Övladına ev bağışlayan valideyn sonradan əmlakını geri ala bilərmi? - Ekspertdən AÇIQLAMA

Övladına ev bağışlayan valideyn sonradan əmlakını geri ala bilərmi? - Ekspertdən AÇIQLAMADaşınmaz əmlakın bağışlanması zamanı mülkiyyət hüququ bağışlanan şəxsə keçir. Lakin sonradan tərəflər arasında mübahisə yaranması, bağışlayanın qərarından peşman olması və ya müqavilənin bağlanması zamanı qanun pozuntularının aşkar edilməsi belə əqdlərin ləğvi məsələsini gündəmə gətirir. Xüsusilə, valideynlərin övladlarına bağışladığı ev və ya mənzilin sonradan geri qaytarılmasının mümkün olub-olmaması ilə bağlı hüquqi suallar yaranır.

Bəs, daşınmaz əmlak bağışlandıqdan və mülkiyyət hüququ qarşı tərəfə keçdikdən sonra bağışlama müqaviləsini ləğv etmək mümkündürmü? Hansı hallarda bağışlayan şəxs məhkəməyə müraciət edərək əmlakın geri qaytarılmasını tələb edə bilər və bu prosesdə hansı hüquqi əsaslar nəzərə alınır?
Övladına ev bağışlayan valideyn sonradan əmlakını geri ala bilərmi? - Ekspertdən AÇIQLAMAMövzu ilə bağlı Sonxeber.az-a açıqlama verən əmlak məsələləri üzrə ekspert Fərid Cəfərli bildirib ki, əmlak bağışlandıqdan və mülkiyyət hüququ hədiyyə alanın adına rəsmiləşdirildikdən sonra da bağışlama müqaviləsinin ləğvi mümkündür. Lakin burada mühüm hüquqi prinsip ondan ibarətdir ki, bağışlayan şəxs yalnız fikrini dəyişdiyinə, ailə münasibətləri pozulduğuna və ya əmlakını geri almaq istədiyinə görə müqaviləni birtərəfli qaydada ləğv edə bilməz.

"Azərbaycan Respublikası Mülki Məcəlləsinin 673-cü maddəsinə əsasən, bağışlayan müəyyən qanuni hallarda bağışlamadan imtina edə bilər. Belə hallara hədiyyə alanın bağışlayana və ya onun yaxın qohumuna qarşı ağır cinayət törətməsi, ailə hüquq münasibətlərindən irəli gələn vəzifələrini kobud şəkildə pozması, eləcə də bağışlama ilə bağlı üzərinə götürdüyü öhdəlikləri əsassız olaraq yerinə yetirməməsi daxildir.

Qanunvericilikdə mühüm müddət məhdudiyyəti də nəzərdə tutulur: bağışlamadan imtina hüququ onun əsasının məlum olduğu gündən bir il ərzində həyata keçirilməlidir. İmtina qanuni əsaslarla həyata keçirildikdə və əmlak hələ də hədiyyə alanın mülkiyyətində olduqda, onun geri qaytarılması tələb edilə bilər.

Digər tərəfdən, müqavilənin bağlanması zamanı aldatma, məcburetmə, iradə azadlığının pozulması və ya qanunvericiliyin digər tələblərinə riayət edilməməsi kimi hallar mövcud olarsa, müqavilənin etibarsızlığı məsələsi də ayrıca hüquqi müstəvidə qiymətləndirilə bilər.

Nəticə etibarilə, daşınmaz əmlakın bağışlanması bağışlayanın həmin əmlak üzərində mülkiyyət hüququna xitam verir. Bağışlama müqaviləsinin sonradan ləğvi isə yalnız qanunla müəyyən edilmiş əsaslar və müvafiq hüquqi prosedurlar çərçivəsində mümkündür. Burada əsas meyar tərəflərin sonradan dəyişən münasibətləri deyil, qanunda nəzərdə tutulmuş hüquqi əsasların mövcudluğudur".

Röyalə Xəyal


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 100   Tarix: 18 noyabr 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

"Mahal MTK"da rüşvət və özbaşınalıq - Müştəriləri belə aldadırlar

Sumqayıt şəhərində fəaliyyət göstərən "Mahal MTK" tərəfindən tikilib sakinlərə təhvil verilməli olan mənzillərlə bağlı ciddi problemlər yaranıb. Tikinti şirkətinin qanunsuz tələbləri və vədlərinə əməl etməməsi vətəndaşların haqlı narazılığına səbəb olub. Məlumata görə, "Mahal MTK"

16 noyabr
.

