Davamiyyət limiti tələbələrin təhsil hüququnu məhdudlaşdırır? - AÇIQLAMA

Davamiyyət limiti tələbələrin təhsil hüququnu məhdudlaşdırır? - AÇIQLAMAAli təhsil müəssisəsindən xaric edilən tələbələrə universitetə bərpa olunmaq üçün 6 aylıq müddətin verilməsi təhsilə qayıtmaq imkanının qorunması baxımından mühüm əhəmiyyət daşıyır. Bu müddət tələbəyə yaranmış problemləri aradan qaldırmaq, təhsilini davam etdirmək üçün yenidən müraciət etmək imkanı yaradır. Digər tərəfdən, akademik borclar, davamiyyət problemləri, maddi çətinliklər və ailə vəziyyəti kimi səbəblərdən təhsildən kənarda qalan gənclərin yenidən universitetə qayıtması üçün əlavə dəstək mexanizmlərinə ehtiyac var.

Bəs, tələbələrin universitetə bərpa olunması üçün nəzərdə tutulan 6 aylıq müddət onların təhsilə qayıtması baxımından nə dərəcədə yetərlidir? Universitetlər akademik borcların aradan qaldırılması, maddi və psixoloji çətinliklərin həlli, eləcə də tələbələrin təhsildən kənarda qalmasının qarşısının alınması üçün hansı əlavə imkanlar yaratmalıdır?
Davamiyyət limiti tələbələrin təhsil hüququnu məhdudlaşdırır? - AÇIQLAMAMövzu ilə bağlı Sonxeber.az-a açıqlama verən təhsil eksperti Məzahir Məmmədli bildirib ki, bəzi hallarda ali təhsil müəssisələrindən xaric edilmə məsələsi hətta məhkəmə müstəvisinə qədər gedib çıxa bilər.

"Məsələn, adını çəkmək istəmədiyim ali təhsil müəssisələrindən biri ötən il bir tələbəni universitetdən xaric etmişdi. Hadisə belə baş vermişdi: tələbə bir neçə dəfə imtahan zamanı əlavə vəsaitlərdən istifadə edərək sualları cavablandırmışdı və bu hal aşkarlanmışdı. Müəllim əvvəlcə ona xəbərdarlıq etmiş, daha sonra bir dəfə auditoriyadan kənarlaşdırmışdı. Üçüncü dəfə də eyni hal müşahidə olunduqda isə tələbə universitetdən xaric edilmişdi. Bu, universitetin həm öz daxili qaydalarını, həm də tələbənin hüquqlarını pozması kimi qiymətləndirilə bilər.

Məsələ burasındadır ki, belə hallarda tələbə imtahan hüququndan məhrum edilə və ya növbəti imtahana buraxılmamaq kimi məhdudiyyətlərlə üzləşə bilər. Lakin bizdə hər bir universitet öz daxili qaydalarını tətbiq edir və təəssüf ki, universitetdən xaric edilmə halları getdikcə geniş yayılır.

Tələbələrin universitetə bərpası məsələsinə gəldikdə isə, əlbəttə, onların təhsil mühitindən tamamilə uzaqlaşmamasına imkan yaradan təşəbbüslərin olması müsbət haldır. Çünki tələbələr universitet mühitindən uzaqlaşdıqca mənfi təsirlərə məruz qala, arzuolunmaz mühitə düşə bilərlər.

Digər tərəfdən, maddi imkanı məhdud olan ailələrin övladları da var ki, davamiyyət limitinə görə imtahanlara buraxılmırlar. Bir neçə imtahanı buraxdıqdan sonra isə bu vəziyyət tələbənin universitetdən xaric edilməsi ilə nəticələnə bilir.

Bilirsiniz, biz bir tərəfdən Bolonya sisteminə qoşulduğumuzu deyirik, digər tərəfdən isə tələbələrdən davamiyyət limitinə ciddi şəkildə riayət etməyi tələb edirik. Hər fənn üzrə dərs saatlarının sayına uyğun davamiyyət limiti müəyyənləşdirilir və həmin limiti aşmağa icazə verilmir.

