Çek verməyən sahibkarları 1000, 3000 və 6000 manat cərimə gözləyir - AÇIQLAMA

Çek verməyən sahibkarları 1000, 3000 və 6000 manat cərimə gözləyir - AÇIQLAMASatış zamanı alıcıya kassa çekinin təqdim edilməməsi həm vergi qanunvericiliyinin tələblərinin, həm də istehlakçı hüquqlarının pozulması hesab olunur. Xüsusilə, bəzi satıcıların nağd ödəniş zamanı çek verməkdən yayınması vergidən yayınma və satış dövriyyəsinin gizlədilməsi ehtimalını gündəmə gətirir. Qanunvericiliyə görə, pərakəndə ticarətlə məşğul olan sahibkarlar müəyyən istisnalar xaricində nəzarət-kassa aparatı tətbiq etməli və alıcıya ödənişi təsdiqləyən çek təqdim etməlidirlər.

Bəs, satıcı kassa çeki verməkdən imtina etdikdə vətəndaş hara müraciət etməli, şikayətini necə rəsmiləşdirməlidir? Çek təqdim etməyən sahibkarları hansı maliyyə sanksiyaları gözləyir və vergi orqanları bu cür halları aşkar etmək üçün hansı nəzarət mexanizmlərindən istifadə edir?

Mövzu ilə bağlı Sonxeber.az-a açıqlama verən vergi eksperti Vəli Əliyev bildirib ki, vergi orqanlarının müxtəlif nəzarət mexanizmləri mövcuddur. Bu çərçivədə üç növ vergi yoxlaması həyata keçirilir: kameral vergi yoxlaması, operativ vergi nəzarəti və səyyar vergi yoxlaması.

"Operativ vergi nəzarəti zamanı hər hansı alqı-satqı əməliyyatı üzrə ödəniş edildikdən sonra alıcıya çek, yəni kassa qəbzi verilmədiyi müəyyən olunarsa, sahibkara maliyyə sanksiyası tətbiq edilə bilər. Təqvim ili ərzində belə hal ilk dəfə baş verdikdə 1000 manat, ikinci dəfə 3000 manat, üçüncü və sonrakı hallarda isə 6000 manat maliyyə sanksiyası nəzərdə tutulur.

Alıcı isə bu cür hallarla qarşılaşdıqda istehlakçı hüquqlarının müdafiəsi ilə bağlı aidiyyəti qurumlara, o cümlədən Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinə və ya vergi orqanına şikayət edə bilər.

Məsələ yalnız çekin verilməməsi ilə məhdudlaşmır. Tutaq ki, alıcı ödənişi bank kartı vasitəsilə etmək istəyir, lakin sahibkar POS-terminalın işləmədiyini bildirərək kartla ödənişdən imtina edir və yalnız nağd ödəniş tələb edir. Belə hallarda da qanunvericilikdə maliyyə sanksiyaları nəzərdə tutulur. Yəni sahibkarın kartla ödənişi qəbul etməkdən imtina etməsi də müvafiq məsuliyyətə səbəb ola bilər. Beləliklə, həm kassa çekinin verilməməsi, həm də nağdsız ödənişdən imtina qanunvericiliklə tənzimlənir".

Röyalə Xəyal


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 51   Tarix: 18 noyabr 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

"20 Yanvar"da qəza - Motosikletçi öldü

Bakıda ölümlə nəticələnən yol qəzası baş verib. APA-ya istinadən xəbər verir ki, hadisə metronun "20 Yanvar" stansiyasının yaxınlığında qeydə alınıb. Hadisə zamanı avtomobil motosikletlə toqquşub. Nəticədə motosikleti idarə edən şəxs hadisə yerində ölüb

17 noyabr
.

Bakcell gənclər üçün növbəti süni intellekt hakatonunu keçirib

Bakcell gənclərin texnoloji bacarıqlarının inkişafına yönəlmiş hakatonlar silsiləsini davam etdirir. Bu dəfə Peerstack Academy tələbələri süni intellekt üzrə keçirilən hakatonda bir araya gəliblər. Hakaton çərçivəsində iştirakçılar telekommunikasiya sahəsi üçün süni intellekt dəstəkli məhsullar hazırlayıblar

18 noyabr
.

