Azərbaycan-Böyük Britaniya strateji tərəfdaşlığı qarşılıqlı etimada və ortaq maraqlara əsaslanır

Azərbaycan-Böyük Britaniya strateji tərəfdaşlığı qarşılıqlı etimada və ortaq maraqlara əsaslanırPrezident İlham Əliyevin həyata keçirdiyi məqsədyönlü və praqmatik xarici siyasət ölkəmizin beynəlxalq mövqeyinin möhkəmləndirilməsinə, aparıcı dövlətlərlə qarşılıqlı faydalı münasibətlərin genişləndirilməsinə mühüm töhfə verir. Azərbaycanın müxtəlif geosiyasi və iqtisadi mərkəzlərlə qurduğu tərəfdaşlıq əlaqələri beynəlxalq nüfuzunu artırmaqla yanaşı, regional və qlobal proseslərdə rolunu da gücləndirir. Bu baxımdan, Azərbaycan ilə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı arasında imzalanmış Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamə ikitərəfli münasibətlərin yeni mərhələyə yüksəldiyini göstərən mühüm siyasi hadisədir.
Noyabrın 12-də Dublin şəhərində Azərbaycan Prezidenti İlham Əliyev və Böyük Britaniya və və Şimali İrlandiya Birləşmiş Krallığının Baş naziri Endi Börnhem tərəfindən imzalanan sənəd uzun illər ərzində formalaşmış dostluq və əməkdaşlıq münasibətlərinin məntiqi davamı olmaqla, gələcək tərəfdaşlığın əsas istiqamətlərini müəyyənləşdirir.
Azərbaycan-Böyük Britaniya münasibətlərinin möhkəm tarixi təməlləri mövcuddur. 1994-cü il fevralın 23-də imzalanmış Dostluq və Əməkdaşlıq haqqında Birgə Bəyannamə, 1998-ci il iyulun 21-də qəbul edilmiş Dostluq Münasibətləri və Tərəfdaşlıq haqqında Birgə Bəyannamə ikitərəfli əlaqələrin hüquqi-siyasi əsaslarını formalaşdırıb. Xüsusilə enerji sektorunda qurulmuş əməkdaşlıq Azərbaycanın beynəlxalq iqtisadi əlaqələrinin genişlənməsinə və xarici investisiyaların cəlb edilməsinə mühüm töhfə verib. Bu gün münasibətlər ənənəvi enerji əməkdaşlığını aşaraq təhlükəsizlik, nəqliyyat, maliyyə, təhsil, elm və texnologiya sahələrini də əhatə edir.
Yeni Bəyannamənin mühüm siyasi məqamlarından biri beynəlxalq hüququn fundamental prinsiplərinə, dövlətlərin suverenliyinə, müstəqilliyinə və ərazi bütövlüyünə hörmətin təsdiqlənməsidir. Azərbaycanın ərazi bütövlüyünü və dövlət suverenliyini tam bərpa etməsi Cənubi Qafqazda yeni geosiyasi reallıqlar yaradıb. Sənəddə 2025-ci il avqustun 8-də Vaşinqtonda əldə olunmuş razılaşmaların əhəmiyyətinin vurğulanması və Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılması istiqamətində səylərin dəstəklənməsi ölkəmizin sülh gündəliyinin beynəlxalq səviyyədə əhəmiyyətini nümayiş etdirir. Regionda davamlı sülhün təmin olunması qarşılıqlı suverenliyə hörmət, iqtisadi inteqrasiya və nəqliyyat-kommunikasiya əlaqələrinin inkişafı üçün mühüm zəmin yaradır.
Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamədə müdafiə və təhlükəsizlik sahəsində əməkdaşlığın genişləndirilməsi də xüsusi yer tutur. Müdafiə potensialının inkişafı, təlim və kadr hazırlığı, müdafiə sənayesi üzrə birgə təşəbbüslər, hüquq-mühafizə orqanları arasında əlaqələrin gücləndirilməsi müasir təhlükəsizlik çağırışlarına birgə cavab verilməsi baxımından əhəmiyyətlidir. Bu əməkdaşlıq Azərbaycanın institusional potensialının və təhlükəsizlik sisteminin təkmilləşdirilməsinə də töhfə verəcəkdir.
İqtisadiyyat, ticarət və investisiya sahəsində əməkdaşlığın genişləndirilməsi sənədin əsas istiqamətlərindəndir. Böyük Britaniyanın Azərbaycanın ən iri Avropa investorlarından biri olması iki ölkə arasında iqtisadi münasibətlərin möhkəm əsaslara söykəndiyini təsdiqləyir. Bərpaolunan enerji, infrastruktur, maliyyə, xidmətlər və innovasiya sahələrində yeni layihələrin həyata keçirilməsi qarşılıqlı investisiya imkanlarını genişləndirməklə yanaşı, iqtisadiyyatın şaxələndirilməsinə də xidmət edəcəkdir.
Sənəddə Orta Dəhlizin inkişafına xüsusi əhəmiyyət verilməsi Azərbaycanın beynəlxalq nəqliyyat-logistika sistemində artan rolunun göstəricisidir. Şərqlə Qərbi birləşdirən bu marşrut beynəlxalq ticarətin genişlənməsi və yükdaşımaların səmərəliliyinin artırılması baxımından strateji əhəmiyyət daşıyır. Azərbaycanın müasir nəqliyyat infrastrukturu və tranzit imkanları ilə Böyük Britaniyanın iqtisadi və texnoloji təcrübəsinin uzlaşdırılması yeni əməkdaşlıq perspektivləri yaradır.
Enerji sahəsində tərəfdaşlığın yeni istiqamətləri də təqdirəlayiqdir. Ənənəvi enerji əməkdaşlığının bərpaolunan enerji, yaşıl maliyyələşdirmə və aşağı karbonlu texnologiyalarla tamamlanması müasir dövrün tələblərinə uyğundur. Azərbaycanın günəş və külək enerjisi potensialı, Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən yaşıl enerji layihələri bu sahədə geniş imkanlar yaradır. Böyük Britaniyanın texnoloji və maliyyə təcrübəsindən faydalanmaq ölkəmizin yaşıl inkişaf hədəflərinin reallaşdırılmasına, enerji ixracı imkanlarının genişləndirilməsinə və yeni investisiyaların cəlbinə töhfə verəcəkdir.
Azərbaycan Respublikası ilə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı arasında imzalanmış Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamə qarşılıqlı etimada, ortaq maraqlara və uzunmüddətli əməkdaşlığa əsaslanan münasibətlərin yeni mərhələsini müəyyənləşdirir. Sənəd Azərbaycanın milli inkişaf prioritetləri, təhlükəsizlik siyasəti, iqtisadi şaxələndirmə strategiyası və beynəlxalq nəqliyyat imkanları ilə uzlaşır. Bu tərəfdaşlıq ölkəmizin beynəlxalq nüfuzunun daha da möhkəmlənməsinə, regional sabitliyin təmin olunmasına və qarşılıqlı faydalı əməkdaşlığın genişlənməsinə mühüm töhfə verəcəkdir.

