Bu ölkə Ukraynaya gələn il ilk qırıclarını verəcək
İsveç "Gripen" qırıcılarının ilk partiyasını 2027-ci il yanvarın əvvəlində Ukraynaya təhvil verməyi planlaşdırır.
TASS-ın məlumatına görə, bu barədə İsveçin müdafiə naziri vəzifəsini icra edən Pol Yonson Brüsseldə həmkarları ilə görüşdən əvvəl bildirib.
"Ümid edirik ki, Yeni ildən sonra Gripen qırıcılarını Ukraynaya təhvil verə biləcəyik", - deyə o, jurnalistlərə bildirib.
İyul ayında İsveçin Baş naziri Ulf Kristersson NATO-nun Ankarada keçirilən sammitindən əvvəl İsveçin Ukraynaya hərbi yardım çərçivəsində 16 ədəd "Gripen C/D" qırıcısı verəcəyini, həmçinin müqavilə əsasında 16 ədəd "Gripen E" qırıcısı tədarük edəcəyini təsdiqləyib.
İsveçin "Saab" şirkətinin açıqlamasına görə, iyunun 30-da Ukrayna üçün 16 ədəd Gripen E qırıcısının tədarükünə dair İsveçin Müdafiə Təchizatı İdarəsi ilə müqavilə imzalanıb. Sifarişin dəyəri təxminən 24,6 milyard İsveç kronu (2,54 milyard dollar) təşkil edir. Sifariş 2026-cı ilin üçüncü rübündə rəsmiləşdirilib, tədarüklərin isə 2029-2030-cu illərdə həyata keçirilməsi planlaşdırılır.
Sonxeber.az
Telegramda izləyin
Dünyada Baxılıb: 75 Tarix: 17 noyabr 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşYaponiya iqtisadiyyatı artmır
Yaponiyanın iqtisadi artım səviyyəsi 2026-cı ilin üçüncü rübündə əvvəlki rüblə müqayisədə demək olar ki, dəyişməyib. İnflyasiya, enerji qiymətlərinin bahalaşması, əlverişsiz hava şəraiti və zəlzələ iqtisadi artıma mənfi təsir göstərib. Euronews-un məlumatına görə, bu barədə Yaponiya Nazirlər Kabinetini
16 noyabrEstoniya mümkün müharibə və işğal dövründə rəqəmsal plan hazırlayır
Estoniya hərbi münaqişə, məlumat mərkəzlərinin dağıdılması və ya ölkə ərazisinin işğalı halında belə, dövlət rəqəmsal xidmətlərinin davamlı fəaliyyətini təmin edəcək strategiya hazırlayır. "Report"un POLITICO-ya istinadən məlumatına görə, Tallin ən ekstremal hallarda belə dövlət xidmətlərini
16 noyabrAİ Rusiyaya qarşı sanksiya siyahısına daha 145 fiziki və hüquqi şəxsi daxil edib
Avropa İttifaqına (Aİ) üzv ölkələrin xarici işlər nazirləri Rusiyaya qarşı sanksiyaların genişləndirilməsini və daha 145 fiziki və hüquqi şəxsin sanksiya siyahısına daxil edilməsini təsdiqləyiblər. APA xəbər verir ki, bu barədə Fransanın xarici işlər naziri Jan-Noel Barro noyabrın 16-da Brüsseldə jurnalistlər
16 noyabrUkrayna Rusiyanın ən böyük neft-kimya komplekslərindən birinə zərbə endirdi
Ukraynaya məxsus pilotsuz uçuş aparatları Rusiyanın Başqırdıstan Respublikasında yerləşən iri neft-kimya komplekslərindən birinə hücum edib. xəbər verir ki, noyabrın 17-nə keçən gecə Ufa və Salavat şəhərləri kütləvi dron hücumuna məruz qalıb. Başqırdıstanın Fövqəladə Hallar üzrə Dövlət Komitəsinin məlumatın
17 noyabrAlimlər insan beyninin təkamülünə təsir edən mexanizmi aşkar ediblər
Alimlər insan beyninin inkişafında təkamülün rolunu izah edə biləcək yeni mexanizm müəyyən ediblər. xəbər verir ki, Tayvan və Yaponiyadan olan tədqiqatçılar DACH1 geninin fəaliyyətini tənzimləyən DNT hissəsini araşdırıblar. Məlum olub ki, həmin hissədəki təkamül dəyişiklikləri beynin inkişafı üçün vaci
16 noyabr