Pensiya və maaşların verilməsi ilə bağlı YENİLİK - Vətəndaşlar sevinəcək
Azərbaycanda əməkhaqları və pensiyaların ödənilməsi qaydası dəyişə bilər. Yeni təklifə əsasən, işçilərə verilən əməkhaqqı və digər ödənişlər elektron ödəniş sistemi vasitəsilə onların seçdiyi bank hesabına köçürüləcək.
Bu yenilik hansı üstünlükləri vəd edir?
Globalinfo.az-a danışan iqtisadçı Elçin Rəşidov deyib ki, ölkədə pensiyaların ödənilməsi sahəsində bank monopoliyası mövcuddur:
"Bunu Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımov da bizimlə görüşdə qeyd edib. Pensiyaçılara pensiyalarını müxtəlif banklardan almaq imkanı yaradılarsa, bu, ilk növbədə, onlar üçün rahatlıq təmin edər. İnsanlar özlərinə yaxın olan bankı seçə bilər, eyni zamanda, bir bankın bankomatları qarşısında yaranan növbələr azalaraq müxtəlif banklar arasında bölünər. Beləliklə, bank monopoliyası da aradan qalxar. Adətən insanlar əməkdaşlıq etdikləri və pensiyalarını aldıqları banklardan daha çox kredit götürür, digər bank xidmətlərindən istifadə edir və həmin bankın kartlarına üstünlük verirlər. Bu baxımdan, digər bankların da sistemə cəlb olunması onlara bərabər rəqabət imkanları yaradar".
İqtisadçı bildirib ki, əməkhaqqı ilə bağlı qərarı müəssisələr verir:
"Hansı bankla işləmək və əməkhaqlarını hansı bank vasitəsilə ödəmək müəssisənin öz seçimidir. Bu sahədə konkret bir bankın ölkə üzrə monopoliyasından danışmaq olmaz. Bununla belə, müəyyən amillər nəticəsində bəzi banklar əməkhaqqı ödənişlərində daha çox üstünlük əldə edə bilər. Hətta bu prosesdə qeyri-şəffaf prinsiplər, müxtəlif təzyiqlər və ya ayrı-ayrı şəxslərin maraqları da rol oynaya bilər. Digər bankların da bu sistemə qoşulması əməkhaqqı alan şəxslərə özləri üçün daha əlverişli və yaxın bankı seçmək imkanı verəcək. Eyni zamanda, banklar arasında rəqabət şəraiti bərabərləşəcək ki, bu da bütövlükdə bank sektoru üçün müsbət haldır".
E.Rəşidov qeyd edib ki, bu dəyişiklikdən müəyyən mənada itirən tərəf isə şirkətlər olacaq:
"Belə ki, şirkət əvvəllər əməkhaqqı vəsaitlərini bir banka köçürürdüsə, indi bir neçə bankla əməkdaşlıq etməli olacaq. Əvvəlki sistemdə şirkətlər bir bankla işlədiklərinə görə bəzi xidmətlər üzrə endirimlər əldə edir, daha rahat xidmət alır və mühasibatlıq işlərini asanlaşdırırdılar. Yeni qaydalar isə mühasibatlıq yükünü artıra və şirkətlərin müəyyən güzəştlərdən məhrum olmasına səbəb ola bilər".
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 378 Tarix: 14 noyabr 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Şəhidin ata-anası qəzada yaralandı - Fotolar
Naxçıvan Muxtar Respublikasının Babək rayonunda yol qəzası baş verib. APA-ya istinadən xəbər verir ki, hadisə Çeşməbasar kəndi ərazisində qeydə alınıb. "KamAZ" və "Hyundai" markalı avtomobillərin toqquşması nəticəsində 2 nəfər xəsarət alıb. Xəsarət alanlar - 1970-ci il təvəllüdl
13 noyabr"Qızıl Qaya" restoranın kababında təhlükəli bakteriya aşkarlandı (FOTO)
Bakının Nizami rayonunda yerləşən "Qızıl Qaya" restoranında aparılan yoxlamalar zamanı bir sıra mikrobioloji uyğunsuzluqlar aşkarlanıb. Qaynarinfo xəbər verir ki, bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) məlumat yayıb. Bildirilib ki, restoranda zəhərlənmə şübhəsi ilə bağl
13 noyabrHamilə qadın bıçaqlandı - Qardaşı saxlanıldı-Yenilənib
Tovuzda qadın bıçaqlanıb. "Qafqazinfo" xəbər verir ki, hadisə rayondakı "ASAN xidmət" Mərkəzinin qarşısında qeydə alınıb. İlkin məlumata görə, bıçaqlanan qadın hamilə olub. O, xəstəxanaya aparılıb, vəziyyəti ağırdır. Faktla bağlı araşdırma aparılır. *. Polisin keçirdiyi tədbirlə
13 noyabrƏhaliyə hava XƏBƏRDARLIĞI - Sel və daşqın olacaq
Fövqəladə Hallar Nazirliyi (FHN) noyabrın 15-də gözlənilən qeyri-sabit hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib. Nazirlikdən -a verilən məlumata görə, noyabrın 15-i günün ikinci yarısından başlayaraq 16-sı axşamadək respublika ərazisində, o cümlədən Bakıda və Abşeron yarımadasında qeyri-sabi
14 noyabrAzərbaycan 9 ayda Türkiyəyə 8 milyard kubmetrdən çox qaz nəql edib
Bu ilin yanvar-sentyabr Azərbaycandan Türkiyəyə cəmi 8 milyard 113,03 milyon kubmetr həcmində təbii qaz göndərilib. "Report" xəbər verir ki, bu barədə Türkiyənin Enerji Bazarını Tənzimləmə Qurumunun (Enerji Piyasası Düzenleme Kurumu - EPDK) hesabatında qeyd olunub. Hesabata əsasən, bu göstəric
14 noyabrSahil Babayevdən əhaliyə ŞAD XƏBƏR - ARTIRILIR
"Çox kiçik bir dövr ərzində biz minimum əmək haqqını 130 manatdan artıq gətirib 400 manata, minimum pensiyanı 116 manatdan 320 manata çatdırmışıq. Burada yaxşı xəbər ondan ibarətdir ki, növbəti il də ölkəmizdə böyük sosial paket həyata keçiriləcək və bu sosial paketin reallaşdırılması üçün maliyy
14 noyabrRusiyada faciəli şəkildə ölən azərbaycanlının FOTOSU
Rusiyada, Elista ilə Volqoqrad şəhərləri arasındakı ərazidə baş verən ağır yol-nəqliyyat hadisəsiazərbaycanlının ölümü ilə nəticələnib. xəbər verir ki, hadisə zamanı həlak olan Vüqar adlı həmyerlimizin fotosunu əldə edib. Onun Salyan rayonundan olduğu bildirilib. Yayılan məlumatlar arasında o da qey
14 noyabrDavamiyyət limiti tələbələrin təhsil hüququnu məhdudlaşdırır? - AÇIQLAMA
Ali təhsil müəssisəsindən xaric edilən tələbələrə universitetə bərpa olunmaq üçün 6 aylıq müddətin verilməsi təhsilə qayıtmaq imkanının qorunması baxımından mühüm əhəmiyyət daşıyır. Bu müddət tələbəyə yaranmış problemləri aradan qaldırmaq, təhsilini davam etdirmək üçün yenidən müraciət etmək imkanı yaradır
13 noyabr