Tramp Ukraynadakı müharibəyə son qoymaq üçün Si Cinpin və Putinə təzyiq göstərəcək
ABŞ Prezidenti Donald Tramp Rusiya və Ukrayna arasında davam edən müharibədə hər ay on minlərlə insanın həyatını itirdiyini deyib və buna son qoymağa yaxın olduğunu bildirib.
APA xəbər verir ki, Tramp bu barədə Filippinə səfəri zamanı jurnalistlərin suallarını cavablandırarkən danışıb.
"Rusiya-Ukrayna müharibəsində hər ay 25 min insan həyatını itirir. Bunu təsəvvür edə bilirsiniz? Ötən ay bu rəqəm 32 min idi. Lakin biz buna son qoymağa yaxınlaşırıq", - Tramp qeyd edib.
Tramp jurnalistlərin Putinlə ayrıca ikitərəfli görüş keçirib-keçirməyəcəyi barədə sualını da cavablandırıb. "Əgər belə bir imkan yaranarsa, bunu edərəm", - deyə ABŞ Prezidenti bildirib.
Eyni zamanda, o qeyd edib ki, Ukraynadakı müharibəyə son qoymaq üçün Si Cinpin və Putinə təzyiq göstərəcək.
Tramp İranla bağlı da danışıb.
"Biz İran məsələsinə çox ciddi yanaşırıq, buna görə də onlar nüvə silahına sahib ola bilməyəcəklər", - ABŞ Prezidenti əlavə edib.
Sonxeber.az
Telegramda izləyin
Dünyada Baxılıb: 120 Tarix: 17 noyabr 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşYaponiya iqtisadiyyatı artmır
Yaponiyanın iqtisadi artım səviyyəsi 2026-cı ilin üçüncü rübündə əvvəlki rüblə müqayisədə demək olar ki, dəyişməyib. İnflyasiya, enerji qiymətlərinin bahalaşması, əlverişsiz hava şəraiti və zəlzələ iqtisadi artıma mənfi təsir göstərib. Euronews-un məlumatına görə, bu barədə Yaponiya Nazirlər Kabinetini
16 noyabrEstoniya mümkün müharibə və işğal dövründə rəqəmsal plan hazırlayır
Estoniya hərbi münaqişə, məlumat mərkəzlərinin dağıdılması və ya ölkə ərazisinin işğalı halında belə, dövlət rəqəmsal xidmətlərinin davamlı fəaliyyətini təmin edəcək strategiya hazırlayır. "Report"un POLITICO-ya istinadən məlumatına görə, Tallin ən ekstremal hallarda belə dövlət xidmətlərini
16 noyabrAİ Rusiyaya qarşı sanksiya siyahısına daha 145 fiziki və hüquqi şəxsi daxil edib
Avropa İttifaqına (Aİ) üzv ölkələrin xarici işlər nazirləri Rusiyaya qarşı sanksiyaların genişləndirilməsini və daha 145 fiziki və hüquqi şəxsin sanksiya siyahısına daxil edilməsini təsdiqləyiblər. APA xəbər verir ki, bu barədə Fransanın xarici işlər naziri Jan-Noel Barro noyabrın 16-da Brüsseldə jurnalistlər
16 noyabrUkrayna Rusiyanın ən böyük neft-kimya komplekslərindən birinə zərbə endirdi
Ukraynaya məxsus pilotsuz uçuş aparatları Rusiyanın Başqırdıstan Respublikasında yerləşən iri neft-kimya komplekslərindən birinə hücum edib. xəbər verir ki, noyabrın 17-nə keçən gecə Ufa və Salavat şəhərləri kütləvi dron hücumuna məruz qalıb. Başqırdıstanın Fövqəladə Hallar üzrə Dövlət Komitəsinin məlumatın
17 noyabrAlimlər insan beyninin təkamülünə təsir edən mexanizmi aşkar ediblər
Alimlər insan beyninin inkişafında təkamülün rolunu izah edə biləcək yeni mexanizm müəyyən ediblər. xəbər verir ki, Tayvan və Yaponiyadan olan tədqiqatçılar DACH1 geninin fəaliyyətini tənzimləyən DNT hissəsini araşdırıblar. Məlum olub ki, həmin hissədəki təkamül dəyişiklikləri beynin inkişafı üçün vaci
16 noyabr