Ən gənc əhalisi olan ölkələrin reytinqi - Azərbaycan neçənci yerdədir?
Ekspertlərin fikrincə, dünyanın ən böyük iqtisadiyyatlarına malik bəzi ölkələri demoqrafik baxımdan kritik həddə yaxınlaşıb və əhalinin təbii artımını bərpa etmək imkanları xeyli məhdudlaşıb.
Modern.az xəbər verir ki, nümunə olaraq Çin, ABŞ və Braziliya göstərilir. Bu ölkələrdə doğum əmsalı hazırda 1-1,60 intervalındadır. Halbuki nəsillərin sadə əvəzlənməsini təmin etmək üçün bu göstərici hər qadına orta hesabla 2,1-2,15 uşaq düşməlidir.
Bu fonda "Visual Capitalist" onlayn platformasının analitikləri BMT və UNICEF-in məlumatlarına əsaslanaraq dünya ölkələrində yetkinlik yaşına çatmayanların ümumi əhali içərisində payını araşdırıb və qlobal reytinq hazırlayıblar.
Ən gənc əhaliyə malik ölkələr
Araşdırmaya görə, dünyada ən gənc əhaliyə malik ölkə Mərkəzi Afrika Respublikasıdır. Burada 18 yaşadək şəxslər ümumi əhalinin 56,2 faizini təşkil edir.
İkinci yerdə 53,3 faizlə Niger, üçüncü yerdə isə təxminən 53 faizlə Somali qərarlaşıb.
İlk onluğa, həmçinin Mali (52,9%), Çad (52,7%), Konqo Demokratik Respublikası (52,5%), Burundi (51,4%), Mozambik (51,1%), Anqola (50,8%) və Uqanda (50,2%) daxildir.
MDB ölkələrində vəziyyət
MDB məkanında 18 yaşadək şəxslərin əhali içərisində ən yüksək payı Tacikistanda qeydə alınıb. Bu göstərici 41,7 faizdir. Ölkə dünya reytinqində 53-cü yerdədir.
Sonrakı yerlərdə Qırğızıstan (37,5%, dünya üzrə 63-cü yer) və Özbəkistan (36,2%, 70-ci yer) qərarlaşıb.
Digər MDB ölkələrinin göstəriciləri belədir:
Qazaxıstan - 34,2% (80-ci yer);
Azərbaycan - 25,9% (118-ci yer);
Ermənistan - 23% (140-cı yer);
Rusiya - 20,9% (164-cü yer);
Belarus - 19,4% (176-cı yer).
Yetkinlik yaşına çatmayanların payı ən aşağı olan ölkələr
2026-cı il üzrə qlobal reytinqdə sonuncu yeri Honkonq tutub. Burada 18 yaşadək şəxslər əhalinin cəmi 12,6 faizini təşkil edir.
Digər aşağı göstəricilərə malik ölkə və ərazilər bunlardır:
Cənubi Koreya - 12,9%;
Yaponiya - 14%;
Tayvan - 14%;
Sinqapur - 14,4%;
Puerto-Riko - 14,5%;
İtaliya - 14,6%;
Andorra - 14,8%;
San-Marino - 15,1%;
Malta - 15,5%;
Portuqaliya - 15,6%;
İspaniya - 15,8%.
Almaniyada bu göstərici 16,6%, Qətərdə 17,3%, Macarıstanda 17,4%, Finlandiya və Polşada 17,8%, İsveçrədə 17,9%, Birləşmiş Ərəb Əmirliklərində 18,5%, Çində isə 19,1% təşkil edir.
Analitiklərin fikrincə, bu ölkələrdə uşaqların və gənclərin əhali içərisində payının aşağı olması ciddi demoqrafik problemlərdən xəbər verir. Onların qiymətləndirməsinə görə, belə ölkələrdə əhalinin sayını qorumaq üçün gələcəkdə xarici miqrasiya mühüm rol oynaya bilər.
Sonxeber.az
Telegramda izləyin
Maraqlı Baxılıb: 65 Tarix: 23 noyabr 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşÖlümdən iki gün əvvəl orqanizmdə nə baş verir?
