17 yaşlı qızı qaçıran iki qardaşa hökm oxundu: Analarına 10 illik cəza

17 yaşlı qızı qaçıran iki qardaşa hökm oxundu: Analarına 10 illik cəzaGədəbəydə 17 yaşlı qızı evlənmək niyyəti ilə qaçıran nişanlısı, onun qardaşı və anası cinayət məsuliyyətinə cəlb ediliblər.

Sonxeber.az "Qafqazinfo"ya istinadla xəbər verir ki, Gəncə Ağır Cinayətlər Məhkəməsində bu iş üzrə hökm elan edilib.

32 yaşlı Emin qaçırdığı qızla bir müddət əvvəl nişanlanıb. Həmin vaxt oğlan xaricdə olsa da, nişanlısı ilə telefonla danışıb. Dediyinə görə, qızın yetkinlik yaşına çatmadığından xəbəri olmayıb. Emin qardaşı Naib vasitəsilə Ayşənlə (ad şərti) tanış olub. Naib də elə Eminin nişanlısının bacısı ilə evlənmək üzrə olub.

Lakin sonradan iki qardaş və ana birləşib Ayşəni qaçırmaq qərarına gəliblər. Onlar qızı yolun kənarında zorla maşına oturdub Gədəbəydən Tovuza aparıblar.

Amma Ayşən oğlanın bu hərəkəti ilə razılaşmayıb, onu buraxmasını tələb edib. Qızın anasının polisə şikayətindən sonra, o, evə qaytarılıb. Bu məsələdən sonra Ayşənin bacısı ilə digər qardaşın da münasibəti pozulub.

Polis əməkdaşları tərəfindən qardaşların ikisi də saxlanılıb. Onlara qarşı Cinayət Məcəlləsinin 144.3-cü (adam oğurluğu) maddəsi ilə ittiham verilib. Eyni maddə ilə ittiham olunan ana barəsində isə həbslə bağlı olmayan qətimkan tədbiri seçilib.

Ana və oğlanları məhkəmədə özlərini təqsirli biliblər. Emin ifadəsində nişanlısının 17 yaşı olduğunu polisdə öyrəndiyini, ondan niyə şikayət etdiyini isə hələ də bilmədiyini deyib.

Məhkəmə yekunda müttəhimləri adam oğurluğunda təqsirli bilib. Amma hakim hadisənin ilkin motivinin adam oğurluğu deyil, ailə qurma niyyəti ilə bağlı olmasını, zərərçəkmiş şəxslə barışıq əldə edilməsini yumşaldıcı hal hesab edib.

Hökmə əsasən, Cinayət Məcəlləsinin 62-ci (sanksiya həddinin ən aşağı həddindən də az cəza təyin etmə) maddəsi tətbiq edilməklə, Eminə 2, qardaşına 1 il 6 ay həbs cəzası verilib. Anaya isə sınaq müddəti seçilməklə 10 il şərti cəza təyin edilib.


Sonxeber.az
Telegramda izləyin
Hadisə   Baxılıb: 290   Tarix: 14 noyabr 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Azərbaycanda MÜƏMMALI ÖLÜM: Ailənin yeganə övladının MEYİTİ TAPILDI - FOTO

Göyçayda 28 yaşlı kişinin meyiti şəhər ərazisində yerləşən köhnə yarımtikilidə aşkarlanıb. -a istinadən xəbər verir ki, meyiti tapılan şəxs şəhər sakini, 1998-ci il təvəllüdlü Elçin Elman oğlu Əzizovdur. Məlumata görə, mərhum subay olub və ailənin yeganə övladı imiş. O, Fövqəladə Hallar Nazirliyini

31 oktyabr
.

