Qazaxıstanda "əldən salan virus" yayılır: Minlərlə insan tibbi yardım üçün müraciət etdi
Qazaxıstanda virus yayılması səbəbindən Almatı şəhərinin 14 000-dən çox sakini tibbi yardım üçün müraciət edib.
Oxu.Az SHOT "Telegram" kanalına istinadən xəbər verir ki, təxminən 3 000 uşaq xəstəxanaya yerləşdirilib.
Yoluxanlar bir neçə gün ərzində yüksək hərarətdən əziyyət çəkirlər. Bəzi hallarda temperatur 40 dərəcəni keçir və dərmanlarla aşağı düşmür. Simptomlar arasında həmçinin titrətmə, bədən ağrıları, boğaz ağrısı, güclü öskürək və baş ağrısı müşahidə olunur. Bəzi xəstələrdə qusma və ishal da yaranır.
Valideynlər bildirirlər ki, dərman qəbulundan sonra uşaqların vəziyyəti bəzən yaxşılaşır, lakin bu, cəmi bir neçə saat davam edir, sonra hərarət yenidən yüksəlir. Bəzi böyüklər uşaqları ilə birlikdə həkim qəbulunu gözləyərkən virusa yoluxduqlarını iddia edirlər.
"Bəzi valideynlər artıq virusu "əldən salan virus" adlandırırlar", - məlumatda qeyd olunur.
Sonxeber.az
Telegramda izləyin
Dünyada Baxılıb: 164 Tarix: 22 noyabr 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşMerts: Qətər Almaniyaya əlavə 15 milyard avro investisiya yönəldəcək
Qətər müdafiə və texnologiya sahələrində əməkdaşlığın dərinləşdirilməsi çərçivəsində Almaniyaya əlavə olaraq 15 milyard avro investisiya yatıracağına söz verib. "Report" Almaniya mediasına istinadən xəbər verir ki, bu barədə Almaniya kansleri Fridrix Merts Berlində Qətər əmiri şeyx Təmim bi
22 noyabrKaliforniyada 5,1 maqnitudalı zəlzələ olub
ABŞ-nin Kaliforniya ştatının Monterey dairəsindəki Soledad şəhəri yaxınlığında 5,1 maqnitudalı zəlzələ baş verib. "Report" "Reuters"ə istinadən xəbər verir ki, bu barədə ABŞ Geoloji Xidməti (USGS) məlumat yayıb. Qurumun məlumatına görə, zəlzələnin ocağı 6,7 km dərinlikdə yerləşib
20 noyabrTramp: ABŞ və İran arasındakı razılaşma uzunmüddətli olmalıdır
ABŞ və İran arasında münaqişənin nizamlanmasına dair razılaşma uzunmüddətli olmalıdır. "Report" xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp "Fox News" telekanalına müsahibəsində bildirib. "Mən İranla elə bir razılaşma bağlamaq niyyətindəyəm ki, hətta 4, 15 və ya 2
22 noyabrBu ölkədə 6 günlük iş həftəsi ləğv edilir
Braziliya Prezidenti Luiz İnasio Lula da Silva ölkədə həftədə 6 gün iş və 1 gün istirahət nəzərdə tutan "6x1" iş sisteminin ləğvi haqqında fərman imzalayıb. "Qafqazinfo"nun məlumatına görə, dövlət başçısı sosial media hesabında bildirib ki, yeni tənzimləməyə əsasən, işçilərin əməkhaqqında
20 noyabr