Güclü küləkdə paytaxtda 32 ağac sınıb - Fotolar

Noyabrın 15-i axşam saatlarından başlayaraq paytaxtda əsən güclü külək nəticəsində ümumilikdə 32 ağac sınıb, 36 ağacın isə budaqları qırılıb. xəbər verir ki, bu barədə Baki Şəhər İcra Hakimiyyətinin (BŞİH) Mətbuat xidməti məlumat yayıb. Bildirilib ki, Bakıda ötən gündən etibarən müşahidə olunan gücl

16 noyabr
.

Ev sahibi kirayəçini məhkəmə qərarı olmadan evdən çıxara bilərmi? - Qanun nə deyir? - ƏMLAK EKSPERTİNDƏN AÇIQLAMA

Kirayə münasibətlərində ev sahibi ilə kirayəçi arasında yaranan mübahisələrdən biri də mənzilin boşaldılması tələbi ilə bağlıdır. Bəzi hallarda ev sahibləri kirayə haqqının gecikdirilməsini, müqavilə müddətinin başa çatmasını və ya mənzilə özlərinin ehtiyac duymasını əsas gətirərək kirayəçidən evi qıs

17 noyabr
.

Muxtar Maniyevin oğlu vəzifədən azad olundu

10 ay əvvəl Müdafiə Nazirliyinin Mətbuat və ictimaiyyətlə əlaqələr idarəsinin rəis müavini təyin edilmiş polkovnik Tural Maniyev vəzifəsindən azad edilib. Axşam.az "Qafqazinfo"ya istinadən xəbər verir ki, bu barədə müvafiq Əmr imzalanıb. Polkovnik Maniyev ehtiyata buraxılıb. Qeyd edək ki, Tura

18 noyabr
.

Saatlıq əməkhaqqı sistemi tətbiq ediləcək

Azərbaycanda saatlıq əməkhaqqı sistemi tətbiq ediləcək. "Qafqazinfo" xəbər verir ki, bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirə edilən Əmək Məcəlləsinə təklif edilən dəyişiklikdə əksini tapıb. Layihəyə əsasən, aşağıdakı hallardan biri olduqda saatlıq əməkhaqqı müəyyən ediləcək:

17 noyabr
.

Şəmkirdə meyiti tapılanlarla bağlı - Yeni detallar

Ötən gün Şəmkirdə evdə iki nəfərin meyitinin tapılması ilə bağlı bəzi təfərrüatlar üzə çıxıb. "Qafqazinfo" xəbər verir ki, ilkin araşdırmalar zamanı rayonun Varlı Həyat kəndində 1968-ci il təvəllüdlü Rəfi Mustafayevin özünə məxsus evdə qeyri-rəsmi münasibətdə yaşadığı qadını qətlə yetirməsin

17 noyabr
.

Evə buraxılan qadın xəstəxana həyətində öldü

Bakıda 65 yaşlı qadın xəstəxananın həyətində vəfat edib. "Qafqazinfo" xəbər verir ki, hadisə Sabunçu rayonunda baş verib. Noyabrın 15-i saat 16 radələrində Maştağa qəsəbə sakini 1961-ci il təvəllüdlü Mətanət Ağasəlim qızı Məlikova qidadan (turşudan) zəhərlənərək xəstəxanaya yerləşdirilib. On

17 noyabr
.

Bu hərbçilərin həyat yoldaşlarına müavinət ödənilməsi təklif olunur

Yeni xidmət yerinə köçən hərbçilərin həyat yoldaşlarına minimum əməkhaqqı məbləğində müavinət ödənilməsi təklif olunur. Bunu APA-ya açıqlamasında Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Arzu Nağıyev bildirib. Arzu Nağıyev deyib ki, bununla bağlı "Hərb

17 noyabr