"Qadınsan, bacarmazsan" deyənlərə meydan oxudu: 45 yaşlı qadın kabab ustasıdır

"Qadınsan, bacarmazsan" deyənlərə meydan oxudu: 45 yaşlı qadın kabab ustasıdırTürkiyənin Adana şəhərində yaşayan 45 yaşlı Tuğba Ökten üç nəsildir davam edən ailə peşəsini yaşadır. Babası və atasından kabab bişirməyin sirlərini öyrənən qadın illər ərzində qarşılaşdığı çətinliklərə baxmayaraq, yenidən manqalın arxasına qayıdıb.

Sonxeber.az xəbər verir ki, bu barədə "Haber Global" məlumat yayıb.

Tuğba Ökten kababçılığa hələ 7 yaşında, babası Sezer və atası Cevdet Öktenin işlət­diyi restoranda başlayıb. İlk vaxtlar mətbəxdə salat hazırlayan qadın sonradan ət doğramağı, şişə kabab çəkməyi və xüsusi bıçaqla ət hazırlamağı öyrənib.

Ailə ənənəsini davam etdirmək istəyən Ökten daha sonra öz işini quraraq Adananın Çukurova rayonunun Beyazevler məhəlləsində səyyar kabab satışı ilə məşğul olub. Lakin ona qarşı platonik sevgi bəsləyən bir şəxsin tezgahını və avtomobilini yandırmasından sonra fəaliyyətinə ara vermək məcburiyyətində qalıb. Atasının vəfatından sonra da bir müddət peşəsindən uzaqlaşıb. Hazırda isə başqa bir müəssisədə usta kimi çalışır.

Ökten bildirib ki, qadın olduğu üçün bu peşədə dəfələrlə kiçik görülsə də, ruhdan düşməyib:

"Qadınsan, bacarmazsan" deyərək məni bu işdən çəkindirməyə çalışırdılar. Ancaq heç vaxt təslim olmadım. İstəyən qadının bacarmayacağı heç nə yoxdur. İşimi sevərək görürəm, peşəmə aşiqəm".

O əlavə edib ki, müştərilərin onu görəndə sevinc göstərməsi və təriflər söyləməsi işinə olan sevgisini daha da artırır.

Qeyd edək ki, Tuğba Ökten atasından öyrəndiyi peşəni davam etdirməklə ailəsinin üç nəsillik ənənəsini yaşadır.


Sonxeber.az
Telegramda izləyin
Dünyada   Baxılıb: 214   Tarix: 27 noyabr 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

ABŞ-da təyyarə qəzaya uğradı - 6 nəfər öldü

ABŞ-ın Missisipi ştatının sahillərində kiçikmühərrikli təyyarə qəzaya uğrayıb. xəbər verir ki, dalğıclar Missisipi ştatındakı Horn adasından təxminən 3,2 kilometr aralıda batmış təyyarənin göyərtəsində olan 6 nəfərin meyitini aşkar ediblər. Qurum təyyarədə olan şəxslərin kimliyini açıqlamayıb. Hadis

25 noyabr
.

Yəməndə husilər Ədənə doğru irəliləyir: sakinlər şəhəri tərk etməyə hazırlaşır

Yəməndə İranın dəstəklədiyi husilərin ölkənin müvəqqəti paytaxtı Ədən şəhərinə doğru irəliləməsi əhali arasında ciddi narahatlıq yaradıb. Şəhər sakinləri və beynəlxalq humanitar təşkilatlar mümkün hücum təhlükəsi ilə əlaqədar təxliyə planları hazırlayırlar. The Guardian nəşrinin yazdığına görə, alt

25 noyabr
.

Nyu-Yorkda güclü fırtına ilə əlaqədar fövqəladə vəziyyət elan edilib

ABŞ-ın Nyu-York ştatında Şükranlıq Günü ərəfəsində gözlənilən güclü fırtına səbəbindən fövqəladə vəziyyət elan olunub. xəbər verir ki, ştatın qubernatoru Keti Hokul Nyu-Yorkla yanaşı, Nassau, Suffolk və Vestçester dairələrində də fövqəladə vəziyyət rejiminin tətbiq edildiyini açıqlayıb. O, yaxınlaşa

26 noyabr
.

Türkiyə Şengen vizasız rejiminə keçmək üçün daha 6 şərti yerinə yetirməlidir

Türkiyənin Avropa İttifaqı ilə viza liberallaşdırılması prosesi çərçivəsində qarşılamalı olduğu 6 meyar üzrə işlər davam edir. 2013-cü ildə başlayan dialoq çərçivəsində müəyyənləşdirilən 72 şərtdən indiyədək 66-sı yerinə yetirilib. xəbər verir ki, bu barədə "Haber Global" məlumat yayıb. Türkiyəni

27 noyabr
.

ÜST Avropada yayılan super bakteriyaya yoluxma riski yüksək olan şəxsləri açıqlayıb

Avropada dərmanlara davamlı Klebsiella pneumoniae bakteriyasına yoluxma riski daha çox artıq xəstəlikdən əziyyət çəkən və tibb müəssisələrində müalicə alan şəxslər arasındadır. xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) nümayəndələri "RİA Novosti"yə bildiriblər. Qeyd olunu

25 noyabr
.

ABŞ-İran müharibəsində gərginlik artır: Tramp yeni hərbi əməliyyatları müzakirə edir

ABŞ və İran arasında davam edən hərbi qarşıdurmada gərginlik səngimir. Tərəflər arasında diplomatik danışıqların nəticəsiz qalması, Vaşinqtonun mümkün yeni hərbi addımları və Tehranın sərt mövqeyi regionda vəziyyəti daha da mürəkkəbləşdirib. Reuters-in məlumatına görə, İran ABŞ-ın tətbiq etdiyi dəni

25 noyabr
.

Macarıstanda 2 min ildən çox yaşı olan 200 kelt gümüş sikkəsi tapılıb

Macarıstanda arxeoloqlar 2 min ildən artıq yaşı olan, 200-dən çox kelt gümüş sikkəsindən ibarət xəzinə aşkar ediblər. Tapıntı son onilliklərdə ölkədə üzə çıxarılan ən böyük kolleksiyalardan biri hesab olunur. xəbər verir ki, bu barədə "Live Science" nəşri məlumat yayıb. Sikkələr 2023-2025-c

25 noyabr
.

Qazaxıstanda dövlət orqanlarına məxsus 800-dən çox saxta xidməti vəsiqə götürülüb

Qazaxıstanın Atırau vilayətində polis dövlət orqanlarının saxta xidməti vəsiqələrinin hazırlanması və satışını həyata keçirən kanal ifşa edilib. "Report"un Qazaxıstan bürosunun məlumatına görə, bu barədə ölkənin Daxili İşlər Nazirliyindən bildirilib. Polis saxta sənədlərin hazırlanmasında şübhəl

26 noyabr
.

Aİ-nin büdcəsində Ukraynaya yardım və şərq təhlükəsizliyinin nəzərə alınması tələb olunub

Litva, Latviya və Estoniya hesab edirlər ki, Avropa İttifaqının (Aİ) 2028-2034-cü illər üçün nəzərdə tutulmuş gələcək uzunmüddətli büdcəsi Rusiya ilə həmsərhəd olan şərq cinahı ölkələrinin ehtiyaclarını daha çox nəzərə almalı, Ukraynanın maliyyələşdirilməsi isə Aİ-nin prioritetlərindən biri olaraq qalmalıdır

26 noyabr