Bu tarixlərdə Bakıda GÜCLÜ KÜLƏK ƏSƏCƏK - XƏBƏRDARLIQ

Bakıda və Abşeron yarımadasında, eyni zamanda bəzi bölgələrdə noyabrın 8-9-da güclü külək əsəcək. xəbər verir ki, Milli Hidrometeorologiya Xidməti gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verib. Bildirilib ki, Bakıda və Abşeron yarımadasında, Mingəçevir, Naftalan, Neftçala

7 noyabr
.

Deputatın həyat yoldaşı vəfat etdi

Milli Məclisin deputatı Sevinc Hüseynovanın ailəsində ağır itki baş verib. xəbər verir ki, deputatın həyat yoldaşı Hacı İsaq Həsənzadə vəfat edib. Qeyd edək ki, Hacı İsaq Həsənzadə Azərbaycanın İrandakı keçmiş səfiri Abbasəli Həsənovun qardaşıdır

7 noyabr
.

Sumqayıtda 17 yaşlı oğlan dəm qazından zəhərləndi

Sumqayıtda bədbəxt hadisə baş verib. xəbər verir ki, hadisə şəhərin 5-ci mikrorayon ərazisində qeydə alınıb. 2009-cu il təvəllüdlü T.Cəbrayılov dəm qazından zəhərlənib. Onun yaşadığı evin hamam otağında zəhərləndiyi bildirilir. O, xəstəxanaya çatdırılıb. Faktla bağlı araşdırma aparılır

8 noyabr
.

Jurnalist Elnur Şükürov həbs edildi

Jurnalist Elnur Şükürov həbs edilib. APA-ya istinadən xəbər verir ki, bu barədə Sabunçu Rayon Məhkəməsi qərar qəbul edib. Qərara əsasən, Elnur Şükürov barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib. Ona Cinayət Məcəlləsinin 221.2-ci (xuliqanlıq - ağırlaşdırıcı hallarda) və 188.1-ci (qanunla müəyyə

7 noyabr
.

Qobustanda mikroavtobus aşıb, bir nəfər ölüb

Bakı-Şamaxı-Yevlax avtomobil yolunun 107-ci kilometrliyində, Qobustan ərazisində ağır yol-nəqliyyat hadisəsi baş verib. "Report"un Yuxarı Şirvan bürosu xəbər verir ki, Bakı şəhər sakini, 1954-cü il təvəllüdlü Məmmədov Rəşid Şahmərdan oğlunun idarə etdiyi "Mercedes Vito" markalı mikroavtobusl

7 noyabr
.

TƏCİLİ! Azərbaycanda gəmilərə XƏBƏRDARLIQ EDİLDİ

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Dövlət Dəniz və Liman Agentliyinin Gəmi Hərəkətinin İdarəedilməsi Mərkəzi küləkli, fırtınalı hava şəraiti ilə bağlı gəmilərə xəbərdarlıq edib. bildirir ki, xəbərdarlığa əsasən, noyabrın 15-i gündüz saatlarından Xəzər Dəniz Akvatoriyasında müşahidə olunaca

14 noyabr
.

39 yaşlı aktyor faciəli şəkildə öldü

Rusiyalı aktyor İvan Skitsan vəfat edib. Axşam.az xəbər verir ki, aktyor 39 yaşında dünyasını dəyişib. Onun ölümünün səbəbi ilə bağlı "Mash" teleqram kanalı məlumat yayıb. Nəşrin iddiasına görə, anadangəlmə qida borusu daralmasından əziyyət çəkən İvan elə bu səbəbdən 10-dan çox əməliyyat keçirib

8 noyabr
.

Sumqayıtda məktəbli qızı sevgilisi küçədə döydü

Sumqayıtda məktəbli qız küçədə döyülüb. -a istinadla xəbər verir ki, hadisə 9-cu mikrorayon ərazisində, binalardan birinin arxasında qeydə alınıb. 18 yaşlı Samir Musayev (şərti adla) sevgi münasibətlərində olduğu 15 yaşlı Mahirə Bağırovanın (şərti adla) baş nahiyəsinə yumruqla möhkəm zərbə vurub. Nəticəd

31 oktyabr