Arvadını öldürən keçmiş hakimdən qayınatası şikayətçi deyil

Arvadını öldürən keçmiş hakimdən qayınatası şikayətçi deyilHəyat yoldaşını qətlə yetirməkdə təqsirli bilinərək azadlıqdan məhrum edilən Sabunçu Rayon Məhkəməsinin sabiq hakimi Fəqan Rövşən oğlu Əhmədovun vaxtından əvvəl azadlığa buraxılması gündəmə gəlib.

Sonxeber.az axar.az-a istinadən bildirir ki, hazırda 9 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən sabiq hakimin cəzasının çəkilməmiş hissəsindən vaxtından əvvəl azad olunması ilə bağlı Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə müraciət edilib. Sözügedən müraciət hakim Vüqar Məhərrəmovun icraatındadır.

Bu barədə Musavat.com-a daxil olan məlumatı mərhum Pərvanə Əhmədovanın valideynləri təsdiqləyiblər. Keçmiş hakimin qayınanası Mətanət Məmmədşah qızı Quliyeva və qayınatası Süleyman Ayub oğlu Quliyev onun azadlığa çıxmasını istəyirlər. Onlar baş verən faciəvi hadisənin qəsdən deyil, məhz ehtiyatsızlıqdan baş verdiyini əsas gətirərək, Fəqan Əhmədovun vaxtından əvvəl azad olunması xahişi ilə ən müxtəlif instansiyalara rəsmi müraciətlər ünvanlayıblar.

Zərərçəkmiş şəxsin hüquqi varisləri kimi Mətanət Quliyeva və Süleyman Quliyev eyni mövqedən çıxış edərək Xəzər Rayon Məhkəməsinin hakimi Vüqar Məhərrəmova da rəsmi ərizə göndəriblər. Onlar məktublarında keçmiş hakim olan kürəkənlərindən şikayətçi olmadıqlarını xüsusi vurğulayıblar:

"Biz, mərhum Pərvanə Əhmədovanın valideynləriyik, məhkum Fəqan Rövşən oğlu Əhmədov bizim kürəkənimizdir. Bir valideyn kimi bildiririk ki, onlar bir-birlərini sevib ailə qurubar. Onlar nikah dövründə mehriban yaşayıblar, ailələrində heç vaxt söz-söhbət olmayıb. Birgə nikahlarından 2 azyaşlı olmaqla, 3 övladı vardır. Fəqan Əhmədov da uşaqlarının qayğısına bir ata kimi çox gözəl qalırdı. Baş verən bədbəxt hadisə təsadüfən, ehtiyatsızlıqdan baş vermişdir. Kürəkənimiz qızımıza heç vaxt bilərək xəsarət yetirməzdi".

Mərhumun valideynləri uzun müddətdir həbsdə olan Fəqan Əhmədovun himayəsində qalan övladlarının vəziyyətini nəzərə alaraq məhkəmədən onun azadlığa buraxılmasına etiraz etmədiklərini bildiriblər:

"Hazırda bir valideyn kimi, zərərçəkmiş şəxsin hüquqi varisləri kimi Fəqan Əhmədovdan şikayətçi deyilik. Uzun müddətdir ki, o həbsdədir. Övladlarının ata qayğısına ehtiyacı vardır. Buna görə də, 2 azyaşlı övladının olmasını, hadisənin təsadüfən baş verməsini, bizim ondan şikayətçi olmadığımızı nəzərə alaraq Fəqan Əhmədovun cəzadan vaxtından əvvəl azad olunmasına etiraz etmirik".

Xatırladaq ki, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin hakimi vəzifəsində işləyən Fəqan Əhmədov 30 may 2021-ci il tarixdə, saat 23 radələrində Sabunçu rayonu, Nardaran qəsəbəsi, "Ləhiş bağları" adlanan yaşayış massivində birgə yaşadıqları evdə arvadı Pərvanə Əhmədovaya tüfəngdən atəş açıb.

Hadisə ilə bağlı cinayət işi başlanılıb. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Fəqan Əhmədov qəsdən adam öldürməkdə təqsirli bilinərək 10 il müddətinə azadlıqdan məhrum edilib. Daha sonra Bakı Apellyasiya Məhkəməsinin qərarı ilə Fəqan Əhmədovun həbs müddəti 10 ildən 7 ilə endirilib.

İndi isə cəzasının böyük hissəsini çəkmiş sabiq hakimin Xəzər Rayon Məhkəməsinin qərarı ilə vaxtından əvvəl azadlığa buraxılması diqqət mərkəzindədir.


