Fransanın AFP xəbər agentliyi kiberhücuma məruz qalıb - platforması fəaliyyətini dayandırıb
Fransanın AFP xəbər agentliyi kiberhücuma məruz qalıb - platforması fəaliyyətini dayandırıb
Fransanın nüfuzlu beynəlxalq xəbər agentliyi Agence France-Presse (AFP) kiberhücuma məruz qalıb. Hücum nəticəsində agentliyin media qurumlarına foto və video materiallar təqdim etdiyi AFP Forum platforması müvəqqəti olaraq fəaliyyətini dayandırıb.
Bu barədə AFP rəhbərliyi noyabrın 26-da məlumat yayıb.
Bildirilib ki, kiberhücum noyabrın 25-dən 26-na keçən gecə, Paris vaxtı ilə saat 01:30 radələrində başlayıb. Hücumun əsas hədəfi abunəçilərin agentliyin xəbərlərini, fotoşəkillərini və videolarını əldə etmək üçün istifadə etdiyi AFP Forum platforması olub.
Sonxeber.az AFP-yə istinadən xəbər verir ki, agentliyin rəhbərliyinin əməkdaşlara göndərdiyi daxili məlumatda qeyd olunub ki, sistemə müdaxilə aşkar edilən kimi texniki qruplar platformanı təcrid edərək təhlükəsizlik məqsədilə onun fəaliyyətini dayandırıblar. Platformanın nə vaxt bərpa olunacağı isə hələlik açıqlanmayıb.
AFP rəhbərliyi bildirib ki, hadisə ilə bağlı xarici kibertəhlükəsizlik mütəxəssislərinin iştirakı ilə araşdırma aparılır. Hücumu kimin təşkil etdiyi və hansı məqsədlə həyata keçirdiyi hələ müəyyənləşdirilməyib. Eyni zamanda, məlumatların oğurlanıb-oğurlanmadığı barədə də rəsmi açıqlama verilməyib.
Platformanın fəaliyyətinin dayandırılmasına baxmayaraq, agentlik abunəçilərin xəbər materiallarına çıxışını təmin etmək üçün alternativ üsullardan istifadə edir.
Qeyd edək ki, AFP dünyanın üç aparıcı beynəlxalq xəbər agentliyindən biridir. Reuters və Associated Press ilə yanaşı, qlobal informasiya məkanında mühüm mövqeyə malik olan qurumun 210 bürosunda 135 milləti təmsil edən 1840 jurnalist çalışır. Agentlik hər gün minlərlə xəbər, foto və video material hazırlayaraq dünyanın müxtəlif media qurumlarına təqdim edir.
Hadisə Fransada və digər Avropa ölkələrində dövlət qurumlarına, şirkətlərə və beynəlxalq təşkilatlara qarşı kiberhücumların artdığı bir dövrə təsadüf edib.
Müəllif: İlkin Məmmədkərimov
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











"Sabah" "Barsa"ya qol vursa da, uduzdu - Video-Yenilənib
Azərbaycanda zəlzələ oldu
Qurbağa əti yemək sağlamlıq üçün faydalıdır, yoxsa təhlükəli? - QİDA EKSPERTİNDƏN AÇIQLAMA
İş görməyə həvəsin, gücün yoxdur? - Bu iki hormonu yoxladın
Qadın döyüldüyünü iddia edir - Pəncərəsi daşlanır
Bakının bu ərazisində evlər söküləcək - Kompensasiya məbləği bilindi - Video
Torpağın real ölçüsü sənəddə fərqli göstərilibsə, vətəndaş nə etməlidir? - Hüquqi çıxış yolu - ƏMLAK EKSPERTİNDƏN AÇIQLAMA
Sulutəpədə ölən 2 bacının xalası danışdı
Tribunada ölən azarkeş Bakıya oğlu ilə gəlibmiş
"Hazırda Avropada müşahidə olunan proses daha çox yeni təhlükəsizlik balansının axtarışıdır" - BƏHRUZ QULİYEV
Rafetin keçmiş xanımları ilə azərbaycanlı nişanlısı arasında qalmaqal
Aztəminatlı ailələr üçün kommunal xidmətlərdə sosial tarif tətbiq oluna bilərmi? - İQTİSADÇIDAN AÇIQLAMA
Ya sülh olacaq, ya da erməni qəbiristanlıqları genişlənəcək
42 yaşlı rəis qəfil vəfat etdi