ABŞ Ukraynaya F-16 qırıcıları üçün 621,9 milyon dollarlıq avadanlıq satışını təsdiqləyib
ABŞ Dövlət Departamenti Ukraynanın F-16 qırıcı təyyarələrinə texniki xidmət göstərməsi üçün avadanlıq və xidmətlər paketinin mümkün satışına razılıq verib. Müqavilənin təxmini dəyəri 621,9 milyon dollar təşkil edir.
Bizimyol.info xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin rəsmi saytında yayımlanan məlumatda bildirilir.
Satınalma Belçika, Danimarka, Niderland və Norveç tərəfindən maliyyələşdiriləcək. Bunun üçün ABŞ büdcəsindən vəsait ayrılmayacaq.
Ukrayna bu məqsədlə JUMPSTART (Birgə Ukrayna Çoxmillətli Proqramı) çərçivəsində ayrılan maliyyədən istifadə edəcək. Proqram ölkənin zəruri xidmətlər, təlim və avadanlıqla operativ təmin edilməsini nəzərdə tutur.
F-16 qırıcılarına texniki xidmət üçün nəzərdə tutulan paketə pirotexniki və barıtla işləyən işəsalma qurğuları, laboratoriya avadanlıqları və nəqliyyat dəstəyi daxildir.
Bu avadanlıq və xidmətlər əvvəl bağlanmış, dəyəri ABŞ Konqresinə məcburi bildiriş həddindən aşağı olan müqaviləni tamamlayacaq.
ABŞ Dövlət Departamentinin qiymətləndirməsinə görə, mümkün satış Ukraynanın mövcud və gələcək təhdidlərə qarşı müdafiə imkanlarını, hava hücumundan müdafiə potensialını və regional təhlükəsizliyini gücləndirməyə xidmət edəcək.
Təchizatçılar ABŞ hökumətinin rəqabətli satınalma prosedurları əsasında müəyyənləşdiriləcək.
Ukraynanın yüksək vəzifəli rəsmiləri tərəfdaş ölkələrə daha 40 ədəd F-16 qırıcıya ehtiyacın olması ilə bağlı müraciət ediblər. Bu təyyarələrdən, xüsusilə, pilotsuz uçuş aparatlarının zərərsizləşdirilməsi üçün istifadə edilməsi nəzərdə tutulur.
Mümkün mənbələrdən biri ABŞ Milli Qvardiyasının aviaparkında olan qırıcılar hesab edilir. Bu məsələ ilə bağlı hazırda Avropa ölkələri danışıqlar aparır.
Sonxeber.az
Telegramda izləyin
Dünyada Baxılıb: 134 Tarix: 26 noyabr 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşNyu-Yorkda güclü fırtına ilə əlaqədar fövqəladə vəziyyət elan edilib
ABŞ-ın Nyu-York ştatında Şükranlıq Günü ərəfəsində gözlənilən güclü fırtına səbəbindən fövqəladə vəziyyət elan olunub. xəbər verir ki, ştatın qubernatoru Keti Hokul Nyu-Yorkla yanaşı, Nassau, Suffolk və Vestçester dairələrində də fövqəladə vəziyyət rejiminin tətbiq edildiyini açıqlayıb. O, yaxınlaşa
26 noyabrAİ texnologiyaların maliyyələşdirilməsi üçün 50 milyard avroluq fond yaradır
Avropa Komissiyası (AK) 50 milyard avroyadək məbləğdə texnologiyaların maliyyələşdirilməsi üzrə suveren fondun (Sovereign Tech Equity Fund, STEF) yaradılmasını təklif edir. Bu barədə "Report" AK-yə istinadən xəbər verir. AK Avropanın kvant tədqiqatlarını məhsul və xidmətlərə çevirməyə, təchiza
25 noyabrPolşada naməlum PUA qəzaya uğradı - Rusiya səfiri çağırılır
Rusiyanın Polşadakı səfiri pilotsuz uçuş aparatı ilə bağlı baş verən insidentə görə Xarici İşlər Nazirliyinə çağırılacaq. xəbər verir ki, bu barədə Polşa Xarici İşlər Nazirliyi məlumat yayıb. Xatırladaq ki, noyabrın 20-də Polşanın Lublin və Podkarpatski voyevodalıqlarında yaşayan sakinlər hava hücum
24 noyabrMacarıstanda 2 min ildən çox yaşı olan 200 kelt gümüş sikkəsi tapılıb
Macarıstanda arxeoloqlar 2 min ildən artıq yaşı olan, 200-dən çox kelt gümüş sikkəsindən ibarət xəzinə aşkar ediblər. Tapıntı son onilliklərdə ölkədə üzə çıxarılan ən böyük kolleksiyalardan biri hesab olunur. xəbər verir ki, bu barədə "Live Science" nəşri məlumat yayıb. Sikkələr 2023-2025-c
25 noyabrABŞ-da 4,5 ton zəhərli maddə partladılıb
ABŞ hərbçiləri Ayova ştatındakı müdafiə müəssisələrindən birində 4,5 ton qurğuşun azidini nəzarətli şəkildə partladıblar. xəbər verir ki, bu barədə "Associated Press" agentliyi məlumat yayıb. Məlumata görə, partlayış noyabrın 25-də Middltaun şəhərindəki müəssisənin ərazisində həyata keçirilib
26 noyabrTramp sabah NATO-nun Baş katibi ilə görüşəcək
ABŞ Prezidenti Donald Tramp noyabrın 25-də Floridada NATO-nun Baş katibi Mark Rutte ilə görüşəcək. APA xəbər verir ki, bu barədə Ağ Evin mətbuat xidməti tərəfindən yayılan prezidentin iş qrafikində bildirilib. "Reuters"in məlumatına görə, görüş Floridanın Palm-Biç şəhərində keçiriləcək. Görü
24 noyabr