AQTA işlənmiş fritür yağı aşkarladı - İstehlakçılar nələrə diqqət etməlidir? - QİDA EKSPERTİNDƏN AÇIQLAMA

AQTA işlənmiş fritür yağı aşkarladı - İstehlakçılar nələrə diqqət etməlidir? - QİDA EKSPERTİNDƏN AÇIQLAMAQida məhsullarının hazırlanmasında istifadə olunan yağların keyfiyyəti insan sağlamlığı baxımından mühüm əhəmiyyət daşıyır. Eyni yağın dəfələrlə yüksək temperaturda qızdırılaraq istifadə edilməsi onun kimyəvi tərkibinin dəyişməsinə, zərərli birləşmələrin yaranmasına səbəb ola bilər. Belə məhsulların müntəzəm istehlakı isə ürək-damar sistemi və digər sağlamlıq problemləri ilə bağlı riskləri artıra bilər. Noyabrın 16-da Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin Hövsan qəsəbəsində yerləşən ət emalı müəssisəsində keçirdiyi yoxlama zamanı işlənmiş fritür yağları aşkarlanıb. Müəssisədə digər ciddi qida təhlükəsizliyi pozuntuları da müəyyən edilib. Bu fakt ictimai iaşə və qida istehsalı müəssisələrində istifadə olunan yağların keyfiyyətinə nəzarət məsələsini yenidən gündəmə gətirir.

Bəs fritür yağının dəfələrlə istifadəsi insan orqanizmində hansı fəsadlara yol aça bilər? Belə yağlarda hansı zərərli maddələr yaranır? İstehlakçı restoranda və ya digər iaşə obyektində təqdim olunan yeməyin hansı yağda hazırlandığını müəyyən edə bilərmi?
AQTA işlənmiş fritür yağı aşkarladı - İstehlakçılar nələrə diqqət etməlidir? - QİDA EKSPERTİNDƏN AÇIQLAMAMövzu ilə bağlı qida eksperti Fərid Səfərov Sonxeber.az-a açıqlamasında bildirdi ki, fritür yağının dəfələrlə, xüsusilə də yüksək temperaturda və uzun müddət istifadə edilməsi onun kimyəvi tərkibində ciddi dəyişikliklərə səbəb olur. Belə yağlarda oksidləşmə və parçalanma məhsulları, aldehidlər və digər zərərli birləşmələr əmələ gəlir. Bu maddələrin mütəmadi olaraq qida vasitəsilə orqanizmə daxil olması hüceyrələrə oksidativ zərər verə, iltihabi prosesləri gücləndirə, ürək-damar xəstəlikləri və digər sağlamlıq problemləri riskini artıra bilər. Bundan əlavə, yağın keyfiyyəti və dadı dəyişir, qidanın təhlükəsizliyi və qida dəyəri aşağı düşür.

İstehlakçının yeməyin hansı yağda hazırlandığını yalnız görünüşünə və ya dadına əsasən müəyyən etməsi mümkün deyil. Yağın dəfələrlə istifadə edilməsi hər zaman qidanın rəngində və dadında aydın hiss olunmaya bilər. Buna görə də ictimai iaşə və qida istehsalı müəssisələri istifadə etdikləri yağların keyfiyyətinə, saxlanma şəraitinə və dəyişdirilmə müddətinə nəzarət etməlidirlər. İstehlakçı isə müəssisədən bu barədə məlumat tələb edə, şübhəli hallarla qarşılaşdıqda AQTA-ya müraciət edə bilər. Əsas məsələ odur ki, istifadə olunmuş yağın təkrarən qida hazırlanmasında tətbiqi iqtisadi qənaət naminə insan sağlamlığını riskə atmamalıdır.

Sağlam qidalanaraq sağlam yaşayın!

Müəllif: İlkin Məmmədkərimov


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 227   Tarix: 18 noyabr 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Bakıda müşavirələr keçirildi - Qarlı havalara hazırlıq tədbirləri müzakirə olundu

Bakı şəhərinin bütün rayonlarında təsdiq edilmiş tədbirlər planlarına uyğun qış mövsümündə qarlı havalara hazırlıq tədbirləri davam edir. xəbər verir ki, ilk növbədə şəhər və rayon kommunal xidmətlərinin xüsusi təyinatlı texnikaları hazır vəziyyətə gətirilib, bir sıra yaşayış və qeyri yaşayış binalarınd

17 noyabr
.