Metin Hüseynov - siyasi sərhçi, politoloq


Sonxeber.az
Telegramda izləyin
Siyasət   Baxılıb: 79   Tarix: 16 noyabr 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Prezident İlham Əliyev Böyük Britaniyanın Baş naziri Endi Börnhem ilə görüşüb

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Baş naziri Endi Börnhem ilə görüşüb. AZƏRTAC-a istinadən xəbər verir ki, əvvəlcə "Azərbaycan Respublikası ilə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığ

13 noyabr
.

"ABŞ-ın İranı iqtisadi baxımdan tam təcrid etmək planı müəyyən regional müqavimətlə üzləşib" - BƏHRUZ QULİYEV

"ABŞ-ın İrana qarşı həyata keçirdiyi təzyiq siyasətinin yeni mərhələyə qədəm qoyduğunu müşahidə edirik. Noyabrın 11-də "The New York Times" qəzetində dərc olunan məlumatlar göstərir ki, Vaşinqton artıq yalnız hərbi-dəniz blokadası və iqtisadi sanksiyalarla kifayətlənmək istəmir. ABŞ administrasiyas

13 noyabr
.

YAP - dünənin, bu günün və sabahın partiyasıdır

1991-ci ildə Sovet İmperiyasının dağılması nəticəsində oktyabrın 18-də Azərbaycan yenidən öz müstəqilliyini elan etdi. Sovet rejiminin və Kommunist Partiyasının süqutundan sonra müstəqillik əldə etmiş respublikalardan biri kimi Azərbaycanda da müxtəlif siyasi partiyalar və digər qurumlar yaranmağa başlandı

16 noyabr
.

Prezident İlham Əliyev Dublində Litva Prezidenti Gitanas Nauseda ilə görüşüb - Video

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin noyabrın 12-də Dublində Litva Respublikasının Prezidenti Gitanas Nauseda ilə görüşü olub. AZƏRTAC-a istinadən xəbər verir ki, söhbət zamanı ölkələrimiz arasında siyasi əlaqələrin yaxşı səviyyədə olduğu vurğulandı, iqtisadi-ticari, enerji və digər sahələrd

13 noyabr
.

Ağdam rayonunun işğaldan azad olunması tarixi hadisədir

2020-ci il noyabrın 10-da Azərbaycan, Rusiya prezidentlərinin və Ermənistan baş nazirinin imzaladıqları birgə Bəyanatla 30 ilə yaxın davam edən münaqişəyə son qoyuldu, düşmən sülhə məcbur edildi. 44 günlük İkinci Vətən müharibəsi Qələbəmizlə başa çatdı! Ali Baş Komandanın Azərbaycan xalqına tarixi Qələb

14 noyabr
.

Prezidentin 1 həftəsi... - Video

Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb. "Qafqazinfo" icmalı təqdim edir:

15 noyabr
.

Ölkə başçısı İlham Əliyev Dublində Çexiyanın Baş naziri Andrey Babişlə görüşüb

Noyabrın 12-də Dublində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Çex Respublikasının Baş naziri Andrey Babişlə görüşü olub. AZƏRTAC-a istinadən xəbər verir ki, Baş nazir Andrey Babiş bu ilin aprelində ölkəmizə rəsmi səfərini və Qəbələdə dövlətimizin başçısı ilə görüşünü məmnunluqla xatırladı

12 noyabr
.

Avropa Siyasi Birliyinin sammiti: dəyişən geosiyasi mənzərə və Azərbaycanın artan siyasi çəkisi

"Dünya siyasətində yeni güc balansının formalaşdığı, beynəlxalq münasibətlərin ciddi transformasiyaya məruz qaldığı və təhlükəsizlik məsələlərinin dövlətlərin xarici siyasətində əsas prioritetə çevrildiyi bir dövrdə Avropa Siyasi Birliyinin (ASB) sammiti mühüm siyasi hadisə kimi diqqət mərkəzindədir

13 noyabr
.

İlham Əliyevin Antoniu Koşta ilə görüşü olub

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin noyabrın 12-də Dublində Avropa İttifaqı Şurasının Prezidenti Antoniu Koşta ilə görüşü olub. AZƏRTAC-a istinadən xəbər verir ki, Avropa İttifaqı Şurasının Prezidenti Antoniu Koşta Azərbaycanla Avropa İttifaqı arasında əlaqələrin inkişafından məmnunluğun

13 noyabr