Sonxeber.az
Telegramda izləyin
Hadisə   Baxılıb: 242   Tarix: 14 noyabr 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Noyabrda hava kəskin DƏYİŞƏCƏK - XƏBƏRDARLIQ EDİLDİ

Noyabr ayında va bəzi ərazilərdə aylıq yağıntının miqdarı iqlim normasından çox olacaq. Milli Hidrometeorologiya Xidmətinin məlumatına əsasən, noyabr ayında ümumi atmosfer sirkulyasiyasının dəyişməsi baş verir. Tutqun və buludlu günlərin sayı çoxalır. Soyuq hava kütlələrinin əraziyə tez-tez daxil olmas

31 oktyabr
.

Bu ərazilərə QAR yağacaq, yollar buz bağlayacaq - XƏBƏRDARLIQ EDİLDİ

Türkiyə Meteorologiya Baş İdarəsi həftəsonu ölkə ərazisində təsirli olacaq soyuq və yağıntılı hava şəraiti ilə bağlı əhaliyə müraciət edib. Türkiyə mətbuatına istinadla bildirir ki, proqnoza əsasən, havanın temperaturu nəzərəçarpacaq dərəcədə aşağı düşəcək. Qara dəniz sahillərində intensiv yağış, ölkəni

7 noyabr
.

XƏBƏRDARLIQ! Bu tarixdə yağış yağacaq, QARA KEÇƏCƏK...

Noyabrın 2-də gözlənilən hava proqnozu açıqlanıb. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən xəbər verilib. Bakıda və Abşeron yarımadasında şimal-qərb küləyi əsəcək. Sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir

1 noyabr
.

TƏCİLİ! Azərbaycanda gəmilərə XƏBƏRDARLIQ EDİLDİ

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Dövlət Dəniz və Liman Agentliyinin Gəmi Hərəkətinin İdarəedilməsi Mərkəzi küləkli, fırtınalı hava şəraiti ilə bağlı gəmilərə xəbərdarlıq edib. bildirir ki, xəbərdarlığa əsasən, noyabrın 15-i gündüz saatlarından Xəzər Dəniz Akvatoriyasında müşahidə olunaca

14 noyabr
.

Bakıda yataqxanadan tələbə qızın meyiti tapıldı

Bakıda tələbə qız qəfil vəfat edib. -ın əldə etdiyi məlumata görə, hadisə bu gün günorta saatlarında Azərbaycan Tibb Universitetinin yataqxanasında baş verib. Universitetin Müalicə profilaktika fakültəsinin tələbəsi, 2009-cu il təvəllüdlü Elvira Eyyubova yaşadığı yataqxananın otağında ölü tapılıb. Məlumat

14 noyabr
.

Bakıda ət kombinatında güclü yanğın - Anbaan görüntülər

Paytaxtın Nizami rayonunda hazırda fəaliyyət göstərməyən ət kombinatında güclü yanğın baş verib. xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb. Qeyd olunub ki, nazirliyin "112" qaynar telefon xəttinə paytaxtın Nizami rayonu, Davud Aslan küçəsində yanğın baş verməs

1 noyabr
.

40 yaşlı bank əməkdaşı futbolda ürəktutmadan öldü

"Azər-Türk Bank" ASC-nin 40 yaşlı əməkdaşı Yasən Məmmədov vəfat edib. "Qafqazinfo" xəbər verir ki, Y.Məmmədov futbol oyunu zamanı ürəktutmadan dünyasını dəyişib. Məlumata görə, o, Şuşa şəhərindən məcburi köçkün olub və Bakıda müvəqqəti məskunlaşıb. Mərhumun atası Tərxan Məmmədov Birinc

8 noyabr
.

Bakı-Astara magistralında qəza: Avtomobil piyadanı vurdu

Bakı-Astara magistral yolunda avtomobil piyadanı vurub. -ın məlumatına görə, hadisə magistral yolun Biləsuvar rayonu ərazisindən keçən hissəsində qeydə alınıb. Belə ki, minik maşını 1990-cı il təvəllüdlü Aynur Zəbiyevanı vurub. Zərərçəkən ağır xəsarətlər alıb və xəstəxanaya yerləşdirilib. Faktla bağl

10 noyabr
.

Azərbaycanda "Apple" istifadəçilərinin hesabları KÜTLƏVİ ŞƏKİLDƏ ƏLƏ KEÇİRİLİR

Milli Kibertəhlükəsizlik Agentliyi (MKA) "Apple" şirkətinin məhsullarında aşkarlanmış təhlükəsizlik boşluğu ilə bağlı istifadəçilərə xəbərdarlıq edib. xəbər verir ki, bu barədə Milli Kibertəhlükəsizlik Agentliyi məlumat yayıb. Bildirilib ki, "iOS", "iPadOS" və "macOS"

31 oktyabr