Bu hərbçilərin həyat yoldaşlarına müavinət ödənilməsi təklif olunur

Yeni xidmət yerinə köçən hərbçilərin həyat yoldaşlarına minimum əməkhaqqı məbləğində müavinət ödənilməsi təklif olunur. Bunu APA-ya açıqlamasında Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Arzu Nağıyev bildirib. Arzu Nağıyev deyib ki, bununla bağlı "Hərb

17 noyabr
.

10° şaxta olacaq

Noyabrın 17-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin axşam bəzi şəhərətrafı ərazilərdə qısamüddətli az yağı

16 noyabr
.

Xəzər dənizinin sahilboyu ərazilərinin dövlət idarəetməsi təkmilləşdirilir

Xəzər dənizinin sahilboyu ərazilərində davamlı inkişafın və ekoloji sabitliyin təmin edilməsi ilə bağlı idarəetmə və nəzarət sahələrində iştirak edən dövlət orqanlarının koordinasiyalı fəaliyyətinin təşkili, bu sahədə səmərəliliyin və çevikliyin artırılması, rəqəmsal idarəetmə modellərinin tətbiq edilməsi

17 noyabr
.

Milli Məclis gələn ilin büdcə zərfini I oxunuşda müzakirə edir

Milli Məclisin bu gün keçirilən plenar iclasında gələn ilin büdcə zərfi, o cümlədən "2027-ci il dövlət büdcəsi haqqında" qanun layihəsi müzakirəyə çıxarılıb. xəbər verir ki, gələn il büdcənin gəlirləri 39 milyard 254 milyon manat (o cümlədən mərkəzləşdirilmiş gəlirləri 38 milyard 518 milyo

16 noyabr
.

Daha bir vəkil həbs edildi

Azərbaycanda daha bir vəkil həbs edilib. "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, vəkil Elçin Əmirov polis tərəfindən tutulub. 9 saylı vəkil bürosunda fəaliyyət göstərən vəkil polisə daxil olan vətəndaş şikayəti əsasında cinayət məsuliyyətinə cəlb edilib. Ona qarşı Cinayət Məcəlləsinin 178.2.2-c

16 noyabr
.

"Boranı" restoranında tək yeyib-içmək olmaz? - Video

Sosial şəbəkələrdə "Boranı" restoranlar şəbəkəsi ilə bağlı şikayət yayılıb. xəbər verir ki, şikayətçinin iddiasına görə, restoranın "Neftçilər" metrosu yaxınlığında yerləşən filialına tək daxil olmaq istəyən müştəriyə icazə verilməyib. Ona bildirilib ki, yalnız 3-4 nəfərlə gəldikd

16 noyabr
.

Komediya proqramlarında söyüş və jarqon normal hala çevrilir? - AÇIQLAMA

Son dövrlər televiziya və sosial şəbəkələrdə yayımlanan bəzi komediya proqramlarında əxlaq normalarına zidd hesab edilən ifadə və davranışlar ictimai müzakirələrə səbəb olur. Xüsusilə, geniş auditoriyaya təqdim olunan bu cür məzmunların yeniyetmə və gənclərin dünyagörüşünə, davranışlarına və ailə dəyərlərin

18 noyabr
.

Gürcüstanda 31 yaşlı azərbaycanlını cərəyan vurub öldürdü

Gürcüstanın Laqodexi bələdiyyəsində azərbaycanlı şəxs bədbəxt hadisə nəticəsində ölüb. "Qafqazinfo" xəbər verir ki, hadisə Yzybtala kəndində baş verib. Usta işləyən 31 yaşlı Əmrah Kazımov talvarın üzərini metal təbəqə ilə örtdüyü zaman ehtiyatsızlıqdan yüksəkgərginlikli elektrik naqillərin

18 noyabr