Yəməndə husilər Ədənə doğru irəliləyir: sakinlər şəhəri tərk etməyə hazırlaşır
Yəməndə İranın dəstəklədiyi husilərin ölkənin müvəqqəti paytaxtı Ədən şəhərinə doğru irəliləməsi əhali arasında ciddi narahatlıq yaradıb. Şəhər sakinləri və beynəlxalq humanitar təşkilatlar mümkün hücum təhlükəsi ilə əlaqədar təxliyə planları hazırlayırlar.
The Guardian nəşrinin yazdığına görə, altı il əvvəl husilərin nəzarətinə keçən Sənadan qaçaraq Ədənə sığınan Hüseyn adlı sakin yenidən evini tərk etmək məcburiyyətində qala biləcəyindən narahatdır. O, husilərin şəhərə yaxınlaşacağı təqdirdə ailəsi ilə birlikdə Mərib və ya Hədraməvt bölgələrinə köçməyi planlaşdırır.
Hüseyn bildirib ki, husilər Ədənə nəzarəti ələ keçirərsə, onun keçmiş siyasi fəaliyyəti səbəbindən təqiblərlə üzləşməsi mümkündür. O, əvvəllər Səudiyyə Ərəbistanı ilə müttəfiq olan İslah partiyasının üzvü olub.
Nəşrin məlumatına əsasən, husilər hazırda Ədən şəhərindən təxminən 80 kilometr şimalda yerləşirlər. Silahlı qruplaşmanın döyüşçüləri Kirişin şimalında və əl-Beyda bölgəsində qüvvələrini cəmləşdirirlər. Bu ərazilərin ələ keçirilməsi Ədənə gedən şimal və şərq istiqamətlərindəki yolların bağlanmasına səbəb ola bilər.
ABŞ-da fəaliyyət göstərən Basha Report risk məsləhətçiliyi şirkətinin təsisçisi Məhəmməd əl-Başa hesab edir ki, husilərin əl-Beyda bölgəsində qüvvələrini artırması Ədənin şərqdəki yollarını və şəhərə uzanan təchizat xətlərini təhlükə altına sala bilər.
Onun sözlərinə görə, husilər hazırda Ədənin müdafiə imkanlarını yoxlayırlar. Hökumət qüvvələrinin müqaviməti zəifləyərsə, silahlı qruplaşma şəhəri ələ keçirməyə cəhd göstərə, əks halda isə mühasirəyə almağa çalışa bilər.
Yəmənin hökumət qüvvələri də Ədənin müdafiəsini gücləndirmək üçün bir sıra ərazilərdəki hərbi birləşmələrini şəhər istiqamətinə yönəldib. Səudiyyə Ərəbistanı isə husilərin irəliləyişini dayandırmaq məqsədilə sentyabr ayından etibarən Yəməndə yüzlərlə hava zərbəsi endirib.
Yemen Data Project təşkilatının məlumatına görə, həmin hücumlar nəticəsində 822 mülki şəxs ölüb və ya yaralanıb. Zərərçəkənlər arasında 181 uşaq da var.
Ədən sakinləri son günlər şəhərə yaxınlaşan partlayış səslərindən narahat olduqlarını bildirirlər. Şəhərdə yaşayan 53 yaşlı Rami adlı sakin bildirib ki, ailəsi ilə birlikdə mümkün döyüşlərə görə şəhəri tərk etməyə hazırdır. O, 2015-ci ildə Ədən uğrunda baş vermiş dörd aylıq döyüşlər zamanı da qarşıdurmaların ortasında qaldığını xatırladıb.
Beynəlxalq humanitar təşkilatlar da mümkün hücum ssenarisinə hazırlaşırlar. Nəşrin danışdığı beynəlxalq qeyri-hökumət təşkilatlarından birinin əməkdaşı bildirib ki, rəhbərlik təhlükəsizlik vəziyyətindən asılı olaraq işçilərə əmək müqavilələrinin dayandırılması barədə bildirişlər göndərməyə başlayıb.
Sonxeber.az The Guardian-a istinadən xəbər verir ki, Yəməndə humanitar vəziyyət də ağır olaraq qalır. Ölkədə təxminən 18,7 milyon insan kəskin ərzaq təhlükəsizliyi problemi ilə üzləşir. Avqust ayından bəri davam edən döyüşlər nəticəsində 350 mindən çox insan evini tərk etmək məcburiyyətində qalıb.
Ədən sakinləri mümkün hücumun şəhərdə uzun müddətdir mövcud olan nisbi təhlükəsizliyi tamamilə poza biləcəyindən ehtiyat edirlər. Bəzi ailələr artıq şəhəri istənilən an tərk etmək üçün hazırlıq görürlər.
Müəllif: İlkin Məmmədkərimov
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











"Anarın həmin ad günündə iştirakından xəbərdar idik" - Ailədən açıqlama
Cənnət, cəhənnəm, yoxsa reinkarnasiya: Ölümdən sonra bizi nə gözləyir? - İLAHİYYATÇIDAN AÇIQLAMA
Ağadadaş Ağayev: "Oğlum məmur olmaq istədi, ona görə səhnədən uzaqlaşdı"
Azərbaycanlı aparıcı Ada Süleymanın öldüyü qəzanın TƏFƏRRÜATI
Toyuq əti qaynadılarkən qaralır, evə üfunət iyi yayılır - Səbəb nədir? - QİDA EKSPERTİNDƏN AÇIQLAMA
Şimali Amerika böyüklüyündə ərazi su altında qalıb - Orada qədim insan izləri axtarılır
Ada Süleymanın həlak olduğu qəzadakı avtomobilin son halı
Kriminal xəbərlərdə saxlanılan şəxslərin üzü niyə gizlədilir? - AÇIQLAMA
Safurədən həyat yoldaşı ilə paylaşım
Xarici universitetlər Azərbaycana gəlir: Yerli ali məktəblər keyfiyyəti artırmağa məcbur olacaq? - TƏHSİL EKSPERTİNDƏN AÇIQLAMA
Bank hesabları kibercinayətkarların hədəfində: Azərbaycanda pullar nə dərəcədə təhlükəsizdir? - İQTİSADÇIDAN AÇIQLAMA
Mirasdan imtina edən şəxs sonradan fikrini dəyişə bilərmi? - Qanun nə deyir? - ƏMLAK EKSPERTİNDƏN AÇIQLAMA
Aqşin Fatehin daha bir restoranı bağlandı - Foto/Video
Bakıda 29 yaşlı oğlan küçədə öldü
Dəfələrlə əridilib-dondurulan qidalar sağlamlıq üçün risk yaradır - VACİB XƏBƏRDARLIQ