Dəniz nəqliyyatı Bakıda tıxac problemini həll edə bilər? - NƏQLİYYAT EKSPERTİNDƏN AÇIQLAMA

Dəniz nəqliyyatı Bakıda tıxac problemini həll edə bilər? - NƏQLİYYAT EKSPERTİNDƏN AÇIQLAMABakıda nəqliyyat sıxlığı gündəlik həyatın ən ciddi problemlərindən biri olaraq qalır. Xüsusilə səhər və axşam saatlarında avtomobil yollarında yaranan tıxaclar insanların mənzil başına çatmaq üçün daha çox vaxt itirməsinə səbəb olur. Alternativ nəqliyyat vasitələrinin inkişafı bu problemin həlli istiqamətində mühüm addımlardan biri hesab olunur.

Bu baxımdan, dəniz nəqliyyatının şəhərdaxili sərnişindaşımada daha geniş tətbiqi diqqət çəkir. Bəs Xəzər dənizi üzərindən sərnişin daşımalarının genişləndirilməsi avtomobil yollarındakı yükü azalda və tıxac probleminə real alternativ yarada bilərmi?
Dəniz nəqliyyatı Bakıda tıxac problemini həll edə bilər? - NƏQLİYYAT EKSPERTİNDƏN AÇIQLAMAMövzu ilə bağlı nəqliyyat eksperti Razil Nağıyev Sonxeber.az-a açıqlamasında bildirdi ki, pik saatlarda avtomobillərin və avtobusların eyni yollardan istifadə etməsi sıxlığı artırır, sərnişinlər isə yolda xeyli vaxt itirirlər. Onun sözlərinə görə, bu problemin həlli üçün mövcud nəqliyyat imkanlarını genişləndirməklə yanaşı, Xəzər dənizi üzərindən müntəzəm sərnişin gəmi xəttinin yaradılması da müsbət təsir göstərə bilər: "Dünyanın bir sıra şəhərlərində bərələr gündəlik ictimai nəqliyyatın tərkib hissəsidir. Dünya praktikasında dəniz üzərindən müntəzəm sərnişin daşımalarından geniş istifadə olunur. Bakı-Abşeron-Sumqayıt arasında sərnişin bərəsinin yaradılması pik saatlarda insanlara əlavə seçim verə bilər. Məsələn, Sumqayıtdan Bakıya və əks istiqamətdə işləyən ekspress xətt sahilyanı ərazilərdə yerləşən dayanacaqları birləşdirə bilər. Səhər Bakıya, axşam isə Sumqayıta yönələn reyslərin sərnişin axınına uyğun təşkili insanların bir hissəsini avtomobil və avtobuslardan gəmi nəqliyyatına yönəldə bilər. Bunun nəticəsində avtomobil yollarına düşən yük, xüsusilə pik saatlarda, müəyyən qədər azala bilər.

Belə bir xəttin rahat işləməsi üçün bərə terminalları şəhərlərə əlçatan məsafədə yerləşməli, onlara avtobus bağlantısı təşkil olunmalı və sərnişinlərin qatar, avtobus və metroya rahat keçidi təmin edilməlidir. Vahid bilet sisteminin tətbiqi, reyslərin müntəzəmliyi və münasib gedişhaqqı da sərnişinlərin seçimində mühüm rol oynayar. Bakı-Sumqayıt arasında dəmir yolu əlaqəsi də mövcuddur və bu xəttin imkanlarının artırılması, yeni dayanacaqların istifadəyə verilməsi nəzərdə tutulur. Buna görə gəmi nəqliyyatı qatarı əvəz edən vasitə kimi deyil, mövcud quru nəqliyyatını tamamlayan əlavə marşrut kimi planlaşdırılmalıdır. Qatar bir istiqamətdə, gəmi isə sahilyanı məntəqələrə və uyğun terminallara yaxın yaşayan sərnişinlər üçün daha əlverişli seçim ola bilər. Layihənin həyata keçirilməsi üçün əvvəlcə sərnişin tələbi, mümkün dayanacaqlar, səfər vaxtı və xərclər araşdırılmalıdır. Gəminin qrafikə uyğun işləməsinə hava şəraitinin təsiri, terminalların və sahil infrastrukturunun qurulması, təhlükəsizlik və texniki xidmət məsələləri də nəzərə alınmalıdır".

Müəllif: İlkin Məmmədkərimov


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 146   Tarix: 23 noyabr 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Məleykə Abbaszadə yeni vəzifəsində ilk onu işdən çıxarıb? - Açıqlama-Yenilənib

BDU-nun İctimaiyyətlə əlaqələr və informasiya şöbəsindən bildirilib ki, Bakı Dövlət Universitetinin (BDU) rektoru Məleykə Abbaszadə noyabrın 19-da universitetin kollektivinə təqdim edilib. O, rektor vəzifəsinin icrasına başlayandan sonra heç bir əməkdaşın işdən azad olunması və ya təyinatı ilə bağl

21 noyabr
.

