"Aralıqlı oruc" diabetli şəxslərdə qan şəkərinin tənzimlənməsinə kömək edə bilər

"Aralıqlı oruc" diabetli şəxslərdə qan şəkərinin tənzimlənməsinə kömək edə bilərABŞ-ın Miçiqan Universitetinin alimləri müəyyən ediblər ki, fasiləli aclıq ikinci tip şəkərli diabetin gedişatına müsbət təsir göstərə bilər. Siçanlar üzərində aparılan təcrübədə qidalanma rejiminin dəyişdirilməsi bədən çəkisi azalmadan qan şəkərinin normallaşmasına kömək edib.

Sonxeber.az xəbər verir ki, tədqiqatın nəticələri "Molecular Metabolism" elmi jurnalında dərc olunub.

Araşdırma zamanı alimlər yeməklər arasındakı uzun fasilələrin mədəaltı vəzinin insulin istehsal edən beta-hüceyrələrinə təsirini öyrəniblər.

Təcrübədə siçanlar iki qrupa bölünüb. Birinci qrupa az kalorili qida verilib, ikinci qrup isə yağlı qidalarla günaşırı qidalandırılıb. Beş həftə sonra günaşırı qidalanan siçanların qan şəkəri səviyyəsi normallaşıb. Bu müddətdə onların bədən çəkisində ciddi dəyişiklik qeydə alınmayıb.

Alimlərin fikrincə, qidalanma arasındakı uzun fasilələr beta-hüceyrələrə bərpa olunmaq və insulin ehtiyatı toplamaq imkanı verə bilər. Bununla belə, əvvəlki qidalanma rejiminə qayıdılması diabetin yenidən inkişafına səbəb ola bilər.

Tədqiqatçılar vurğulayırlar ki, nəticələr hələlik yalnız heyvanlar üzərində aparılan təcrübələrə əsaslanır. Buna görə də onları birbaşa insanlara şamil etmək və fasiləli aclığı diabetin müalicə üsulu hesab etmək olmaz. İnsanlarda bu təsirin təsdiqlənməsi üçün əlavə klinik araşdırmalar tələb olunur.


Sonxeber.az
Telegramda izləyin
Maraqlı   Baxılıb: 136   Tarix: 25 noyabr 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Qışa enerjili girmək üçün - 10 addım

Yay mövsümünün dinamik ritmi, uzun səfərlər və dəyişən günlük vərdişlərdən sonra soyuq aylara keçid həm orqanizm, həm də yaşayış mühiti üçün yeni balans tələb edir. "Qafqazinfo" xəbər verir ki, qışa daha gümrah və hazırlıqlı başlamaq üçün gündəlik rejimdə, qidalanmada və şəxsi qulluqda tətbi

20 noyabr
.

Evin divarlarındakı qara ləkələr - Gizli ölüm riski

Qış aylarında bir çox evin divarlarında, xüsusilə pəncərə kənarlarında, hamam otaqlarında və mebel arxalarında qara ləkələr əmələ gəlir. Bəziləri bunu adi nəmişlik hesab edərək əhəmiyyət vermir, digərləri isə ləkələrin üzərini boya ilə örtməklə problemin həll olunduğunu düşünür. Halbuki divarlarda yarana

22 noyabr
.

Marsda sirli buzlaqlar kəşf edildi

Beynəlxalq tədqiqatçılar "qırmızı" planetin səthində dik qayalıqlara bənzər yeni geoloji formasiyalar aşkar ediblər. "Qafqazinfo" xəbər verir ki, "Earth and Planetary Science Letters" jurnalında dərc olunan araşdırmaya görə, bu strukturlar qədim buz kütlələrini gizlədi

18 noyabr
.

Mikrodalğalı soba xərçəng yaradır?

Mikrodalğalı sobada qızdırılan yemək zərərlidirmi? - Çoxlarının qorxduğu məsələ. Bir çox evdə və iş yerində yeməkləri qızdırmaq üçün mikrodalğalı sobadan istifadə olunur. Bu cihaz vaxta qənaət etsə də, onun sağlamlığa təsiri ilə bağlı müxtəlif fikirlər mövcuddur. Bəziləri mikrodalğalı sobada qızdırıla

22 noyabr
.

Pişiklər sahiblərindən bu 3 səbəbə görə inciyə bilərlər

Pişiklərin davranışlarını anlamaq bəzən olduqca çətin olur. Onlar da insanlar kimi narahatlıq və narazılıq hiss edə bilirlər. Lakin bu duyğuları fərqli şəkildə büruzə verdiklərindən sahibləri çox vaxt öz hərəkətləri ilə ev heyvanlarını narahat etdiklərinin fərqinə varmırlar. Mütəxəssislər pişikləri

22 noyabr
.

Qaza qənaət üçün kombi neçə dərəcədə olmalıdır?

Qış aylarında evin isti olması ilə yanaşı, qaz xərclərinə qənaət etmək də vacibdir. Bir çox insan mənzili daha tez isitmək üçün kombinin temperaturunu maksimum həddə qaldırır. Lakin mütəxəssislər bildirirlər ki, bu üsul heç də həmişə qənaətli deyil. xarici mediaya istinadən xəbər verir ki, kombinin optima

22 noyabr
.

Arıqlamaq üçün 18:00-dan sonra yemək yeməyənlərə - Xəbərdarlıq

Endokrinoloq Qriqori Dolquşin arıqlamaq istəyən şəxslərin saat 18:00-dan sonra qidadan tamamilə imtina etməsinin sağlamlıq üçün zərərli olduğunu bildirib. "Qafqazinfo" xəbər verir ki, həkim bu barədə məlumat paylaşıb. Mütəxəssis izah edib ki, insan acqarına yatdıqda ya gecə yarısı oyanıb yemə

17 noyabr
.

Kombi işləyən evdə də dəm qazı öldürə bilər - Çoxlarının bilmədiyi təhlükə

Qış mövsümünün yaxınlaşması ilə Azərbaycanda mənzillərin isidilməsi məsələsi yenidən aktuallaşıb. Paytaxtda və bölgələrdə minlərlə ailə evini isitmək və isti su ilə təmin etmək üçün kombi sistemlərindən istifadə edir. Bir çox insan kombinin ənənəvi qaz sobalarından daha təhlükəsiz olduğunu düşünür. Laki

22 noyabr
.

Azərbaycanlıların avtomobil seçimi dəyişir: Hansı markalara maraq artır?

Avtomobil bazarında alıcıların seçimləri dəyişir. Çin markalarına maraq artır, yerli istehsal avtomobillərinin mövqeyi güclənir. İkinci əl bazarında isə mühərrik gücü əsasən 1.6 litr olan avtomobillərə tələb qalır. Avtomobil bazarında median qiymət artsa da, bu, real bahalaşmadan deyil, satışa çıxarıla

22 noyabr
.

Son xəbərlər

vipemlak.az