Yaponiyada donanmanın nüvə sualtı qayıqları ilə təchizatı ehtimalı qaldırılıb
Yaponiyanın hakim Liberal Demokrat Partiyası (LDP) əsas milli təhlükəsizlik sənədlərinin nəzərdən keçirilməsi çərçivəsində nüvə sualtı qayıqlarının istifadəyə verilməsi məsələsinin müzakirəsini istisna etməyib.
"Report"un "Kyodo News"a istinadən məlumatına görə, LDP-nin Təhlükəsizlik üzrə Tədqiqat Şurasının baş katibi Keytaro Ono bu barədə Yaponiyanın ictimai telekanalı NHK-də bildirib.
Onun sözlərinə görə, nüvə sualtı qayıqlarının alınması məsələsini müzakirə etmək ehtimalı əvvəlcə hakim partiyanın gündəliyində istisna olunmayıb.
Bununla belə, K.Ono belə təşəbbüsün həyata keçirilməsinin istismar, texnoloji təminat və təhlükəsizlik məsələləri də daxil olmaqla, bir sıra çətinliklərlə dolu olduğunu etiraf edib.
O, həmçinin nüvə sualtı qayıqlarının istifadəsinin müəyyən aspektlərinin Yaponiya ictimaiyyəti arasında çaşqınlığa səbəb ola biləcəyini qeyd edərək, bu məsələnin hərtərəfli nəzərdən keçirilməsinin vacibliyini vurğulayıb.
Yaponiya mediası əvvəllər hökumətin Dəniz Özünümüdafiə Qüvvələrinin nüvə sualtı qayıqları ilə təchiz edilməsi perspektivlərini araşdırmaq üçün yenilənmiş milli təhlükəsizlik sənədlərinə müddəaların daxil olunmasını nəzərdən keçirdiyini xəbər verib.
Sonxeber.az
Telegramda izləyin
Dünyada Baxılıb: 111 Tarix: 22 noyabr 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşBəzi Aİ ölkələri Ukrayna, Rusiya və ABŞ ilə danışıqlarda iştirak edə biləcək
Ukrayna Prezidenti Volodimir Zelenski bildirib ki, bütün Avropa İttifaqı (Aİ) ölkələri Ukrayna, Rusiya və ABŞ arasındakı danışıqların hazırlanmasında iştirak edə biləcək, bununla belə, orada bilavasitə səkkiz nümayəndə iştirak edəcək. "Report"un Şərqi Avropa bürosunun məlumatına görə, bu barəd
22 noyabrTramp: "Ağ Evin mətbuat katibi vəzifəsinə 100 nəfər iddialı var"
ABŞ Prezidenti Donald Tramp Ağ Evin mətbuat katibi vəzifəsini tutmaq istəyən 100 nəfərin olduğunu açıqlayıb. xəbər verir ki, Tramp bu barədə "Fox News" telekanalına müsahibəsində danışıb. "Dörd-beş nəfər namizəd barədə düşünürəm. Deyim ki, bu işi əldə etmək istəyən 100 nəfər var"
22 noyabrRusiyada qadının ağız boşluğunda yeddi il əvvəl unudulmuş iynə tapıldı
Rusiyanın Vladivostok şəhərindəki stomatoloji klinikalardan birinin həkimləri pasiyentin ağız boşluğunda iynə tapıblar. xəbər verir ki, bu barədə "Baza" "Telegram" kanalı məlumat yayıb. Qeyd olunur ki, yerli sakin təxminən yeddi il ağzında yad cisimlə gəzib. Qadın bildirib ki, uzunmüddətl
22 noyabrPezeşkian enerjiyə qənaət üçün iş otağında işıq və istiliyi söndürüb - Video
İran Prezidenti Məsud Pezeşkian ölkədə yaşanan enerji böhranı fonunda elektrik enerjisinə qənaət tədbirlərini əyani şəkildə nümayiş etdirmək məqsədilə dövlət televiziyasının nümayəndələrini öz iş otağına dəvət edib. xəbər verir ki, bu barədə İran mətbuatında məlumatlar yayılıb. İran dövlət televiziyasını
21 noyabrEstoniyada dronlara görə NATO aviasiyası havaya qaldırılıb
Estoniya Silahlı Qüvvələri İda-Virumaa və Lyaene-Virumaa bölgələrində dronların yarada biləcəyi təhlükə barədə xəbərdarlıq edib - NATO müttəfiqlərinin aviasiyası havaya qaldırılıb. "Report" xəbər verir ki, bu barədə Estoniya mediası ölkənin Müdafiə Nazirliyinə istinadən məlumat yayıb. Bununl
21 noyabr