Kartdan-karta köçürmələrə daha sərt məhdudiyyətlər gəlir? - Yeni təklif

Bir müddət öncə tətbiq edilən məhdudiyyətlər kartdan-karta köçürmələrin həcmində ciddi azalmalara səbəb olmur. Ekspertlər daha ciddi tədbirlərin tətbiqini təklif edirlər. Bəs kartdan-karta köçürmələrin bu qədər böyük həcmdə olması maliyyə sistemi üçün hansı riskləri yaradır?. mövzu ilə bağlı "Kaspi"

22 noyabr
.

Bu xəstələrə şad xəbər - Dərmanlar PULSUZ OLACAQ

Azərbaycanda gələn ilin aprel ayından etibarən ambulator dərman vasitələrinin icbari tibbi sığorta hesabına təmin edilməsi planlaşdırılır. report-a istinadən xəbər verir ki bunu Dövlət Tibbi Sığorta və Ekspertiza Agentliyinin İdarə Heyətinin sədri Ramin Rzayev "Dövlət biznes əməkdaşlıq forumu"

22 noyabr
.

500 manat qazananın 300 manatı vergiyə gedəcək - Bu şəxslər üçün ŞOK QƏRAR

Gələn ildən banklarda milli valyutada yerləşdirilən əmanətlər üzrə faiz gəlirlərinə tətbiq olunan vergi güzəştinin müddəti başa çatır və onun daha 3 il uzadılması təklif olunur. Deputat Vüqar Bayramov Vergi Məcəlləsində nəzərdə tutulan dəyişikliklərlə bağlı bu təkliflə çıxış edib. Deputat bildirib ki

22 noyabr
.

Pensiyaçılara ikiqat XOŞ XƏBƏR - Aprelin 1-dən etibarən…

Əmək Məcəlləsinə təklif olunan dəyişiklik işçilərin əməkhaqlarının ödənilməsi qaydasında yeniliyə səbəb olacaq. Layihəyə əsasən, işəgötürənlər işçinin maaşını onun seçdiyi bank hesabına köçürməli olacaqlar. Bəs yeni qayda işçilərə və işəgötürənlərə hansı dəyişiklikləri gətirəcək? İşçinin maaşını istədiy

22 noyabr
.

Paytaxtda kirayə mənzillər sürətlə bahalaşır

Bakıda kirayə mənzil bazarında bahalaşma davam edir. Qiymət artımı artıq təkcə paytaxtın müəyyən əraziləri ilə məhdudlaşmır, mənzil axtaranların qarşısında daha ciddi seçim və büdcə problemi yaradır. Azərbaycan Mərkəzi Bankının (AMB) məlumatına görə, bu ilin sentyabr ayının sonunda kirayə qiymətlər

22 noyabr
.

Mirası qəbul etməzdən əvvəl bu məqamları mütləq araşdırın - VACİB XƏBƏRDARLIQ

Şəxs vəfat etdikdə onun yalnız əmlakı deyil, bəzi maliyyə öhdəlikləri və borcları da vərəsəlik məsələsinin bir hissəsinə çevrilir. Mirası qəbul edən vərəsələr mərhumun kreditorları qarşısında məsuliyyət daşıya bilərlər. Lakin bu məsuliyyətin hüquqi hədləri var və hər bir borc avtomatik olaraq vərəsələri

23 noyabr
.

Hərbi geyim qaydasını pozanlar 700 manatadək cərimələnəcək

Hərbi qulluqçuların, prokurorluq əməkdaşlarının və əməliyyat-axtarış fəaliyyəti subyektlərinin fərqlənmə nişanları olan geyim formalarını qanunsuz daşıyan şəxslər cərimələnə, geyimləri isə müsadirə edilə bilər. Trend-ə istinadən xəbər verir ki, bununla bağlı hazırda qüvvədə olan qanunvericilikdə müvafi

21 noyabr
.

Əhaliyə şad xəbər: qaz və işıq limitlərinə yenidən baxılması MÜZAKİRƏ EDİLİR

Qış mövsümünə keçidlə əlaqədar Azərbaycanda əhalinin təbii qaz və elektrik enerjisi üzrə mövcud limitlərinə yenidən baxılması məsələsi gündəmə gəlib. Hazırda əhali üçün illik 1200 kubmetrədək qazın hər kubmetri 12,5 qəpik, 1200-2500 kubmetr aralığında 22 qəpik, 2500 kubmetrdən artıq istehlak isə 30 qəpikl

22 noyabr