Ən yaxşı işçilərin qəfil istefasının arxasındakı səbəblər - Psixoloqlar danışır
Həmişə işə vaxtında gələn, həmkarlarına kömək edən, son anda yaranan problemləri həll etməyə çalışan və üzərinə düşəndən daha çox məsuliyyət götürən əməkdaşlar bəzən gözlənilmədən işdən ayrılmaq qərarı verirlər. Psixoloqların fikrincə, bunun əsas səbəblərindən biri davamlı olaraq başqalarının yükünü daşımaq və qarşılığında lazımi qiyməti görməməkdir.
Qaynarinfo xəbər verir ki, bu barədə "Psychologies" nəşri yazıb.
Məqalədə bildirilir ki, kollektivdə ən etibarlı əməkdaş hesab olunan insanlar çox vaxt şirkətin görünməyən dayağına çevrilirlər. Hər hansı işçi işə çıxa bilmədikdə və ya tapşırıq vaxtında yerinə yetirilmədikdə rəhbərlik eyni şəxsin köməyinə müraciət edir. Zaman keçdikcə könüllü şəkildə göstərilən yardım həmin əməkdaşın üzərinə düşən adi öhdəlik kimi qəbul olunmağa başlayır.
Nəticədə əlavə iş yükü artır, lakin bu fəaliyyət nə rəsmi vəzifə öhdəliklərində əks olunur, nə də həmişə lazımi şəkildə qiymətləndirilir. İşçi isə narazılığını bildirməkdə və ya əlavə tapşırıqlardan imtina etməkdə çətinlik çəkir. Yorğunluq və psixoloji gərginlik tədricən toplanır və bir müddət sonra işdən ayrılmaq yeganə çıxış yolu kimi görünür.
İşçilər arasında stress artır
"Gallup" təşkilatının 2026-cı il üzrə qlobal əmək mühiti hesabatına əsasən, 2025-ci ildə işçilərin yalnız 20 faizi özünü işinə həqiqətən bağlı və cəlb olunmuş hesab edib. Bu, 2020-ci ildən bəri qeydə alınan ən aşağı göstəricidir.
Sorğuda iştirak edənlərin 40 faizi isə sorğudan əvvəlki gün ciddi stress keçirdiyini bildirib. "Gallup" işçilərin işə bağlılığının aşağı olmasının qlobal məhsuldarlığa vurduğu zərəri təxminən 10 trilyon dollar qiymətləndirir.
Mütəxəssislər hesab edirlər ki, belə şəraitdə ən məsuliyyətli əməkdaşlar əlavə işlərin əsas daşıyıcısına çevrilirlər. Onların etibarlılığı üstünlük kimi deyil, şirkətin daim istifadə edə biləcəyi resurs kimi qəbul olunur.
Araşdırma da bu riski təsdiqləyir
2005-ci ildə Mark Bolino və Uilyam Terlini tərəfindən aparılan, "Journal of Applied Psychology" jurnalında dərc olunan araşdırmada da oxşar nəticələrə diqqət çəkilib.
98 cütlüyün iştirakı ilə keçirilən tədqiqat göstərib ki, iş yerində daha çox təşəbbüs göstərən əməkdaşlar daha yüksək iş yükü, stress və işlə ailə həyatı arasında münaqişə ilə üzləşirlər. Bu əlaqənin qadınlarda daha güclü olduğu müəyyən edilib.
Araşdırma birbaşa işdən çıxma hallarını ölçməsə də, həddindən artıq məsuliyyət götürməyin hansı problemlərə yol aça biləcəyini göstərir.
"Psychologies" yazır ki, hər dəfə əlavə tapşırığa razılıq vermək gələcəkdə yeni gözləntilər yaradır. Beləliklə, əvvəlcə könüllü yardım kimi başlayan davranış zamanla məcburi öhdəliyə çevrilir.
Mütəxəssislər rəhbərlərə iş bölgüsünü daha ədalətli aparmağı, vəzifə təsvirinə daxil olmayan əlavə əməyin də qiymətləndirilməsini və əməkdaşlara əlavə tapşırıqlardan imtina etmək hüququ verməyi tövsiyə edirlər.
Onların fikrincə, işçinin hər zaman "hə" deməsi onun şirkətə bağlılığının göstəricisi deyil. Bəzən ən etibarlı əməkdaşın qəfil işdən ayrılması uzun müddət diqqətdən kənarda qalan problemlərin nəticəsi olur.
Sonxeber.az
Telegramda izləyin
Maraqlı Baxılıb: 73 Tarix: 23 noyabr 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşÖlümdən iki gün əvvəl orqanizmdə nə baş verir?