Əməkhaqqı ödənişləri elektronlaşdırılacaq

Əməkhaqqı ödənişləri elektronlaşdırılacaq. "Qafqazinfo" xəbər verir ki, bu, Milli Məclisin bu gün keçirilən plenar iclasında müzakirə edilən Əmək Məcəlləsinə təklif edilən dəyişiklikdə əksini tapıb. Layihəyə əsasən əmək münasibətləri iştirakçıları tərəfindən qanunvericiliyin tələblərinə riayə

18 noyabr
.

Hər şeydə qüsur axtaran insanlar: Daim neqativ düşünməyin səbəbi nədir? - PSİXOLOQDAN AÇIQLAMA

Cəmiyyətdə elə insanlar var ki, baş verən hadisələrə, edilən yaxşılıqlara və hətta xeyirxah təşəbbüslərə belə daim neqativ yanaşırlar. Kiminsə lotereyada iştirak etməsini fırıldaq hesab edir, xəstə uşaqların müalicəsi üçün başladılan yardım kampaniyalarının arxasında mütləq başqa məqsəd axtarır, küç

18 noyabr
.

"Changan" idarəetməni itirərək səkiyə çıxdı

Gecə saatlarında Novxanı-Sumqayıt yolunda qəza baş verib. "Qafqazinfo" xəbər verir ki, "Changan" markalı minik avtomobili sürücünün idarəetməsindən çıxaraq səkiyə və yol kənarındakı ağaca çırpılıb. Bildirilib ki, hadisə yolun təmir gedən hissəsində qeydə alınıb. Qəzaya uğrayan nəqliyya

18 noyabr
.

"Boranı" restoranında tək yeyib-içmək olmaz? - Video

Sosial şəbəkələrdə "Boranı" restoranlar şəbəkəsi ilə bağlı şikayət yayılıb. xəbər verir ki, şikayətçinin iddiasına görə, restoranın "Neftçilər" metrosu yaxınlığında yerləşən filialına tək daxil olmaq istəyən müştəriyə icazə verilməyib. Ona bildirilib ki, yalnız 3-4 nəfərlə gəldikd

16 noyabr
.

Bakcell gənclər üçün növbəti süni intellekt hakatonunu keçirib

Bakcell gənclərin texnoloji bacarıqlarının inkişafına yönəlmiş hakatonlar silsiləsini davam etdirir. Bu dəfə Peerstack Academy tələbələri süni intellekt üzrə keçirilən hakatonda bir araya gəliblər. Hakaton çərçivəsində iştirakçılar telekommunikasiya sahəsi üçün süni intellekt dəstəkli məhsullar hazırlayıblar

18 noyabr
.

Rəşid Mahmudovun evində partlayış baş verib?

Sosial şəbəkələrdə tanınmış həkim, tibb elmləri üzrə fəlsəfə doktoru Rəşid Mahmudovun evində qaz partlayışı baş verməsi ilə bağlı iddialar yayılıb. xəbər verir ki, paylaşımlarda iddia olunub ki, parlayış həkimin Badamdarda yerləşən evində baş verib. Məsələ ilə bağlı Rəşid Mahmudovla əlaqə saxladıq. Həki

17 noyabr
.

10° şaxta olacaq

Noyabrın 17-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin axşam bəzi şəhərətrafı ərazilərdə qısamüddətli az yağı

16 noyabr
.

AQTA işlənmiş fritür yağı aşkarladı - İstehlakçılar nələrə diqqət etməlidir? - QİDA EKSPERTİNDƏN AÇIQLAMA

Qida məhsullarının hazırlanmasında istifadə olunan yağların keyfiyyəti insan sağlamlığı baxımından mühüm əhəmiyyət daşıyır. Eyni yağın dəfələrlə yüksək temperaturda qızdırılaraq istifadə edilməsi onun kimyəvi tərkibinin dəyişməsinə, zərərli birləşmələrin yaranmasına səbəb ola bilər. Belə məhsulları

18 noyabr