Xəzərin suyu duzsuzlaşdırılacaq - 140 milyon dollar ayrılıb
Asiya İnkişaf Bankı (ADB) Azərbaycanda Xəzər dənizi suyunun duzsuzlaşdırılması zavodunun tikintisi layihəsinin 140 milyon dollar məbləğində maliyyələşdirilməsini təsdiqləyib.
"Qafqazinfo" xəbər verir ki, bu barədə Banker.az ADB-yə istinadən məlumat yayıb.
Bildirilib ki, kredit vəsaitləri hər biri 70 milyon dollar olmaqla, iki tranşla veriləcək.
Layihənin ümumi dəyəri 407 milyon dollar olaraq qiymətləndirilir. Layihə çərçivəsində əks osmos texnologiyası ilə işləyən duzsuzlaşdırılma müəssisəsinin layihələndirilməsi, inşası,maliyyələşdirilməsi, istismarı və texniki xidməti planlaşdırılır. Zavodun layihə üzrə məhsuldarlığı gündəlik 300 min kubmetr su təşkil edəcək, yüksək istehlak dövrlərində isə müəssisənin gücü gündəlik 330 min kubmetrə qədər artırıla bilər.
Təşəbbüsün reallaşdırılması dövlət-özəl tərəfdaşlığı üzrə 25 illik müqavilə əsasında həyata keçirilir. Bütün duzsuzlaşdırılmış su dövlət operatoru "İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti"nə istiqamətləndiriləcək. Bu layihə Azərbaycanın su sektorunda suyun duzsuzlaşdırılması üzrə ilk genişmiqyaslı müəssisə və dövlət-özəl tərəfdaşlığı üzrə ilk layihə olacaq. Onun əsas vəzifəsi Bakı və Abşeron yarımadasındakı yaşayış binalarının və kommersiya obyektlərinin içməli su ilə təminatının keyfiyyətini və fasiləsizliyini artırmaqdır.
Layihə ADB-nin Azərbaycanla 2025-2029-cu illər üçün Tərəfdaşlıq Strategiyası (CPS) kontekstində həyata keçirilir ki, bunun da prioritetləri sırasında ekoloji baxımdan dayanıqlı və "təmiz infrastruktur"un yaradılması yer alır. Daha əvvəl Asiya İnfrastruktur İnvestisiya Bankı daha əvvəl Azərbaycanda suyun duzsuzlaşdırılması üzrə zavodun tikintisi üçün 45 milyon ABŞ dolları məbləğində kreditin ayrılmasını artıq təsdiqləyib.
Layihənin inkişaf etdiricisi Səudiyyə Ərəbistanının "ACWA Power" şirkəti, baş podratçısı isə Çinin HDEC ("PowerChina" qrupuna daxil olan "Huadong Engineering Corporation") şirkətidir. HDEC-nin subpodratçısı qismində İspaniyanın "Savener" mühəndislik şirkəti artıq mühəndis-layihələndirmə işlərinin icrasına başlayıb.
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 120 Tarix: 24 noyabr 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşSabah hava necə olacaq?
Noyabrın 24-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Arabir güclənən cənub-qərb küləyi axşam mülayim şimal-qər
23 noyabrTop ardınca qaçan uşağı maşın vurub öldürdü - Video
Bakıda azyaşlının ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. xəbər verir ki, DİN-in Baş DYP İdarəsi hadisə anının görüntülərini paylaşıb. Bildirilib ki, hadisə noyabrın 22-si saat 13:00 radələrində Lökbatan qəsəbəsi ərazisində yerləşən yaşayış zonalarının birində qeydə alınıb. 10 yaşlı qı
24 noyabrAda Süleymanın öldüyü qəza ilə bağlı cinayət işi açıldı
ARB TV-nin keçmiş aparıcısı Ada Süleymanovanın (Ada Süleyman) həyatını itirdiyi yol qəzası ilə bağlı cinayət işi başlanılıb. Qaynarinfo xəbər verir ki, faktla bağlı Cinayət Məcəlləsinin 263.3-cü maddəsi ilə cinayət işi açılıb. Həmin maddə yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını
23 noyabrNazirlikdə Aparat rəhbəri oldu
Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə Aparat rəhbəri təyin olunub. "Qafqazinfo" xəbər verir ki, bu barədə Naxçıvan Muxtar Respublikasının əmək və əhalinin sosial müdafiəsi naziri Fərid Bağırzadə müvafiq əmr imzalayıb. Əmrə əsasən Elmin İsa oğlu Fərəco
23 noyabr"Arzulayırdın ki, səndən bütün saytlar yazsın"
Aktyor Azər Aydəmir ötən gün avtomobil qəzasında vəfat edən aparıcı Ada Süleymanlı ilə bağlı paylaşım edib. Axşam.az xəbər verir ki, o, mərhum aparıcı ilə bağlı bunları yazıb:. "Hər zaman arzulayırdın ki, səndən bütün saytlar yazsın. Allah rəhmət eləsin. Çox işıqlı idin"
24 noyabrJalə Məmmədova və Kəmalə Əliyevaya vəzifə verildi
Kolleclərə yeni təyinatlar olub. xəbər verir ki, bu barədə Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi məlumat yayıb. Bildirilib ki, müvafiq əmrlə Jalə Məmmədova Bərdə Dövlət İdarəetmə və Texnologiya Kollecinin, Kəmalə Əliyeva isə Zaqatala Dövlət İdarəetmə və Texnologiya Kollecinin tədris işləri üzrə direkto
23 noyabrAda Süleymanla birgə həlak olan sürücü onun nəyidir?
Bakıda dəhşətli yol-nəqliyyat hadisəsi nəticəsində aparıcı Ada Süleymanla birlikdə həlak olan sürücünün ailə üzvü olmadığı bilinib. -ın əldə etdiyi məlumata görə, sükan arxasında olan Anar Kərimov Ada Süleymanın yaxın dostu olub. Xəbərə görə, onlar restorandan birlikdə ayrılıblar. Xatırladaq ki, aparıc
23 noyabrAda Süleymanın həlak olduğu qəzadakı avtomobilin son halı
Bakıda ağır qəzada həlak olan tanınmış aparıcı Ada Süleyman və tanışı Anar Kərimovun içərisində olduqları "Voyah" markalı avtomobilin son görüntüləri yayımlanıb. "Xəzər TV"ə istinadən xəbər verir ki, görüntülərdə qəza nəticəsində avtomobilin vəziyyəti əks olunub
24 noyabrBakının iki böyük rayonunda su olmayacaq
Paytaxtın bəzi ərazilərində içməli suyun verilişində fasilə yaranacaq. xəbər verir ki, bu barədə İri Şəhərlərin Su Təchizatı məlumat yayıb. Bildirilib ki, magistral xəttin yenisi ilə əvəz edilmiş hissəsində birləşmə işlərinin görülməsi ilə bağlı 25.11.2026-cı il tarixində gün ərzində Səbail və Yasama
23 noyabr