Həyatın son 48 saatında insan orqanizmi həyati funksiyalarını qorumaq qabiliyyətini tədricən itirir. Həyatın son 48 saatında insan bədəni nəzərəçarpacaq dəyişikliklərə məruz qala bilər. İnsan zəifləyir, daha çox yatır, yeməyə az maraq göstərir və nəfəs alma və qan dövranı tədricən dəyişir. Bu təzahürlə
15 noyabrKombi işləyən evdə də dəm qazı öldürə bilər - Çoxlarının bilmədiyi təhlükə
Qış mövsümünün yaxınlaşması ilə Azərbaycanda mənzillərin isidilməsi məsələsi yenidən aktuallaşıb. Paytaxtda və bölgələrdə minlərlə ailə evini isitmək və isti su ilə təmin etmək üçün kombi sistemlərindən istifadə edir. Bir çox insan kombinin ənənəvi qaz sobalarından daha təhlükəsiz olduğunu düşünür. Laki
22 noyabrBu spirtli içkilər böyrəklərə ciddi zərər vura bilər - ARAŞDIRMA
Pivə və yüksək dərəcəli spirtli içkilərin müntəzəm istifadəsi böyrəklərin kəskin zədələnməsi riskini artıra bilər. Alimlər qırmızı və ağ şərabın istifadəsi ilə bu risk arasında isə statistik baxımdan əhəmiyyətli əlaqə aşkar etməyiblər. xəbər verir ki, bu barədə "Scientific Reports" jurnalınd
19 noyabrQədim Misirdə müqəddəs sayılan pişiklərə qarşı amansız rəftar edilib
Qədim Misirdə ilahə Bastetin simvolu hesab olunan və mumiyalanaraq məbədlərə təqdim edilən pişiklərin heç də yaxşı şəraitdə yaşamadığı məlum olub. Alimlər onların sıxlıq, xəstəlik və insan zorakılığına məruz qaldığını üzə çıxarıblar. xəbər verir ki, bu barədə elmi araşdırmaya istinadən məlumat yayıb
19 noyabrMarsda 200 metrdən hündür sıldırım yamacları olan 29 mümkün buzlaq aşkarlanıb
Marsın şimal kraterlərində daş və toz qatlarının altında gizlənmiş ola biləcək 29 qədim buzlaq izi aşkar edilib. xəbər verir ki, alimlər bu geoloji strukturları Marsın Alba vulkanı ərazisində yerləşən 738 zərbə kraterini araşdırarkən müəyyən ediblər. Tədqiqat zamanı "Mars Reconnaissance Orbiter"
20 noyabrİnsan öləndən sonra bədənində hansı dəyişikliklər baş verir?
İnsan həyatını itirdikdən sonra onun bədənində bir sıra bioloji və fiziki dəyişikliklər başlayır. Ürəyin dayanması, qan dövranının kəsilməsi və hüceyrələrin oksigensiz qalması orqanizmdə ardıcıl proseslərə səbəb olur. Bəs insan öldükdən sonra bədənində ilk olaraq nə dəyişir? Bu proseslər hansı ardıcıllıql
22 noyabrQışda paltarları radiatorun üzərində qurutmaq təhlükəlidir - xəbərdarlıq
Qış aylarında paltarları tez qurutmaq üçün birbaşa istilik radiatorlarının (kombi petəklərinin) üzərinə sərmək geniş yayılmış vərdiş olsa da, sənaye mühəndisi Xorxe Morales de Labra bu üsulun həm maddi, həm də sağlamlıq baxımından zərərli olduğu barədə xəbərdarlıq edib. xəbər verir ki, mütəxəssis b
21 noyabrƏn gənc əhalisi olan ölkələrin reytinqi - Azərbaycan neçənci yerdədir?
Ekspertlərin fikrincə, dünyanın ən böyük iqtisadiyyatlarına malik bəzi ölkələri demoqrafik baxımdan kritik həddə yaxınlaşıb və əhalinin təbii artımını bərpa etmək imkanları xeyli məhdudlaşıb. xəbər verir ki, nümunə olaraq Çin, ABŞ və Braziliya göstərilir. Bu ölkələrdə doğum əmsalı hazırda 1-1,60 intervalındadır
23 noyabrSəhərlər zəngli saatı 5 dəqiqə ertələməyin - Zərəri açıqlandı
"Zəngli saatı beş dəqiqə ertələyib yenidən yatmaq vərdişi səhəri daha da ağırlaşdırır. İnsan əlavə istirahət əvəzinə kəsik-kəsik yuxu alır və nəticədə özünü əzgin hiss edir". "Qafqazinfo" xəbər verir ki, bu barədə həkim-somnoloq Pavel Kudinov bildirib. Mütəxəssisin sözlərinə görə
19 noyabr