"Epşteyn intihar etməyib, qətlə yetirilib" - Video
Cinsi istismar cinayətlərində mühakimə olunan amerikalı maliyyəçi Ceffri Epşteynin 2019-cu ildə həbsxanada ölümü ilə bağlı yeni və diqqətçəkən iddia irəli sürülüb. Tanınmış məhkəmə eksperti Epşteynin rəsmi açıqlamalarda iddia edildiyi kimi, intihar etmədiyini, əksinə, qətlə yetirildiyini bildirib.
"Qafqazinfo"nun xəbərinə görə, BBC-nin "Newsnight" proqramına açıqlama verən professor Maykl Friman məhkəmə ekspertizasının sənədlərini və fotoşəkillərini nəzərdən keçirdikdən sonra Epşteynin, çox güman ki, arxadan boğulduğu qənaətinə gəldiyini açıqlayıb.
Meyiti şəxsən görməyən, lakin təhlilini mərhumun qardaşı Mark Epşteynin təqdim etdiyi sənədlər və fotolar əsasında aparan Friman tədqiqatının tamamilə müstəqil olduğunu vurğulayıb. Onun sözlərinə görə, Epşteynin sol çiynində dərin qanaxma və üzündə zərbə izləri mövcuddur. Boyundakı izlər arxadan boğulma halına uyğun gəlir və qurbanın ipi boynundan çıxarmağa çalışarkən yaranan dırnaq izləri də nəzərə çarpır.
"Yaralanmalar və cəsədin tapılma şəkli bir-birinə uyğun gəlmir. Yeganə izahat ölümün qətl olmasıdır", - ekspert qətiyyətlə bildirib.
Xatırladaq ki, 2019-cu il avqustun 10-da Nyu-Yorkdakı Metropoliten İslah Mərkəzində ölü tapılan Epşteynin ölümündən sonra meyitin müayinəsini həyata keçirən baş məhkəmə eksperti Dr. Barbara Sampson əvvəllər belə demişdi: "Epşteynin ölümünün səbəbi və şəkli ilə bağlı gəldiyimiz qənaətin tamamilə arxasındayam".
Müayinədə iştirak edən patoloqlar da Ədliyyə Nazirliyinə təqdim etdikləri hesabatda xəsarətlərin asılma ilə uyğun gəldiyini, boğulma qurbanlarında müşahidə olunan müdafiə xəsarətlərinin isə mövcud olmadığını bildirmişdilər.
Sonxeber.az
Telegramda izləyin
Dünyada Baxılıb: 66 Tarix: 17 noyabr 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşYaponiya iqtisadiyyatı artmır
Yaponiyanın iqtisadi artım səviyyəsi 2026-cı ilin üçüncü rübündə əvvəlki rüblə müqayisədə demək olar ki, dəyişməyib. İnflyasiya, enerji qiymətlərinin bahalaşması, əlverişsiz hava şəraiti və zəlzələ iqtisadi artıma mənfi təsir göstərib. Euronews-un məlumatına görə, bu barədə Yaponiya Nazirlər Kabinetini
16 noyabrEstoniya mümkün müharibə və işğal dövründə rəqəmsal plan hazırlayır
Estoniya hərbi münaqişə, məlumat mərkəzlərinin dağıdılması və ya ölkə ərazisinin işğalı halında belə, dövlət rəqəmsal xidmətlərinin davamlı fəaliyyətini təmin edəcək strategiya hazırlayır. "Report"un POLITICO-ya istinadən məlumatına görə, Tallin ən ekstremal hallarda belə dövlət xidmətlərini
16 noyabrAİ Rusiyaya qarşı sanksiya siyahısına daha 145 fiziki və hüquqi şəxsi daxil edib
Avropa İttifaqına (Aİ) üzv ölkələrin xarici işlər nazirləri Rusiyaya qarşı sanksiyaların genişləndirilməsini və daha 145 fiziki və hüquqi şəxsin sanksiya siyahısına daxil edilməsini təsdiqləyiblər. APA xəbər verir ki, bu barədə Fransanın xarici işlər naziri Jan-Noel Barro noyabrın 16-da Brüsseldə jurnalistlər
16 noyabrUkrayna Rusiyanın ən böyük neft-kimya komplekslərindən birinə zərbə endirdi
Ukraynaya məxsus pilotsuz uçuş aparatları Rusiyanın Başqırdıstan Respublikasında yerləşən iri neft-kimya komplekslərindən birinə hücum edib. xəbər verir ki, noyabrın 17-nə keçən gecə Ufa və Salavat şəhərləri kütləvi dron hücumuna məruz qalıb. Başqırdıstanın Fövqəladə Hallar üzrə Dövlət Komitəsinin məlumatın
17 noyabrAlimlər insan beyninin təkamülünə təsir edən mexanizmi aşkar ediblər
Alimlər insan beyninin inkişafında təkamülün rolunu izah edə biləcək yeni mexanizm müəyyən ediblər. xəbər verir ki, Tayvan və Yaponiyadan olan tədqiqatçılar DACH1 geninin fəaliyyətini tənzimləyən DNT hissəsini araşdırıblar. Məlum olub ki, həmin hissədəki təkamül dəyişiklikləri beynin inkişafı üçün vaci
16 noyabr