Türkiyə Şengen vizasız rejiminə keçmək üçün daha 6 şərti yerinə yetirməlidir

Türkiyə Şengen vizasız rejiminə keçmək üçün daha 6 şərti yerinə yetirməlidirTürkiyənin Avropa İttifaqı ilə viza liberallaşdırılması prosesi çərçivəsində qarşılamalı olduğu 6 meyar üzrə işlər davam edir. 2013-cü ildə başlayan dialoq çərçivəsində müəyyənləşdirilən 72 şərtdən indiyədək 66-sı yerinə yetirilib.

Sonxeber.az xəbər verir ki, bu barədə "Haber Global" məlumat yayıb.

Türkiyənin xarici işlər naziri Hakan Fidan bildirib ki, qalan meyarlardan biri olan şəxsi məlumatların qorunması ilə bağlı qanunvericiliyin Avropa standartlarına uyğunlaşdırılması üçün hazırlanan dəyişikliklər büdcə müzakirələrindən sonra parlamentə təqdim ediləcək.

Qalan 6 meyar şəxsi məlumatların qorunması qanunvericiliyinin uyğunlaşdırılması, Avropa Polis Təşkilatı (Europol) ilə əməkdaşlıq sazişinin imzalanması, cinayət işləri üzrə məhkəmə əməkdaşlığının gücləndirilməsi, terrorla mübarizə qanunvericiliyinin dəyişdirilməsi, korrupsiyaya qarşı mübarizə və Readmissiya Sazişinin tam icrası ilə bağlıdır.

Məlumata görə, şəxsi məlumatların qorunması ilə bağlı qanunvericilik dəyişikliyi digər meyarlardan biri olan Europol ilə əməkdaşlıq sazişinin imzalanmasına da imkan yarada bilər. Bununla belə, qanun layihəsinin parlamentdən keçməsi Türkiyə vətəndaşları üçün avtomatik olaraq vizasız rejimin tətbiqi demək deyil. Avropa Komissiyası meyarların yerinə yetirildiyini təsdiqləməli, daha sonra Avropa Parlamenti və Avropa İttifaqı Şurası müvafiq qərarı qəbul etməlidir.

Viza azadlığı qüvvəyə minərsə, Türkiyə vətəndaşları Şengen zonasına daxil olan ölkələrə 180 günlük müddət ərzində 90 günədək vizasız səfər edə biləcəklər. Hələlik isə Türkiyə vətəndaşları Şengen vizası almağa davam edirlər.


Sonxeber.az
Telegramda izləyin
Dünyada   Baxılıb: 117   Tarix: 27 noyabr 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Yəməndə husilər Ədənə doğru irəliləyir: sakinlər şəhəri tərk etməyə hazırlaşır

Yəməndə İranın dəstəklədiyi husilərin ölkənin müvəqqəti paytaxtı Ədən şəhərinə doğru irəliləməsi əhali arasında ciddi narahatlıq yaradıb. Şəhər sakinləri və beynəlxalq humanitar təşkilatlar mümkün hücum təhlükəsi ilə əlaqədar təxliyə planları hazırlayırlar. The Guardian nəşrinin yazdığına görə, alt

25 noyabr
.

ABŞ Ukraynaya F-16 qırıcıları üçün 621,9 milyon dollarlıq avadanlıq satışını təsdiqləyib

ABŞ Dövlət Departamenti Ukraynanın F-16 qırıcı təyyarələrinə texniki xidmət göstərməsi üçün avadanlıq və xidmətlər paketinin mümkün satışına razılıq verib. Müqavilənin təxmini dəyəri 621,9 milyon dollar təşkil edir. xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin rəsmi saytında yayımlanan məlumatd

26 noyabr
.

Aİ Rusiyanın hərbi-sənaye kompleksi ilə əlaqəli 15 təşkilata sanksiya tətbiq edib

Avropa İttifaqı (Aİ) 21-ci sanksiya paketinə əlavə olaraq Rusiyanın hərbi-sənaye kompleksi ilə əlaqəli 15 təşkilata qarşı ixrac məhdudiyyətləri tətbiq edib. APA xəbər verir ki, bu barədə Aİ Şurasının bu gün yaydığı məlumatda bildirilib. Qərara əsasən, həmin təşkilatlar ikili təyinatlı mallar və qabaqcı

25 noyabr
.

Dünya Bankı Özbəkistana 800 milyon dollarlıq kredit ayrılmasını təsdiqləyib

Dünya Bankının Direktorlar Şurası Özbəkistanda iqtisadi islahatların dəstəklənməsi üçün 800 milyon ABŞ dolları məbləğində maliyyələşdirmə paketini təsdiqləyib. xəbər verir ki, bu barədə "İnterfaks" banka istinadən məlumat yayıb. "Proqram daha yüksək maaşlı iş yerlərinin yaradılmasına

26 noyabr
.

ABŞ-da 4,5 ton zəhərli maddə partladılıb

ABŞ hərbçiləri Ayova ştatındakı müdafiə müəssisələrindən birində 4,5 ton qurğuşun azidini nəzarətli şəkildə partladıblar. xəbər verir ki, bu barədə "Associated Press" agentliyi məlumat yayıb. Məlumata görə, partlayış noyabrın 25-də Middltaun şəhərindəki müəssisənin ərazisində həyata keçirilib

26 noyabr
.

Bu tarixdə gündüz cəmi 6 saat 59 dəqiqə davam edəcək

2026-cı ildə ilin ən qısa gündüzü dekabrın 21-də müşahidə olunacaq. xəbər verir ki, bu barədə rusiyalı astronom Lyudmila Koşman RİA Novosti-yə açıqlamasında bildirib. Onun sözlərinə görə, dekabrın 21-də qış gündönümü baş verəcək. Bu tarixdə Şimal yarımkürəsində ilin ən uzun gecəsi və ən qısa gündüz

26 noyabr
.

Süni Ay torpağında yeməli kartof yetişdirildi

NASA tərəfindən dəstəklənən araşdırmada alimlər üzvi maddələrlə zənginləşdirilmiş süni Ay torpağında yeməli və qidalı kartof yetişdirməyə nail olublar. "Qafqazinfo" xəbər verir ki, bu nəticə gələcəkdə Ay səthində yaradılacaq bazalarda çalışacaq astronavtların yerli qida ilə təmin olunması istiqamətind

24 noyabr
.

Britaniya və Ukrayna birlikdə hücum dronları istehsal edəcəklər

London və Kiyev Böyük Britaniya ərazisində Ukrayna istehsalı olan zərbə dronlarının istehsalı haqqında saziş imzalayıblar. "Report"un xəbərinə görə, bu barədə Böyük Britaniyanın Müdafiə Nazirliyi məlumat yayıb. Məlumata görə, pilotsuz uçuş aparatları Ukraynanın ehtiyacları üçün Böyük Britaniyad

25 noyabr
.

İraq ordusu ölkənin şimalında qüvvələrini yenidən dislokasiya edir

İraq ordusu ölkənin bir neçə bölgəsində, o cümlədən Kərkük əyalətində neft və neft məhsullarının qaçaqmalçılığının qarşısını almaq məqsədilə hərbi qüvvələrin dislokasiyasını həyata keçirir. "Report" xəbər verir ki, bu barədə İraq Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi, general Yəhya Rəsul "As-Sumaria"

26 noyabr