyarın bahalaşmasını Yeni illə əlaqələndirmək düzgün deyil. Məsələn, mən kənddə bir ay əvvəl xiyarı 99 qəpiyə, 1 manat 10 qəpiyə alırdımsa, ötən cümə axşamı qiyməti artıq 4 manat idi. Bunun Yeni il və ya digər bayramlarla əlaqəsi yoxdur. Bu məhsulların qiyməti mövsümi səbəblərdən artır. Ən yüksək qiymətlər isə adətən fevral-mart aylarında müşahidə olunur. Həmin dövrdə bazara əsasən istixanalarda yetişdirilən və anbarlarda saxlanılan məhsullar çıxarılır.

İstənilən halda, tərəvəzlərin qiyməti tədricən bahalaşacaq. Yanvar ayında Yeni il şənliklərinin keçirilməsinin bu prosesə birbaşa aidiyyəti yoxdur. Bahalaşmanın əsas səbəbi istixana istehsalının daha baha başa gəlməsi və bu məhsulların bazara çıxmasıdır.

İstixanaların fəaliyyət xərcləri isə müəyyən dərəcədə idxaldan asılıdır. İstixana istehsalı olmasa, qış aylarında məhsul yetişdirmək mümkün deyil. Buna görə də istixanalardan asılılıq qaçılmazdır. Burada pomidorun idxaldan asılılığından deyil, istixana istehsalının xərclərindən danışmaq lazımdır.

Bundan başqa, pomidor kimi ticarətə yararlı məhsulların qiyməti təkcə yerli bazarda formalaşmır, dünya bazarındakı qiymətlərdən də asılı olur. Məsələn, pomidor Moskvada bahadırsa, Azərbaycanda da onun qiymətinə təsir göstərə bilər. Çünki fermer məhsulunu daha yüksək qiymətə başqa bazara sata bilirsə, onu Bakıda daha ucuz qiymətə satmaqda maraqlı olmur. Məsələn, məhsulunu Moskvaya 5 manata sata bilən fermerin Bakıya 4 manata satması iqtisadi baxımdan sərfəli deyil. Bu baxımdan ticarət məhsulları üzrə bazarlar bir-biri ilə sıx əlaqəlidir".

Röyalə Xəyal


Sonxeber.az
Telegramda izləyin
İqtisadiyyat   Baxılıb: 412   Tarix: 13 noyabr 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

DVX: İxrac olunan təkrarsığorta xidmətlərinə 25 %-lik vergi güzəşti nəzərdə tutulur"

Azərbaycanda təkrarsığorta xidmətlərinin xaricə satışına vergi güzəştləri şamil ediləcək. "Report" xəbər verir ki, bunu İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin baş idarə rəisi Nicat İmanov Milli Məclisin İqtisadi siyasət sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasınd

6 noyabr
.

"HB Güvən Klinik" 150 min manat borca düşdü

"HB Güvən Klinik" Məhdud Məsuliyyətli Cəmiyyətinin (MMC) dövlət qarşısı külli miqdarda borcu aranıb. "Yurd.Media"ya istinadla xəbər verir ki, "HB Güvən Klinik" MMC-nin vergi borcu 149 min manatı ötüb. Qeyd edək ki, "HB Güvən" klinikası 2018-ci ildən fəaliyyət göstərir

11 noyabr
.

Yeni il süfrəsində ən çox hansı məhsulların qiyməti arta bilər? - AÇIQLAMA

Yeni il bayramı yaxınlaşdıqca ərzaq məhsullarına tələbatın artması bazarda qiymət dəyişikliklərini gündəmə gətirir. Pomidor, xiyar kimi mövsümi məhsulların istehsalında istixana xərcləri, ət və balıq məhsullarında idxal və logistika amilləri, qoz-fındıq və digər ərzaqlara artan tələbat qiymətlərə təsi

13 noyabr
.

Qızıl bahalaşdı

Azərbaycan bazarında 30 oktyabr 2026-cı il tarixi üçün olan qızılın qiyməti açıqlanıb. "Yeni Sabah" xəbər verir ki, qızılın 1 unsiyasının qiyməti 6,867.8810 manat təşkil edib. Bununla da 1 qram xalis qızılın qiyməti 220.81 manat səviyyəsində müəyyənləşib. Bazar tələbinə uyğun olaraq müxtəli

30 oktyabr
.