Həyatın son 48 saatında insan orqanizmi həyati funksiyalarını qorumaq qabiliyyətini tədricən itirir. Həyatın son 48 saatında insan bədəni nəzərəçarpacaq dəyişikliklərə məruz qala bilər. İnsan zəifləyir, daha çox yatır, yeməyə az maraq göstərir və nəfəs alma və qan dövranı tədricən dəyişir. Bu təzahürlə
15 noyabrKombi işləyən evdə də dəm qazı öldürə bilər - Çoxlarının bilmədiyi təhlükə
Qış mövsümünün yaxınlaşması ilə Azərbaycanda mənzillərin isidilməsi məsələsi yenidən aktuallaşıb. Paytaxtda və bölgələrdə minlərlə ailə evini isitmək və isti su ilə təmin etmək üçün kombi sistemlərindən istifadə edir. Bir çox insan kombinin ənənəvi qaz sobalarından daha təhlükəsiz olduğunu düşünür. Laki
22 noyabrBu spirtli içkilər böyrəklərə ciddi zərər vura bilər - ARAŞDIRMA
Pivə və yüksək dərəcəli spirtli içkilərin müntəzəm istifadəsi böyrəklərin kəskin zədələnməsi riskini artıra bilər. Alimlər qırmızı və ağ şərabın istifadəsi ilə bu risk arasında isə statistik baxımdan əhəmiyyətli əlaqə aşkar etməyiblər. xəbər verir ki, bu barədə "Scientific Reports" jurnalınd
19 noyabrQədim Misirdə müqəddəs sayılan pişiklərə qarşı amansız rəftar edilib
Qədim Misirdə ilahə Bastetin simvolu hesab olunan və mumiyalanaraq məbədlərə təqdim edilən pişiklərin heç də yaxşı şəraitdə yaşamadığı məlum olub. Alimlər onların sıxlıq, xəstəlik və insan zorakılığına məruz qaldığını üzə çıxarıblar. xəbər verir ki, bu barədə elmi araşdırmaya istinadən məlumat yayıb
19 noyabrMarsda 200 metrdən hündür sıldırım yamacları olan 29 mümkün buzlaq aşkarlanıb
Marsın şimal kraterlərində daş və toz qatlarının altında gizlənmiş ola biləcək 29 qədim buzlaq izi aşkar edilib. xəbər verir ki, alimlər bu geoloji strukturları Marsın Alba vulkanı ərazisində yerləşən 738 zərbə kraterini araşdırarkən müəyyən ediblər. Tədqiqat zamanı "Mars Reconnaissance Orbiter"
20 noyabrİnsan öləndən sonra bədənində hansı dəyişikliklər baş verir?
İnsan həyatını itirdikdən sonra onun bədənində bir sıra bioloji və fiziki dəyişikliklər başlayır. Ürəyin dayanması, qan dövranının kəsilməsi və hüceyrələrin oksigensiz qalması orqanizmdə ardıcıl proseslərə səbəb olur. Bəs insan öldükdən sonra bədənində ilk olaraq nə dəyişir? Bu proseslər hansı ardıcıllıql
22 noyabrQışda paltarları radiatorun üzərində qurutmaq təhlükəlidir - xəbərdarlıq
Qış aylarında paltarları tez qurutmaq üçün birbaşa istilik radiatorlarının (kombi petəklərinin) üzərinə sərmək geniş yayılmış vərdiş olsa da, sənaye mühəndisi Xorxe Morales de Labra bu üsulun həm maddi, həm də sağlamlıq baxımından zərərli olduğu barədə xəbərdarlıq edib. xəbər verir ki, mütəxəssis b
21 noyabrƏn gənc əhalisi olan ölkələrin reytinqi - Azərbaycan neçənci yerdədir?
Ekspertlərin fikrincə, dünyanın ən böyük iqtisadiyyatlarına malik bəzi ölkələri demoqrafik baxımdan kritik həddə yaxınlaşıb və əhalinin təbii artımını bərpa etmək imkanları xeyli məhdudlaşıb. xəbər verir ki, nümunə olaraq Çin, ABŞ və Braziliya göstərilir. Bu ölkələrdə doğum əmsalı hazırda 1-1,60 intervalındadır
23 noyabrSəhərlər zəngli saatı 5 dəqiqə ertələməyin - Zərəri açıqlandı
"Zəngli saatı beş dəqiqə ertələyib yenidən yatmaq vərdişi səhəri daha da ağırlaşdırır. İnsan əlavə istirahət əvəzinə kəsik-kəsik yuxu alır və nəticədə özünü əzgin hiss edir". "Qafqazinfo" xəbər verir ki, bu barədə həkim-somnoloq Pavel Kudinov bildirib. Mütəxəssisin sözlərinə görə
19 noyabr