"Beşiktaş"ın oyunundakı iğtişaşlardan sonra türkiyəli iş adamları Gürcüstanı boykota başladı

"Beşiktaş"ın oyunundakı iğtişaşlardan sonra türkiyəli iş adamları Gürcüstanı boykota başladıGürcüstanda oynanılan "Beşiktaş"-"Hapoel Beer-Şeva" matçı zamanı baş verən iğtişaşlardan sonra Türkiyənin Rize şəhərindəki bir çox turizm şirkətlərinin Gürcüstan turları ləğv olunub, həmçinin iş adamları Batumidəki ticarət sərgisində iştirakdan imtina ediblər.

Oxu.Az bu barədə "Türkiye" qəzetinə istinadən məlumat verir.

Bildirilir ki, Gürcüstan polisinin türk azarkeşlərinə qarşı davranışına mənfi reaksiyalar artmaqdadır.

Rize Ticarət və Sənaye Palatası bu ilin 4-6 dekabrında Batumidə keçirilməsi planlaşdırılan ticarət sərgisində iştirak etməmək qərarını verib. Palata rəhbəri Ahmet Arif Mete etiraz əlaməti olaraq Batumidə tur şirkətləri ilə danışdıqlarını qeyd edib. O, Gürcüstana turların ləğvi ilə bağlı prosesin davam edəcəyini vurğulayıb.

Ölkədaxili və xarici turlar təşkil edən turizm mütəxəssisi Mahmut Arslan hadisədən təəssüfləndiyini dilə gətirib:

"Dünən axşam qonaqlarımız turla Gürcüstanda, Batumidə idilər. Təbii ki, "Beşiktaş"ımızı, Türkiyəmizi dəstəkləmək üçün Batumidə idik. Lakin gördüyümüz reaksiya, türklərə qarşı bu davranış bizi həqiqətən çox kədərləndirdi. Çünki bunu bizə edən sərhədimizin o tayındakı qapı qonşumuzdur, hər kəsin qohumluluqlarının olduğu bir yerdir", - deyə o əlavə edib.

M.Arslan bu səbəbdən bütün Batumi turlarını ləğv etdiklərini nəzərə çatdırıb:

"Yeni il öncəsi turların tam dolu olduğu bir vaxtda "Vaveyla Turizm" şirkəti kimi bütün Gürcüstan turlarımızı dayandırmağa qərar verdik".


Sonxeber.az
Telegramda izləyin
Dünyada   Baxılıb: 142   Tarix: 28 noyabr 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Nyu-Yorkda güclü fırtına ilə əlaqədar fövqəladə vəziyyət elan edilib

ABŞ-ın Nyu-York ştatında Şükranlıq Günü ərəfəsində gözlənilən güclü fırtına səbəbindən fövqəladə vəziyyət elan olunub. xəbər verir ki, ştatın qubernatoru Keti Hokul Nyu-Yorkla yanaşı, Nassau, Suffolk və Vestçester dairələrində də fövqəladə vəziyyət rejiminin tətbiq edildiyini açıqlayıb. O, yaxınlaşa

26 noyabr
.

Serbiyada prezident seçkiləri dekabrın 27-də keçiriləcək

Serbiyada prezident seçkiləri dekabrın 27-nə təyin edilib. Bizim.Media Serbiyanın "Tanjug" informasiya agentliyinə istinadla xəbər verir ki, bu barədə Parlamentin yeni seçilmiş sədri Aleksandar Kupiç məlumat verib. O, seçkilərin tarixini müəyyən edən sənədi imzaladıqdan sonra ölkə vətəndaşların

26 noyabr
.

Niqabı rəsmən qadağan etdilər

İtaliya parlamenti Baş nazir Ciorcia Meloninin sağçı koalisiya hökuməti tərəfindən hazırlanan və ölkədə ciddi müzakirələrə səbəb olan yeni təhsil qanununu qəbul edib. "Qafqazinfo" xəbər verir ki, noyabrın 19-da Senatda təsdiqlənən sənəd 400 yerlik Deputatlar Palatasında 112 əleyhinə, 142 lehin

27 noyabr
.

Tramp Putini niyə "dostu" adlandırdığını açıqladı

ABŞ Prezidenti Donald Tramp bildirib ki, Rusiya Prezidenti Vladimir Putini "dost" adlandırması yalnız sülh sazişinin əldə olunmasına və Moskvanın cilovlanmasına xidmət edir. Onun sözlərinə görə, düşmənçilik ritorikası danışıqları mümkünsüz edərdi. Bu barədə Ağ Evin rəhbəri "Truth Social"

27 noyabr
.

Aİ-nin büdcəsində Ukraynaya yardım və şərq təhlükəsizliyinin nəzərə alınması tələb olunub

Litva, Latviya və Estoniya hesab edirlər ki, Avropa İttifaqının (Aİ) 2028-2034-cü illər üçün nəzərdə tutulmuş gələcək uzunmüddətli büdcəsi Rusiya ilə həmsərhəd olan şərq cinahı ölkələrinin ehtiyaclarını daha çox nəzərə almalı, Ukraynanın maliyyələşdirilməsi isə Aİ-nin prioritetlərindən biri olaraq qalmalıdır

26 noyabr
.

Akropolun qədim muzeyi 20 ilə yaxın fasilədən sonra yenidən açılıb

Yunanıstanın paytaxtı Afinada XIX əsrdə inşa edilmiş Akropolun qədim muzeyi təxminən 20 illik fasilədən sonra ziyarətçilərin üzünə açılıb. xəbər verir ki, bu barədə məlumat yayıb. Muzeyin açılış mərasimində Yunanıstanın Baş naziri Kiriakos Mitsotakis iştirak edib. 1874-cü ildə tikintisi başa çatan muze

26 noyabr
.

Kreml: Putin və Paşinyan Gümrüdəki Rusiya hərbi bazasının taleyini müzakirə edəcəklər

Rusiya Prezidenti Vladimir Putin və Ermənistan Baş naziri Nikol Paşinyan qarşıdakı danışıqlar zamanı Ermənistandakı Rusiya hərbi bazasının məsələsini qaldıracaqlar. APA-nın Moskva bürosu xəbər verir ki, bunu Kremlin rəsmi nümayəndəsi Dmitri Peskov bildirib. Onun sözlərinə görə, Paşinyanın Rusiyaya səfər

27 noyabr
.

Vanqanın 2027-ci il proqnozları üzə çıxdı -3 qorxulu iddia

1996-cı ildə vəfat edən bolqar görücü Vanqanın 2027-ci il üçün proqnozlrda Vladimir Putinin hakimiyyətdən gedəcəyi, qızılın bahalaşacağı və dünyada naməlum xəstəliyin yayılacağı iddia olunur. "Yeni Sabah" International Business Times-a istinadla xəbər verir ki, Rusiya Prezidentinə dair hə

27 noyabr
.

Səudiyyə Ərəbistanı Ər-Riyada hücum edən kruiz raketini vurub

Husi mediasının Səudiyyə Ərəbistanının Yəmənə hücumları barədə məlumat verməsindən sonra Səudiyyə Ərəbistanı paytaxt Ər-Riyadı hədəf alan kruiz raketini vurduğunu bildirib. The Times of İsrael-ə istinadən xəbər verir ki, Səudiyyə Ərəbistanı koalisiyasının sözçüsü Turki əl-Malki X-də yazıb: "Hav

28 noyabr