Bank hesabları kibercinayətkarların hədəfində: Azərbaycanda pullar nə dərəcədə təhlükəsizdir? - İQTİSADÇIDAN AÇIQLAMA
Dünyada bank sektoruna qarşı həyata keçirilən kib hücumlar maliyyə təhlükəsizliyi ilə bağlı narahatlıqları artırır. Kibercinayətkarlar bank sistemlərinə sızmaq, müştərilərin şəxsi və maliyyə məlumatlarını ələ keçirmək, hesablarından pul oğurlamaq üçün getdikcə daha mürəkkəb üsullardan istifadə edirlər. Belə hallarda təkcə bankların deyil, milyonlarla müştərinin maliyyə təhlükəsizliyi də risk altına düşür. Azərbaycan banklarının rəqəmsal xidmətlərdən istifadəsi genişləndikcə onların kibertəhlükələrə qarşı müdafiəsinin nə dərəcədə etibarlı olması da aktuallıq qazanır. Bəs ölkəmizdə fəaliyyət göstərən bankların təhlükəsizlik sistemləri mümkün kiberhücumların qarşısını almaq üçün kifayət qədər güclüdürmü?
Müştərilərin bank hesablarında olan vəsaitlərin qorunması üçün hansı mexanizmlər tətbiq olunur? Bank sistemlərinə mümkün hücumlar nəticəsində vətəndaşların pullarını itirməsi riski nə dərəcədə realdır?
Mövzu ilə bağlı Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli Sonxeber.az-a açıqlamasında bildirdi ki, Azərbaycan banklarının kibertəhlükəsizlik sistemlərinin əvvəlki illərlə müqayisədə xeyli təkmilləşdiyini düşünürəm. Bank sektorunda rəqəmsal xidmətlərin genişlənməsi, mobil bankçılığın inkişafı və nağdsız ödənişlərin artması maliyyə institutlarını informasiya təhlükəsizliyinə daha çox investisiya qoymağa vadar edir. Çünki bank üçün kibercinayət nəticəsində yalnız maliyyə itkisi deyil, həm də müştəri etimadının itirilməsi ciddi problemdir. Bununla belə, heç bir bankın təhlükəsizlik sistemini tam müdafiəolunmaz hesab etmək olmaz. Kibercinayətkarlar daim yeni üsullar hazırlayır, süni intellektdən istifadə etməklə hücumların miqyasını və mürəkkəbliyini artırırlar. Bankların sistemlərinə birbaşa hücumlarla yanaşı, müştərilərin hesab məlumatlarının ələ keçirilməsi, saxta mesajlar, fişinq linkləri və sosial mühəndislik üsulları da ciddi təhlükə yaradır. Bəzən bankın öz sistemindən daha çox müştərinin diqqətsizliyi və təhlükəsizlik qaydalarına əməl etməməsi cinayətkarların işini asanlaşdırır.
Hesab edirəm ki, Azərbaycan banklarının əsas diqqət yetirməli olduğu istiqamətlərdən biri real vaxt rejimində şübhəli əməliyyatların aşkarlanması, çoxmərhələli identifikasiya, məlumatların şifrələnməsi və sistemlərin mütəmadi təhlükəsizlik yoxlamasından keçirilməsidir. Eyni zamanda, banklar kibertəhlükəsizlik üzrə mütəxəssislərin hazırlanmasına və yeni texnologiyaların tətbiqinə daha çox vəsait ayırmalıdırlar. Digər mühüm məsələ müştərilərin maarifləndirilməsidir. İnsanlar bank kartlarının məlumatlarını, SMS təsdiq kodlarını və şifrələrini heç kimə verməməli, şübhəli keçidlərə daxil olmamalıdırlar. Çünki kibertəhlükəsizlik yalnız bankın texniki imkanlarından deyil, həm də müştərinin davranışından asılıdır. Ümumilikdə, Azərbaycan banklarının təhlükəsizlik sistemlərinin vəziyyətini yalnız texnologiyaların mövcudluğu ilə deyil, real hücumlara qarşı davamlılıq, insidentlərin aşkarlanma sürəti və müştəri vəsaitlərinin qorunması səviyyəsi ilə qiymətləndirmək lazımdır. Bu sahədə arxayınlaşmaq olmaz, çünki kibertəhlükəsizlik birdəfəlik qurulan sistem deyil, daim yenilənməli və təkmilləşdirilməli prosesdir.
Müəllif: İlkin Məmmədkərimov
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Ada Süleymanova ilə qəzada faciəli şəkildə ölən Anar Kərimovun görüntüləri - Foto
Ada Süleymanla birgə həlak olan sürücü onun nəyidir?
Niderland məhkəməsi BYD-nin yeni modelinin satışını qadağan etdi
Paytaxtda tikinti aparılan binadan yıxılan şəxs öldü
Qəzada ölən Ada Süleyman tanınmış aparıcı olub
Azərbaycanlı aparıcı Ada Süleymanın öldüyü qəzanın TƏFƏRRÜATI
"Hələ yazılacaq çox hekayəm var…" - Sonuncu dəfə bu paylaşımı edib
Şimali Amerika böyüklüyündə ərazi su altında qalıb - Orada qədim insan izləri axtarılır
Ev yalnız ər və ya arvadın adınadırsa, digərinin mülkiyyət hüququ varmı? - ƏMLAK EKSPERTİNDƏN AÇIQLAMA
Kredit faizləri ucuzlaşacaq? Mərkəzi Bankın növbəti qərarı nəyi dəyişəcək? - İQTİSADÇIDAN AÇIQLAMA
Səhər yeməyində ŞİRİN ÇAY - Mütəxəssislərdən XƏBƏRDARLIQ
Kofe alarkən bu məqamlara diqqət edin - Keyfiyyətli məhsulu necə seçək? - QİDA EKSPERTİNDƏN AÇIQLAMA
Azərbaycanda 37 yaşlı arvadını döyən 22 yaşlı kişi həbs olundu
Ada Süleymanın öldüyü qəza ilə bağlı cinayət işi açıldı
Kəlbəcərdə həyat yenidən başlayır