O'Sallivan Aİ-nin sanksiyalar üzrə xüsusi elçisi postunu tərk edir
Avropa İttifaqının (Aİ) sanksiyalar üzrə xüsusi elçisi Devid O'Sallivan dörd illik fəaliyyətindən sonra öz postunu tərk etdiyini bildirib.
"Report" xəbər verir ki, bu barədə o, İrlandiyanın RTÉ teleradio şirkətinə məlumat verib.
"Mən bu postu tərk edirəm, çünki dörd il işləmişəm və hesab edirəm ki, onu başqasına təhvil verməyin vaxtı çatıb", - O'Sallivan bildirib.
RTÉ-nin məlumatına görə, Avropa Komissiyası artıq onun xələfini axtarır.
O'Sallivan bu vəzifəyə 2022-ci ilin dekabrında təyin edilmişdi. O, Rusiyaya qarşı Aİ sanksiyalarından yayınma hallarının qarşısının alınması məsələləri üzrə üçüncü ölkələrin hökumətləri ilə danışıqlar aparırdı.
Əvvəllər diplomat Aİ-nin ABŞ-dəki səfiri, Avropa Xarici Əlaqələr Xidmətinin baş əməliyyat direktoru və Avropa Komissiyasının baş katibi vəzifələrində çalışıb.
Sonxeber.az
Telegramda izləyin
Dünyada Baxılıb: 114 Tarix: 17 noyabr 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşYaponiya iqtisadiyyatı artmır
Yaponiyanın iqtisadi artım səviyyəsi 2026-cı ilin üçüncü rübündə əvvəlki rüblə müqayisədə demək olar ki, dəyişməyib. İnflyasiya, enerji qiymətlərinin bahalaşması, əlverişsiz hava şəraiti və zəlzələ iqtisadi artıma mənfi təsir göstərib. Euronews-un məlumatına görə, bu barədə Yaponiya Nazirlər Kabinetini
16 noyabrEstoniya mümkün müharibə və işğal dövründə rəqəmsal plan hazırlayır
Estoniya hərbi münaqişə, məlumat mərkəzlərinin dağıdılması və ya ölkə ərazisinin işğalı halında belə, dövlət rəqəmsal xidmətlərinin davamlı fəaliyyətini təmin edəcək strategiya hazırlayır. "Report"un POLITICO-ya istinadən məlumatına görə, Tallin ən ekstremal hallarda belə dövlət xidmətlərini
16 noyabrAİ Rusiyaya qarşı sanksiya siyahısına daha 145 fiziki və hüquqi şəxsi daxil edib
Avropa İttifaqına (Aİ) üzv ölkələrin xarici işlər nazirləri Rusiyaya qarşı sanksiyaların genişləndirilməsini və daha 145 fiziki və hüquqi şəxsin sanksiya siyahısına daxil edilməsini təsdiqləyiblər. APA xəbər verir ki, bu barədə Fransanın xarici işlər naziri Jan-Noel Barro noyabrın 16-da Brüsseldə jurnalistlər
16 noyabrUkrayna Rusiyanın ən böyük neft-kimya komplekslərindən birinə zərbə endirdi
Ukraynaya məxsus pilotsuz uçuş aparatları Rusiyanın Başqırdıstan Respublikasında yerləşən iri neft-kimya komplekslərindən birinə hücum edib. xəbər verir ki, noyabrın 17-nə keçən gecə Ufa və Salavat şəhərləri kütləvi dron hücumuna məruz qalıb. Başqırdıstanın Fövqəladə Hallar üzrə Dövlət Komitəsinin məlumatın
17 noyabrAlimlər insan beyninin təkamülünə təsir edən mexanizmi aşkar ediblər
Alimlər insan beyninin inkişafında təkamülün rolunu izah edə biləcək yeni mexanizm müəyyən ediblər. xəbər verir ki, Tayvan və Yaponiyadan olan tədqiqatçılar DACH1 geninin fəaliyyətini tənzimləyən DNT hissəsini araşdırıblar. Məlum olub ki, həmin hissədəki təkamül dəyişiklikləri beynin inkişafı üçün vaci
16 noyabr