Halbuki Bolonya sisteminin prinsiplərinə uyğun olaraq tələbələrin bilik və təlim nailiyyətləri qiymətləndirilməli, əsas diqqət imtahan nəticələrinə yönəldilməlidir. Məsələn, tələbə imtahanda iştirak edir və biliyini normal şəkildə nümayiş etdirə bilirsə, dərslərdə iştirak etmədiyi müddət avtomatik olaraq onun üçün problemə çevrilməməlidir.

Təəssüf ki, bu gün də ənənəvi təhsil yanaşmasını qoruyub saxlamaqda davam edirik. Azərbaycan 2008-ci ildən Bolonya prosesinə qoşulsa da, bu sistemin tam şəkildə tətbiqi ilə bağlı hələ də müəyyən problemlər mövcuddur".

Röyalə Xəyal


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 362   Tarix: 13 noyabr 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

12-13 yaşlı uşaqların erkən münasibətlərə marağı NƏDƏN QAYNAQLANIR?

Son dövrlər yeniyetmələrin, xüsusilə 12-13 yaşlı uşaqların evdən qaçması və erkən yaşda sevgi münasibətlərinə maraq göstərməsi valideynlər və cəmiyyət arasında narahatlıq yaradır. Bu davranışların arxasında ailədaxili münaqişələr, valideynlərlə ünsiyyətin zəif olması, diqqət və sevgi ehtiyacının qarşılanmaması

12 noyabr
.

Telefona yüklədiyimiz tətbiqlər şəxsi məlumatlarımızı oğurlaya bilər - Təhlükə nədədir?

Smartfon istifadəçiləri gündəlik ehtiyaclarını qarşılamaq üçün Play Market vasitəsilə müxtəlif proqramlar yükləyirlər. Lakin tətbiqin rəsmi platformada yerləşdirilməsi onun tam təhlükəsiz olduğuna zəmanət vermir. Bəzi proqramlar istifadəçilərin şəxsi məlumatlarına, kontaktlarına, fotoşəkillərinə, məka

13 noyabr
.

Azərbaycanda saatlıq əməkhaqqı sisteminə keçilir: İşçiləri hansı dəyişikliklər gözləyir? - İQTİSADÇIDAN AÇIQLAMA

Azərbaycanda əməkhaqqı sistemində yeni dəyişikliklərin tətbiqi nəzərdə tutulur. Belə ki, 2027-ci il martın 1-dən saatlıq əməkhaqqı və minimum saatlıq əməkhaqqı mexanizminin tətbiqi təklif edilir. Yeni sistemin ilkin mərhələdə kənd təsərrüfatı və ictimai iaşə sahələrini əhatə etməsi gözlənilir. Təklif

13 noyabr
.

Davamiyyət limiti tələbələrin təhsil hüququnu məhdudlaşdırır? - AÇIQLAMA

Ali təhsil müəssisəsindən xaric edilən tələbələrə universitetə bərpa olunmaq üçün 6 aylıq müddətin verilməsi təhsilə qayıtmaq imkanının qorunması baxımından mühüm əhəmiyyət daşıyır. Bu müddət tələbəyə yaranmış problemləri aradan qaldırmaq, təhsilini davam etdirmək üçün yenidən müraciət etmək imkanı yaradır

13 noyabr
.

Prezident İlham Əliyevin Yunanıstanın Baş naziri Kiriakos Miçotakis ilə görüşü olub - Foto

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin noyabrın 12-də Dublində Yunanıstan Respublikasının Baş naziri Kiriakos Miçotakis ilə görüşü olub. AZƏRTAC-a istinadən xəbər verir ki, söhbət zamanı Azərbaycan-Yunanıstan ikitərəfli əlaqələri nəzərdən keçirildi. Ölkəmizin Avropanın, o cümlədən Yunanıstanı

12 noyabr
.

Binaların idarə edilməsində ciddi problemlər: Sakinlərin ödədiyi vəsaitlərə kim nəzarət edir?

