13 yaşdan kiçiklərə sosial medianı qadağan edirlər
İtaliyada 13 yaşdan kiçik uşaqların sosial media platformalarında qeydiyyatdan keçməsinin tamamilə qadağan edilməsini nəzərdə tutan yeni qanunvericilik təşəbbüsü hazırlanıb. Tənzimləmənin ayın sonuna qədər parlamentdə səsverməyə çıxarılaraq qəbul ediləcəyi gözlənilir.
"Qafqazinfo" xəbər verir ki, Baş nazir Ciorcia Meloninin rəhbərlik etdiyi hakim sağçı koalisiyanın əsas tərəfdaşı olan "İtaliya Qardaşları" (FdI) partiyası tərəfindən hazırlanan düzəliş mərhələli nəzarət mexanizmini əhatə edir.
Yeni qaydaya əsasən, 13 yaşdan kiçik uşaqların sosial şəbəkələrdə hesab açması tamamilə qadağan olunacaq. 13-15 yaş arası yeniyetmələr isə yalnız valideynlərinin profillərinə bağlı olan hesablar vasitəsilə platformalardan istifadə edə biləcəklər. Müstəqil şəkildə fərdi hesab yaratmaq icazəsi isə yalnız 16 yaş və yuxarı istifadəçilərə veriləcək.
Hazırda parlamentdə müzakirə olunan təhlükəsizlik fərmanına əlavə ediləcək bu düzəliş hakim koalisiyanın digər üzvü - "Liqa" partiyasından olan təhsil naziri Cüzeppe Valditara tərəfindən də dəstəklənib. Nazir 13 yaşdan kiçik uşaqlar üçün sosial media qadağasının qüvvəyə minməsindən məmnun qalacağını və bunun hər zaman onun əsas mübarizə istiqaməti olduğunu vurğulayıb.
Qeyd edək ki, uşaqların əqli sağlamlığına mənfi təsirlərlə bağlı artan qlobal narahatlıqlar fonunda texnologiya nəhənglərinə alqoritmləri dəyişdirmək üçün təzyiqlər güclənir. Bu çərçivədə Avstraliya, Braziliya və Yunanıstan, Türkiyə kimi ölkələrdə 15 yaşdan kiçik uşaqlar üçün sosial media qadağası tətbiq olunmağa başlayıb.
Sonxeber.az
Telegramda izləyin
Dünyada Baxılıb: 38 Tarix: 19 noyabr 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşABŞ Ukrayna ilə bağlı kompromislər təklif edib, Rusiya Ankoricdə razılaşıb
ABŞ Ukrayna ilə bağlı kompromislər təklif edib, Rusiya Ankoricdə onlara razılaşıb. APA-nın Moskva bürosu xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putin Çinə səfərinin yekunları ilə bağlı keçirdiyi mətbuat konfransında bildirib. Onun sözlərinə, burada məsələ Kiyev və Avropanın ABŞ-nin təklif etdiyi
19 noyabrTramp Çinə getdi
ABŞ Prezidenti Donald Tramp Çinin Şencen şəhərinə səfər edib. "Qafqazinfo" xarici KİV-ə istinadən xəbər verir ki, o, Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq Təşkilatının (APEC) 33-cü zirvə toplantısında iştirak edəcək. Qeyd edək ki, APEC sammiti çərçivəsində ABŞ, Çin və Rusiya liderlərinin tarixd
18 noyabrAlen Simonyan dekabrda Azərbaycana gələcək
Ermənistan Təhlükəsizlik Şurasının katibi Alen Simonyan dekabrda Azərbaycana səfər etməyi planlaşdırır. "Qafqazinfo" "Sputnik Ermənistan"a istinadən xəbər verir ki, bu barədə Simonyan jurnalistlərə açıqlamasında danışıb. "Gələn ay Azərbaycana səfərim olacaq, lakin Bakıya deyil"
19 noyabrYəməndə genişmiqyaslı hava əməliyyatı: 60 hədəf vurulub, ölənlər var
Yəməndə Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi koalisiya husilərin nəzarətində olan ərazilərə genişmiqyaslı hava zərbələri endirib. Əməliyyat nəticəsində 60 hərbi hədəfin məhv edildiyi açıqlanıb. Husilərin nəzarətindəki səhiyyə qurumları isə hücumlar zamanı azı 17 nəfərin öldüyünü, onlarla insanın yaralandığın
18 noyabrMoldova Rusiyaya nota verib
Rusiyanın Kişinyovdakı səfiri Moldova Xarici İşlər Nazirliyinə çağırılıb. Bu barədə "Moldpress" Moldova Xarici İşlər Nazirliyinə istinadən məlumat yayıb. Məlumata görə, Rusiya səfiri noyabrın 17-də Moldovanın hava məkanının pilotsuz uçuş aparatları tərəfindən pozulması ilə əlaqədar XİN-ə çağırılıb
18 noyabr