Rusiya modern "İsgəndər" raketləri ilə Ukraynanı ikiyə bölməyi hədəfləyir

Rusiya modern "İsgəndər" raketləri ilə Ukraynanı ikiyə bölməyi hədəfləyirRusiya hərbçiləri "İsgəndər" raket sistemlərini optik və radiolokasiya başlıqlarla təchiz edərək modernləşdiriblər. Raketlər hədəfə yaxınlaşarkən son saniyələrdə yüksək dəqiqliklə zərbələr endirmək imkanına malikdirlər.

Oxu.Az-ın "Teleqraf" nəşrinə istinadən xəbərinə görə, ukraynalı rəsmilər bunu Rusiyanın Ukraynanı ikiyə bölməyə yönəlmiş strategiyanın bir hissəsi hesab edirlər.

Ukrayna Prezidenti Ofisinin müşaviri Sergey Beskrestnovun sözlərinə görə, optik və radiolokasiya başlıqlardan Kiyevdə körpülərə endirilən son zərbələrdə istifadə olunub.

Ukraynalı rəsmilərdən digəri isə "Financial Times"a bildirib ki, Kremlin planına elektrik enerjisinin qərbdən şərqə ötürülməsi sisteminin məhv edilməsi daxildir və bu, milyonlarla insanın işıqsız qalması deməkdir.

Ehtimal olunur ki, optik və radiolokasiya özütuşlanan başlıqlar Rusiyanın ən yeni texnologiyasıdır. Onlar döyüş başlığı partlamamışdan bir neçə saniyə öncə ərazini skan edir. Bu, raketlərə Ukraynanın radioelektron mübarizə sistemlərini dəfetmə imkanı verir.

Hərbi strategiya və texnologiyalar üzrə professor Mauro Gilli hesab edir ki, bu yenilik Rusiyanın müharibənin əvvəlindən üzləşdiyi ən ciddi taktiki problemlərdən bəzilərinin həllinə kömək edə bilər.

"Globsec" analitik mərkəzinin elmi əməkdaşı Maksim Beznosyuk bildirir ki, Rusiya körpülərə getdikcə daha çox zərbələr endirir. Ukraynanın enerji sistemini Dnepr çayı boyunca iki hissəyə bölmək cəhdləri isə hələ ötən ilin dekabrında başlayıb.


Sonxeber.az
Telegramda izləyin
Dünyada   Baxılıb: 93   Tarix: 14 noyabr 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Kallas: Aİ Ukrayna ilə bağlı danışıqlarda iştiraka hazırdır, lakin təmsilçisini özü seçəcək

Avropa İttifaqı (Aİ) Ukraynada müharibənin nizamlanması ilə bağlı Rusiya ilə danışıqlarda iştirak etməyə hazırdır, lakin qurumun nümayəndəsini Moskva deyil, Avropa özü müəyyənləşdirəcək. BFMTV xəbər verir ki, bu barədə Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya Kallas bildirib

13 noyabr
.

Yaponiyada güclü zəlzələ: 76 nəfər xəsarət alıb

Yaponiyanın şimalında yerləşən Kumamoto bölgəsində baş verən 4 bal gücündə zəlzələ nəticəsində azı 76 nəfər xəsarət alıb. Reuters-ə istinadən xəbər verir ki, yeraltı təkanlar səbəbindən qatarların hərəkəti dayanıb, yüzlərlə sərnişin qatarlarda qalıb, minlərlə evdə elektrik enerjisinin verilişində fasilələ

13 noyabr
.

Çin və ABŞ ticarət şurasının ilk iclasında rüsumların azaldılmasını müzakirə ediblər

Çin və ABŞ birgə ticarət şurasının ilk iclasını keçirərək ümumi dəyəri təxminən 60 milyard dollar (hər tərəfdən 30 milyard dollar olmaqla) olan mallar üzrə idxal rüsumlarının qarşılıqlı azaldılmasını müzakirə ediblər. "Report" xəbər verir ki, bu barədə Çin Kommersiya Nazirliyi noyabrın 14-d

14 noyabr
.

"Böyük Ermənistan", "Miatsum" xülyaları puç oldu: Paşinyan yeni ideologiyanı açıqladı

Ermənistan baş naziri Nikol Paşinyan Dublində Beynəlxalq və Avropa Münasibətləri İnstitutunda (IIEA) keçirilən görüş zamanı "Real Ermənistan" ideologiyasından danışıb. Bu barədə Ermənistan KİV-ə istinadən məlumat verir. Paşinyan qeyd edib ki, bu ideologiya Ermənistanın dövlət və milli maraqların

14 noyabr
.

Avropanın bir sıra şəhərləri filtirli siqaretlərin qadağan olunmasını istəyir

Avropanın bir neçə böyük şəhərinin rəhbərliyi Avropa İttifaqına filtirli siqaretlərin satışının qadağan edilməsi ilə bağlı müraciət edib. xəbər verir ki, təşəbbüsə Brüssel, Münhen, Dublin və Genuya şəhərləri qoşulub. Onlar hesab edirlər ki, siqaret kötükləri ətraf mühitin çirklənməsində ciddi paya malikdi

14 noyabr
.

Pakistan ordusu Əfqanıstan sərhədində 74 silahlını öldürüb

Pakistan ordusu Əfqanıstanla sərhədyanı ərazilərdə keçirdiyi əməliyyatlar zamanı 74 silahlının öldürüldüyünü açıqlayıb. Məlumata görə, Pakistan hərbçiləri son 10 gün ərzində silahlı qruplaşmaların gizləndiyi mövqelərə reydlər keçirib. Associated Press-ə istinadən xəbər verir ki, əməliyyatların sərhə

13 noyabr
.

Zelenskidən Meloniyə ironik cavab: "Axı bunu sən istəmirdin"

Ukrayna Prezidenti Volodimir Zelenski Avropa İttifaqının (Aİ) Dublində keçirilən qeyri-rəsmi sammiti çərçivəsində görüşləri zamanı İtaliyanın Baş naziri Corcia Melonini açıq şəkildə tənqid edib. -ın xəbərinə görə, bu barədə İtaliyanın "Il Fatto Quotidiano" qəzeti məlumat verib. Nəşr Zelenskini

14 noyabr
.

Tramp Putinlə görüşəcək? - Ağ Evdən açıqlama

ABŞ Prezidenti Donald Tramp 18-19 noyabr tarixlərində Şençjendə keçiriləcək Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq Təşkilatı sammiti çərçivəsində Rusiya Prezidenti Vladimir Putin və Çin sədri Si Cinpin ilə görüşmək niyyətindədir. -ın "Reuters"ə istinadən xəbərinə görə, bu barədə Ağ Evin nümayəndəs

14 noyabr
.

Putin xərçənglə mübarizə aparan məşhur bloqeri əfv etdi

Rusiya Prezidenti Vladimir Putin xərçənglə mübarizə aparan və ölkə xaricinə qanunsuz çoxmilyonluq köçürmələrlə bağlı iş üzrə şərti cəzaya məhkum edilən məşhur rusiyalı bloqer Lerçekin (əsl adı Valeriya Çekalina) əfv edilməsi ilə bağlı fərman imzalayıb. -ın TASS-a istinadən xəbərinə görə, müvafiq sənə

14 noyabr