Azərbaycan Mərkəzi Asiya ilə ödəniş sistemlərini birləşdirir - Sahibkarları nə gözləyir? - İQTİSADÇIDAN AÇIQLAMA

Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə iqtisadi və maliyyə əlaqələrinin genişləndirilməsi istiqamətində yeni addımlar atılır. Beş ölkənin - Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan və Tacikistanın milli ödəniş sistemlərinin inteqrasiyası nəzərdə tutulur. Bu təşəbbüsün reallaşması ilə sərhədləraras

3 noyabr
.

Azərbaycanda planşetlərdə "İOS"un bazar payı 45 % azalıb

Bu ilin oktyabr ayında Azərbaycanda mobil cihazlarda "Android" əməliyyat sisteminin bazar payı 82,39 % təşkil edib. "Report"un "Statcounter" agentliyinin son hesabatına istinadən verdiyi xəbərə görə, bu, sentyabr ayına nisbətən 1,92 faiz bəndi az, 2025-ci ilin oktyabr ayını

2 noyabr
.

Azərbaycanda yük daşımalarının avtomobil nəqliyyatından dəmir yoluna keçirilməsi planlaşdırılır

Azərbaycanın nəqliyyat sektorunda 2060-cı ilə qədər elektrik avtomobillərinin xüsusi çəkisi 100 % təşkil edəcək, eləcə də alternativ yanacaq növlərinə keçid ediləcək. xəbər verir ki, bu barədə Azərbaycanın Uzunmüddətli Aşağıkarbonlu İnkişaf Strategiyasında deyilir. Qeyd olunur ki, ölkənin ümumi istixan

10 noyabr
.

Azərbaycanda son 6 ildə qeyri-neft-qaz ixracı 2,5 dəfə artacaq

Azərbaycanda 2026-cı ilin gözlənilən nəticəsi də nəzərə alınmaqla 2019-cu ildən bəri qeyri-neft-qaz ixracı 2,5 dəfə artacaq. xəbər verir ki, bunu İqtisadiyyat Nazirliyinin Aparat rəhbəri Elvin Camalov Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında - 2027-c

4 noyabr
.

Azərbaycanda aqrar sektor 1 %-dən çox böyüyüb

Bu ilin yanvar-oktyabr aylarında Azərbaycanda 13 milyard 123,3 milyon manat dəyərində kənd təsərrüfatı məhsulları istehsal edilib. Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 1,4 % çoxdur. Hesabat dövründə heyvandarlıq məhsullarının istehsalı 1,6 %

13 noyabr
.

Son xəbərlər
. Bu tarixdə havanın temperaturu 5-10 dərəcə enəcək - XƏBƏRDARLIQ. Generalın qızı məhkəməyə gətirildi - Halı pisləşdi. General Natiq Əliyevin qızı saxlanıldı (FOTO). Boşanma zamanı evin taleyi necə həll olunur? - Əmlak bölgüsünün qaydaları - ƏMLAK EKSPERTİNDƏN AÇIQLAMA. Lənkəranda bir ailənin nədən zəhərləndiyi bilindi. "Son rolunu oynamaq ona qismət olmadı" - Aslan Fətullayevin ölümü ilə bağlı kövrək təfərrüatlar. Xoşqədəm Baxşəliyeva ADY-dən danışdı: "Ora biabırçılıqdır" - Foto. Dublində Avropa Siyasi Birliyinin sammiti: Azərbaycanın beynəlxalq diplomatiyada artan rolu və yeni geosiyasi perspektivlər. Motosikletlə vurulan məktəbli xəstəxanaya yerləşdirilib - Video-Yenilənib. Saxta zeytun yağını necə müəyyən etmək olar? - Alıcıların diqqət etməli olduğu məqamlar - QİDA EKSPERTİNDƏN AÇIQLAMA. Ərazi bütövlüyünün bərpasından sonra Konstitusiyanın əhəmiyyəti daha da artıb. Avropa Siyasi Birliyinin Dublin sammiti: yeni geosiyasi reallıqlar və Azərbaycanın artan strateji əhəmiyyəti. MİQ-dən keçə bilməyənlər repetitorluq edir: Şagirdlərin təhsil keyfiyyətinə kim nəzarət edir? - TƏHSİL EKSPERTİNDƏN AÇIQLAMA. Avropa Siyasi Birliyinin Dublin sammiti: dəyişən geosiyasi reallıqlar, təhlükəsizlik çağırışları və Azərbaycanın strateji mövqeyi. Avropa Siyasi Birliyinin sammiti yeni geosiyasi reallıqlar fonunda: Azərbaycanın artan strateji çəkisi və diplomatik imkanları

vipemlak.az