Yaşayış komplekslərinin idarə olunmasında sakinlərdən toplanan kommunal və xidmət haqlarının necə xərclənməsi, maliyyə hesabatlarının aparılması və rəhbər şəxslərin məsuliyyəti məsələsi aktuallıq daşıyır. Bəzi hallarda sakinlər ödədikləri vəsaitlərin təyinatı, xərclərin bölgüsü və idarəetmə qərarlar

13 noyabr
.

Qızıl almaq istəyənlər bu xəbəri mütləq oxusun

Nyu-Yorkun COMEX əmtəə birjasında qızılın bir troya unsiyasının qiyməti 0,7% artaraq 3 912.4 ABŞ dollarına bərabər olub. birja məlumatlarına istinadən xəbər verir ki, COMEX-də gümüşün bir unsiyasının qiyməti də 0,2% artaraq 50.17 dollar təşkil edib

13 noyabr
.

Bakıda mənzil alarkən tıxac probleminə innovativ həll: "Prayk.com" süni intellekt dəstəkli interaktiv xəritəsini təqdim etdi

Bakıda mənzil seçimi edən alıcıların və kirayə axtaranların ən böyük çətinliklərindən biri - büdcəyə uyğun tapılan evin gündəlik saatlarla tıxacda qalmaqla nəticələnməsidir. Azərbaycanda fəaliyyət göstərən innovativ " platforması daşınmaz əmlak axtarışında yeni mərhələ açaraq süni intellekt əsasl

12 noyabr
.

Azərbaycanda müəllimlərə şagirdlərlə bağlı qadağa

Azərbaycanda müəllimlər üçün yeni öhdəlik qoyulub. -a istinadən xəbər verir ki, bununla bağlı müvafiq qərar imzalanıb. Qərara əsasən, təhsilverənlərin etik davranış qaydalarında yeni əlavələr edilib. Yeni tələblərə əsasən, təhsilverən uşaqları fiziki və psixi zorakılığın bütün formalarından qorumalı

13 noyabr
.

Son xəbərlər
. Bu tarixdə havanın temperaturu 5-10 dərəcə enəcək - XƏBƏRDARLIQ. Generalın qızı məhkəməyə gətirildi - Halı pisləşdi. General Natiq Əliyevin qızı saxlanıldı (FOTO). Boşanma zamanı evin taleyi necə həll olunur? - Əmlak bölgüsünün qaydaları - ƏMLAK EKSPERTİNDƏN AÇIQLAMA. Lənkəranda bir ailənin nədən zəhərləndiyi bilindi. "Son rolunu oynamaq ona qismət olmadı" - Aslan Fətullayevin ölümü ilə bağlı kövrək təfərrüatlar. Xoşqədəm Baxşəliyeva ADY-dən danışdı: "Ora biabırçılıqdır" - Foto. Dublində Avropa Siyasi Birliyinin sammiti: Azərbaycanın beynəlxalq diplomatiyada artan rolu və yeni geosiyasi perspektivlər. Motosikletlə vurulan məktəbli xəstəxanaya yerləşdirilib - Video-Yenilənib. Saxta zeytun yağını necə müəyyən etmək olar? - Alıcıların diqqət etməli olduğu məqamlar - QİDA EKSPERTİNDƏN AÇIQLAMA. Ərazi bütövlüyünün bərpasından sonra Konstitusiyanın əhəmiyyəti daha da artıb. Avropa Siyasi Birliyinin Dublin sammiti: yeni geosiyasi reallıqlar və Azərbaycanın artan strateji əhəmiyyəti. MİQ-dən keçə bilməyənlər repetitorluq edir: Şagirdlərin təhsil keyfiyyətinə kim nəzarət edir? - TƏHSİL EKSPERTİNDƏN AÇIQLAMA. Avropa Siyasi Birliyinin Dublin sammiti: dəyişən geosiyasi reallıqlar, təhlükəsizlik çağırışları və Azərbaycanın strateji mövqeyi. Avropa Siyasi Birliyinin sammiti yeni geosiyasi reallıqlar fonunda: Azərbaycanın artan strateji çəkisi və diplomatik imkanları

vipemlak.az