Qədim Misirdə müqəddəs sayılan pişiklərə qarşı amansız rəftar edilib

Qədim Misirdə müqəddəs sayılan pişiklərə qarşı amansız rəftar edilibQədim Misirdə ilahə Bastetin simvolu hesab olunan və mumiyalanaraq məbədlərə təqdim edilən pişiklərin heç də yaxşı şəraitdə yaşamadığı məlum olub. Alimlər onların sıxlıq, xəstəlik və insan zorakılığına məruz qaldığını üzə çıxarıblar.

Sonxeber.az xəbər verir ki, bu barədə NEWS.am elmi araşdırmaya istinadən məlumat yayıb.

Tədqiqatçılar Beni Həsən nekropolundan tapılmış və yaxşı qorunmuş 131 pişik kəlləsini araşdırıblar. Araşdırmanın nəticələri "Journal of Archaeological Science" jurnalında dərc olunub.

Belçika Kral Təbiət Elmləri İnstitutunun alimləri heyvanların diş və sümük qalıqlarını təhlil edərək müxtəlif xəstəliklərin, infeksiyaların və xəsarətlərin izlərini aşkarlayıblar. Kəllələrin 14-də küt və ya iti alətlərlə vurulmuş ağır zədələrin izləri müəyyən edilib.

Bəzi xəsarətlərin heyvanlar sağ ikən sağalmağa başladığı məlum olub. Bu isə pişiklərin ölümündən əvvəl zorakılığa məruz qaldığını göstərir. Alimlər onların ölümünün əsas səbəblərindən birinin baş nahiyəsinə endirilən zərbələr olduğunu ehtimal edirlər.

Tədqiqatçılar pişiklərin həddindən artıq sıx şəraitdə saxlanıldığını, bunun da heyvanlar arasında qarşıdurmalara səbəb ola biləcəyini bildirirlər. Araşdırmada ev pişikləri ilə yanaşı, bataqlıq pişiklərinin qalıqları da aşkar edilib.

Radiokarbon analizinə əsasən, yaşı müəyyənləşdirilən doqquz kəllədən səkkizi eramızdan əvvəl 380-40-cı illərə aiddir. Bu dövr Misirdə mumiyalanmış pişiklərə məbəd qurbanı kimi tələbatın xüsusilə artdığı mərhələ olub.


Sonxeber.az
Telegramda izləyin
Maraqlı   Baxılıb: 321   Tarix: 19 noyabr 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Sürücülər payızda avtomobilə niyə sabun parçası qoyurlar? - İnanılmaz SƏBƏB

Adi bir sabun parçası payız aylarında sürücülərin köməyinə çata bilər. Yağışların artması, havanın rütubətlənməsi və temperaturun tez-tez dəyişməsi avtomobil sahibləri üçün əlavə çətinliklər yaradır. Belə hallarda sadə məişət vasitələri də faydalı ola bilər. Məhz buna görə bəzi təcrübəli sürücülər avtomobili

15 noyabr
.

24 saat fasiləsiz uçaraq Rekordlar Kitabına düşdü

"Airbus A350-100ULR" sərnişin təyyarəsi Avstraliyadan Fransaya 24 saat 24 dəqiqə fasiləsiz uçaraq Ginnesin Rekordlar Kitabına düşüb. "Qafqazinfo" xəbər verir ki, şirkətin sınaq uçuşu çərçivəsində Melburn və Tuluza şəhərləri arasında 23 min 155 kilometr məsafə qət edilib. Bu, kommersiy

10 noyabr
.

Marsda sirli buzlaqlar kəşf edildi

Beynəlxalq tədqiqatçılar "qırmızı" planetin səthində dik qayalıqlara bənzər yeni geoloji formasiyalar aşkar ediblər. "Qafqazinfo" xəbər verir ki, "Earth and Planetary Science Letters" jurnalında dərc olunan araşdırmaya görə, bu strukturlar qədim buz kütlələrini gizlədi

18 noyabr
.

800 illik qala 1 avroya satılır - Fotolar

Almaniyanın Saksoniya torpağında yerləşən Bad-Düben şəhər rəhbərliyi 800 illik tarixə malik Şnaditz su qalasını satışa çıxarıb. "Qafqazinfo" xəbər verir ki, şəhər mülk üçün simvolik olaraq cəmi 1 avro tələb edir, lakin bu "əlverişli" sövdələşmənin arxasında böyük maliyyə öhdəliklər

9 noyabr
.

Kərə yağını kimlər yeməməlidir? - Sağlamlıq problemi olanlar üçün vacib xəbərdarlıq

Kərə yağı gündəlik qidalanmada geniş istifadə olunsa da, hər kəs üçün eyni dərəcədə uyğun deyil. Süd zülalına allergiyası, yüksək xolesterini və ürək-damar xəstəlikləri olan şəxslər bu məhsulun istifadəsinə xüsusi diqqət yetirməlidirlər. Kərə yağında doymuş yağların miqdarı yüksəkdir. Onların həddində

14 noyabr
.

Əvvəl ağ idi: təkər şinləri niyə qara rəngdə istehsal olunur?

Bu gün yollarda gördüyümüz avtomobillərin demək olar ki, hamısının təkərləri qara rəngdədir. Lakin maraqlıdır ki, ilk avtomobil şinləri qara deyil, ağ rəngdə istehsal olunurdu. Bəs zamanla onların rəngi niyə dəyişdi?. xarici mediaya istinadən xəbər verir ki, avtomobil şinlərinin qara rəngdə olmasını

15 noyabr
.

Zirzəmidə iki il saxlanılan pendir dünyanın ən yaxşısı seçildi

Fransanın şərqindəki Yura dağlarında yerləşən zirzəmidə düz iki il saxlanılan "Komte" pendiri İspaniyanın Kordova şəhərində keçirilən "World Cheese Awards" müsabiqəsində dünyanın ən yaxşı pendiri adına layiq görülüb. "Qafqazinfo" xəbər verir ki, nüfuzlu müsabiqənin münsiflə

13 noyabr
.

Pomidoru soyuducuda saxlamayın

Təzə pomidorları soyuducuda saxlamaq onların dadına, ətrinə və quruluşuna mənfi təsir göstərə bilər. Mütəxəssislərin fikrincə, pomidorları otaq temperaturunda saxlamaq daha məqsədəuyğundur. xarici mediaya istinadən xəbər verir ki, meyvə, tərəvəz və göyərtiləri aldıqdan dərhal sonra soyuducuya yerləşdirmə

14 noyabr
.

Mağara divarlarında 280 qədim təsvir tapıldı - 60 il yanından keçib, görməyiblər

İspaniyanın Kataloniya bölgəsindəki "Cova de la Font Major" mağarasında onilliklər boyu turistlərin diqqətindən yayınan 280 Paleolit dövrü qayaüstü oyması aşkar edilib. "Qafqazinfo" xəbər verir ki, Katalan İnsan Paleoekologiyası və Sosial Təkamül İnstitutunun alimləri Xosep Mariy

14 noyabr