"Yeşilçam"ın ulduzunun sirli həyatı: Rəqabət, uğursuz evliliklər və faciəli son

"Yeşilçam"ın ulduzunun sirli həyatı: Rəqabət, uğursuz evliliklər və faciəli sonTürk kinosunun tanınmış simalarından biri olan Oya Aydoğan güclü xarakterə malik, özünəinamlı qadın obrazları, istedadı və özünəməxsus ifa tərzi ilə "Yeşilçam" tarixində silinməz iz qoyub.

Uşaqlıqdan aktrisa olmağı arzulayan Oya Aydoğan ailəsinin etirazlarına baxmayaraq, sənət yolundan dönməyib. O, 1976-cı ildə "Ses" jurnalının təşkil etdiyi VIII "Sinema Artisti" müsabiqəsində birinci yeri tutaraq kino dünyasına qədəm qoyub.

1970-ci illərin ikinci yarısından etibarən şöhrət qazanmağa başlayan sənətçi karyerası ərzində 51 filmdə və 13 televiziya serialında rol alıb. O, Kemal Sunal, Cüneyt Arkın, Kadir İnanır, Ferdi Tayfur, Müslüm Gürses, Orhan Gencebay və İbrahim Tatlıses kimi məşhur sənətçilərlə eyni ekranı bölüşüb.

Oya Aydoğanın həyatında Banu Alkanla uzun illər davam edən rəqabət, "Yeşilçam"ın ağır çəkiliş şəraiti və maddi çətinliklərlə yanaşı, uğursuz evliliklər də xüsusi yer tutub.

Aktrisa 1979-cu ildə iş adamı Haluk Ulusoy, 1988-ci ildə isə Latif Demirbağ ilə ailə həyatı qurub. Onun ikinci evliliyindən bir oğlu dünyaya gəlib.

Sonrakı illərdə kino ilə yanaşı, televiziya aparıcılığı ilə də məşğul olan Aydoğan 2011-ci ildə Emel Müftüoğlu ilə birlikdə "Şekerli Kahve" proqramını aparıb. Ömrünün son illərində isə Lerzan Mutlu ilə "Söylemezsem Olmaz" maqazin proqramında çalışıb.

2016-cı ilin mayında qida boğazında ilişdikdən sonra xəstəxanaya yerləşdirilən aktrisaya aorta anevrizması diaqnozu qoyulub. Oya Aydoğan mayın 15-də 59 yaşında İstanbulda vəfat edib./BAKU.WS


Sonxeber.az
Telegramda izləyin
Şou-biznes   Baxılıb: 361   Tarix: 16 noyabr 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Ağır vəziyyətdə olan Səyyad Əlizadə başqa xəstəxanaya köçürülür?

Koronavirusa yoluxan Səyyad Əlizadənin vəziyyəti ağır olaraq qalır. Bu barədə -a müğənninin qohumu Razim Qarayev məlumat verib. O bildirib ki, sənətçini Mərkəzi Gömrük Hospitalına köçürmək istəyirlər:. "Hazırda S.Əlizadə süni koma vəziyyətində saxlanılır. Vəziyyətində heç bir irəliləyiş yoxdur

16 sentyabr 2021
.

Əməkdar artist AzTV-də aparıcılıq edir

Əməkdar artist Elnur Kərimov aparıcılığa başlayıb. xəbər verir ki, aktyor AzTV-də çalışır. O, Xədicə Sənanqızı lə birlikdə "Gün başladı" proqramına aparıcılıq edir. Veriliş həftəiçi beş gün səhər saatlarından yayımlanır. Qeyd edək ki, XəSənanqəzə ötən mövsüm proqramı tək aparırdı

4 sentyabr 2021
.

Səməd Səmədova başdaşı qoymağa ailəsinin imkanı çatmır?

"Səməd Səmədov 40 ildi toylara gedirdi, onun imkanına nə gəlib. Bunu Qaynarinfo-ya açıqlamasında müğənni Manaf Ağayev mərhum Xalq artisti Səməd Səmədovun məzar daşının olmaması ilə bağlı videogörüntüdən danışarkən deyib. Sənətçi hesab edir ki, həmkarının məzar daşının qoyulmamasının madiyyatla he

7 sentyabr 2021
.

Aygün Kazımova koronavirusa yoluxub

Xalq artisti Aygün Kazımova koronavirusa yoluxub. Axşam.az-a istinadən xəbər verir ki, bu barədə sənətçi İnstaqram hesabında məlumat verib. Müğənni xəstəliyi ağır keçirdiyini bildirib:. "Mən də bir çoxlarınız kimi koronavirusa yoluxdum. Son 3 günü ağır keçirdim. Hərarətim 37-38,5 idi. Bədənim ço

8 sentyabr 2021
.

"Polad Alemdar"ın "İmam Mehdi" olduğunu iddia edən səs yazısı YAYILDI - VİDEO

Bir zamanlar Türkiyənin ən reytinqli seriallarından biri olan "Kurtlar Vadisi Pusu"nun "Polad Alemdar"ı yenidən gündəmə gəlib. Unikal.org xəbər verir ki, Necati Şaşmaz bir müddətdir ki, özünü "İmam Mehdi" olduğunu idda edir. Hətta onun bunula bağlı səs yazısı ortaya çıxıb

6 sentyabr 2021
.

Firəngiz Mütəllimova Yaşar Nuridən yazdı: "Kaş sağ olardın..." - FOTO

Bu gün Xalq artisti, Azərbaycan Respublikasının Dövlət Mükafatı laureatı Yaşar Nurinin anadan olmasının 70-ci ildönümüdür. xəbər verir ki, Xalq artisti Firəngiz Mütəllimova sosial şəbəkədə sevilən aktyorla bağlı paylaşım edib. F.Mütəllimova Xalq artistinin fotosunu yayımlayaraq bunları yazıb:. "Əvəzolunma

3 sentyabr 2021
.

Röya Ayxanın oğlu əməliyyat olundu

Xalq artisti Röya Ayxanın oğlu əməliyyat olunub. xəbər verir ki, sənətçi bu haqda "Mtv" kanalına açıqlamasında bildirib. Xalq artisti yeganə övladı Hüseynin xəstəxanaya yerləşdirildiyini və əməliyyat olunduğunu qeyd edib:. "Oğlum otağından zəng vurub dedi ki, "Ana, mənim çox pis ağrıları

13 sentyabr 2021
.

Meyxanaçılar arasında qalmaqal - "Tək onu bilirəm ki, biri vurub, digəri də ölüb"

Mərhum meyxanaçı Məşədibaba Aydəmirovun oğlu Mircəlalın mətbuata son müsahibəsi gündəmə bomba kimi düşüb. O, atasının həmkarı Elçini öldürməsi ilə bağlı bir sıra faktları açıqlayıb. -a istinadən xəbər verir ki, Mircəlal deyib ki, atası Elçini öldürmək üçün deyil, qorxutmaq məqsədilə vurub. Hətta türməd

11 sentyabr 2021
.

Türkiyəli məşhur aktrisa vəfat etdi

Türkiyəli məşhur aktrisa İncilay Şahin vəfat edib. Bu barədə "Oyunçular Birliyi"nin "Twitter" hesabında məlumat verilib. 60 yaşlı sənətçi "Çiçek taksi", "Hayat Bilgisi", "Yasak elma" kimi reytinqli seriallarda rol alıb

7 sentyabr 2021