Hər şeydə qüsur axtaran insanlar: Daim neqativ düşünməyin səbəbi nədir? - PSİXOLOQDAN AÇIQLAMA
Cəmiyyətdə elə insanlar var ki, baş verən hadisələrə, edilən yaxşılıqlara və hətta xeyirxah təşəbbüslərə belə daim neqativ yanaşırlar. Kiminsə lotereyada iştirak etməsini fırıldaq hesab edir, xəstə uşaqların müalicəsi üçün başladılan yardım kampaniyalarının arxasında mütləq başqa məqsəd axtarır, küçə heyvanına yemək verən şəxsi belə tənqid edərək "ona yemək verirsənsə, heç olmasa su da verə bilərdin" kimi iradlar səsləndirirlər. Belə insanlar üçün sanki heç bir addım kifayət qədər yaxşı deyil və hər bir davranışda qüsur tapmaq mümkündür. Hətta bəzən yaxşı niyyətlə edilən bir hərəkət belə onların mənfi münasibətindən kənarda qalmır.
Bəs hər şeyə şübhə ilə yanaşmaq, daim qüsur axtarmaq, başqalarının yaxşı əməllərini belə tənqid etmək hansı psixoloji səbəblərdən qaynaqlanır? Bu davranış insanların xarakter xüsusiyyətidir, yoxsa arxasında daha dərin psixoloji amillər dayanır?
Mövzu ilə bağlı psixoloq Samirə Bağırova Sonxeber.az-a açıqlamasında bildirdi ki, sosial şəbəkələrdə adi, gündəlik və hətta müsbət bir hadisəyə belə dərhal neqativ münasibət bildirən insanlar dünuanın hər yerində var. Bu cür davranışının arxasında bir neçə psixoloji səbəb dayana bilər. Bu, hər zaman insanın pis xarakterli olması demək deyil. Bu cür şərhlər bəzən insanın daxili emosional vəziyyətinin, bəzən düşüncə tərzinin, bəzən isə dünyanı qavrama formasının əksi ola bilir. Həyatından, münasibətlərindən, maddi vəziyyətindən və ya hər hansı öz şəxsi vəziyyətindən narazı olan insan, bəzən bu narazılığı ətrafındakı hadisələrə yönəldir. Başqalarının adi paylaşımı belə onda qıcıq yarada bilər. Paxıllıq və özünü müqayisə etmə səbəbindən neqativ şərhlər yaza bilər. Bəzi insanlarda xroniki neqativ düşüncə tərzi var.
Bəzi insanlar da var ki, özünü təsdiq etmək ehtiyacı olduğundan hər şeyə tənqidi yanaşır. Tənqid onlar üçün öz əhəmiyyətlərini hiss etməyin vasitəsinə çevrilir. Bəzilərində empatiya çatışmazlığından belə şərhlər yaranır. İnsanlar çox vaxt başqalarının həyatında gördüyü şeylərə deyil, həmin şeylərin onlarda oyatdığı hisslərə reaksiya verir. Əslində sualı bu şəkildə də qoymaq olar - "Niyə bəzi insanlar başqalarının sevincinə qoşulmaq əvəzinə, həmin sevinci azaltmağa ehtiyac duyurlar?". Bu sualın cavabı insanın öz daxili dünyası haqqında çox şey deyə bilər.
Müəllif: İlkin Məmmədkərimov
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 213 Tarix: 18 noyabr 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş"20 Yanvar"da qəza - Motosikletçi öldü
Bakıda ölümlə nəticələnən yol qəzası baş verib. APA-ya istinadən xəbər verir ki, hadisə metronun "20 Yanvar" stansiyasının yaxınlığında qeydə alınıb. Hadisə zamanı avtomobil motosikletlə toqquşub. Nəticədə motosikleti idarə edən şəxs hadisə yerində ölüb
17 noyabrBakcell gənclər üçün növbəti süni intellekt hakatonunu keçirib
Bakcell gənclərin texnoloji bacarıqlarının inkişafına yönəlmiş hakatonlar silsiləsini davam etdirir. Bu dəfə Peerstack Academy tələbələri süni intellekt üzrə keçirilən hakatonda bir araya gəliblər. Hakaton çərçivəsində iştirakçılar telekommunikasiya sahəsi üçün süni intellekt dəstəkli məhsullar hazırlayıblar
18 noyabrGüclü küləkdə paytaxtda 32 ağac sınıb - Fotolar
Noyabrın 15-i axşam saatlarından başlayaraq paytaxtda əsən güclü külək nəticəsində ümumilikdə 32 ağac sınıb, 36 ağacın isə budaqları qırılıb. xəbər verir ki, bu barədə Baki Şəhər İcra Hakimiyyətinin (BŞİH) Mətbuat xidməti məlumat yayıb. Bildirilib ki, Bakıda ötən gündən etibarən müşahidə olunan gücl
16 noyabrMuxtar Maniyevin oğlu vəzifədən azad olundu
10 ay əvvəl Müdafiə Nazirliyinin Mətbuat və ictimaiyyətlə əlaqələr idarəsinin rəis müavini təyin edilmiş polkovnik Tural Maniyev vəzifəsindən azad edilib. Axşam.az "Qafqazinfo"ya istinadən xəbər verir ki, bu barədə müvafiq Əmr imzalanıb. Polkovnik Maniyev ehtiyata buraxılıb. Qeyd edək ki, Tura
18 noyabrSaatlıq əməkhaqqı sistemi tətbiq ediləcək
Azərbaycanda saatlıq əməkhaqqı sistemi tətbiq ediləcək. "Qafqazinfo" xəbər verir ki, bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirə edilən Əmək Məcəlləsinə təklif edilən dəyişiklikdə əksini tapıb. Layihəyə əsasən, aşağıdakı hallardan biri olduqda saatlıq əməkhaqqı müəyyən ediləcək:
17 noyabrŞəmkirdə meyiti tapılanlarla bağlı - Yeni detallar
Ötən gün Şəmkirdə evdə iki nəfərin meyitinin tapılması ilə bağlı bəzi təfərrüatlar üzə çıxıb. "Qafqazinfo" xəbər verir ki, ilkin araşdırmalar zamanı rayonun Varlı Həyat kəndində 1968-ci il təvəllüdlü Rəfi Mustafayevin özünə məxsus evdə qeyri-rəsmi münasibətdə yaşadığı qadını qətlə yetirməsin
17 noyabrEvə buraxılan qadın xəstəxana həyətində öldü
Bakıda 65 yaşlı qadın xəstəxananın həyətində vəfat edib. "Qafqazinfo" xəbər verir ki, hadisə Sabunçu rayonunda baş verib. Noyabrın 15-i saat 16 radələrində Maştağa qəsəbə sakini 1961-ci il təvəllüdlü Mətanət Ağasəlim qızı Məlikova qidadan (turşudan) zəhərlənərək xəstəxanaya yerləşdirilib. On
17 noyabrBu hərbçilərin həyat yoldaşlarına müavinət ödənilməsi təklif olunur
Yeni xidmət yerinə köçən hərbçilərin həyat yoldaşlarına minimum əməkhaqqı məbləğində müavinət ödənilməsi təklif olunur. Bunu APA-ya açıqlamasında Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Arzu Nağıyev bildirib. Arzu Nağıyev deyib ki, bununla bağlı "Hərb
17 noyabr