Top ardınca qaçan uşağı maşın vurub öldürdü - Video
Bakıda azyaşlının ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Sonxeber.az xəbər verir ki, DİN-in Baş DYP İdarəsi hadisə anının görüntülərini paylaşıb.
Bildirilib ki, hadisə noyabrın 22-si saat 13:00 radələrində Lökbatan qəsəbəsi ərazisində yerləşən yaşayış zonalarının birində qeydə alınıb. 10 yaşlı qız avtomobil vurması nəticəsində həyatını itirib.
"Yaşıdları ilə oynayan qızcığazın meydançadan kənara düşən topu gətirməyə gedərkən yolun hərəkət hissəsini qaçaraq keçməsi, eləcə də yaşayış zonası üçün nəzərdə tutulmuş sürət həddindən artıq sürətlə hərəkət etməsi ehtimal olunan sürücünün yola qaçan uşağı görməməsi, sonda hər iki tərəf üçün bərpası mümkün olmayan itkilərə yol açdı.
Uşaq və yeniyetmələrin, eləcə də istirahət edən, təsərrüfat işi görən, yaxud evinə tələsən əhalinin daha çox olduğu yaşayış zonalarında belə faciələr yaşanmasın deyə sürücü və piyadaların üzərinə qanunla nəzərdə tutulmuş konkret vəzifələr düşür.
Baş Dövlət Yol Polisi İdarəsi bütün tərəflərə, xüsusilə sürücülərə müraciət edərək, onları yaşayış zonasının sakitlik və təhlükəsizlik məkanı olduğunu unutmamağa, belə ərazilərdə ehtiyatla, piyadalara münasibətdə isə hər zaman ehtiramla davranmağa çağırır", - deyə, idarə vətəndaşlara müraciət edib.
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 156 Tarix: 24 noyabr 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşBakıda yeni işıqforlar bu qaydada çalışacaq - Foto
DİN-in Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) paytaxtda ilk dəfə quraşdırılacaq avtobus işıqforlarının hərəkət qaydalarını açıqlayıb. -ın məlumatına görə, NİİM-dən bildirilib ki, yeni avtobus işıqforları ilə bağlı maarifləndirmə işləri davam etdirilir. Onların iş prinsipi, işıq siqnallarını
24 noyabrGüclü külək əsəcək - Xəbərdarlıq
Noyabrın 24-də Bakıda və Abşeron yarımadasında, eyni zamanda bəzi bölgələrdə gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib. xəbər verir ki, Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, Bakıda və Abşeron yarımadasında, Qobustan, Xızıda narıncı xəbərdarlığ
23 noyabrMirası qəbul etməzdən əvvəl bu məqamları mütləq araşdırın - VACİB XƏBƏRDARLIQ
Şəxs vəfat etdikdə onun yalnız əmlakı deyil, bəzi maliyyə öhdəlikləri və borcları da vərəsəlik məsələsinin bir hissəsinə çevrilir. Mirası qəbul edən vərəsələr mərhumun kreditorları qarşısında məsuliyyət daşıya bilərlər. Lakin bu məsuliyyətin hüquqi hədləri var və hər bir borc avtomatik olaraq vərəsələri
23 noyabrQarabağ Universitetindən tələbələrin davası ilə bağlı - Açıqlama
Bu gün mediada Qarabağ Universitetinin tələbələrinin qız üstündə dalaşdıqları və onlardan birinin ali təhsil müəssisəsindən xaric edilməsi ilə bağlı məlumatlar yayılıb. "Qafqazinfo" xəbər verir ki, universitet insidentlə bağlı açıqlama yayıb. Bildirilib ki, Qarabağ Universitetinin tələbələr
23 noyabrAda Süleymanla birgə həlak olan sürücü onun nəyidir?
Bakıda dəhşətli yol-nəqliyyat hadisəsi nəticəsində aparıcı Ada Süleymanla birlikdə həlak olan sürücünün ailə üzvü olmadığı bilinib. -ın əldə etdiyi məlumata görə, sükan arxasında olan Anar Kərimov Ada Süleymanın yaxın dostu olub. Xəbərə görə, onlar restorandan birlikdə ayrılıblar. Xatırladaq ki, aparıc
23 noyabrAda ilə qəzada həlak olan şəxs iş adamının oğlu deyil - Video
Gecə saatlarında iki nəfərin ölümü ilə nəticələnən qəzada həyatını itirən Anar Kərimovun tanınmış iş adamı Alik Kərimovun oğlu olması ilə bağlı iddialar yayılıb. "Qafqazinfo" xəbər verir ki, Alik Kərimovun oğlu, "Metak" şirkətinin icraçı direktoru Aydın Kərimov sosial şəbəkədə vide
23 noyabrAzərbaycanda beşinci sinif şagirdi vəfat etdi
Azərbaycanda məktəbli vəfat edib. -a istinadən xəbər verir ki, 5-ci sinif şagirdi Emilya dünyasını dəyişib. Məktəblinin ölüm səbəbi hələlik açıqlanmayıb. Qeyd edək ki, Emilya Zəngilan rayon 21 nömrəli tam orta ümumtəhsil məktəbinin şagirdi olub
23 noyabr