Akropolun qədim muzeyi 20 ilə yaxın fasilədən sonra yenidən açılıb
Yunanıstanın paytaxtı Afinada XIX əsrdə inşa edilmiş Akropolun qədim muzeyi təxminən 20 illik fasilədən sonra ziyarətçilərin üzünə açılıb.
Sonxeber.az xəbər verir ki, bu barədə NEWS.am məlumat yayıb.
Muzeyin açılış mərasimində Yunanıstanın Baş naziri Kiriakos Mitsotakis iştirak edib.
1874-cü ildə tikintisi başa çatan muzey Akropol təpəsində, Parfenon məbədindən bir neçə metr aralıda yerləşir. Ekspozisiyada antik dövrə aid memarlıq fraqmentləri, nəzir əşyaları, yazılar və qədim Afina tarixi ilə bağlı 800-dən çox arxeoloji tapıntı nümayiş etdirilir.
Qeyd edək ki, Akropolun qədim muzeyi müasir Yunanıstanda məhz muzey kimi istifadə olunmaq üçün inşa edilmiş ilk bina olub. O, kolleksiyaların Akropolun yeni muzeyinə köçürülməsi ilə əlaqədar 2007-ci ildə bağlanmışdı.
Yenilənmədən sonra muzeydə süni intellekt texnologiyalarından da istifadə olunur. Ziyarətçilər Parfenonun frizinin rəqəmsal rekonstruksiyasına baxa biləcəklər. Buraya hazırda Londondakı Britaniya Muzeyində saxlanılan və Elgin mərmərləri kimi tanınan heykəllər də daxildir.
Sonxeber.az
Telegramda izləyin
Dünyada Baxılıb: 144 Tarix: 26 noyabr 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşRusiya səfiri Finlandiya XİN-ə çağırılıb
Rusiya səfiri Finlandiya Xarici İşlər Nazirliyinə çağırılıb. APA-nın Moskva bürosu xəbər verir ki, bu barədə Finlandiya XİN məlumat yayıb. Bildirilib ki, səfir Pavel Kuznetsovun XİN-ə çağırılmasına səbəb noyabr 21-də Loviisa sahil şəhəri yaxınlığında Rusiya helikopterinin Finlandiya hava məkanını pozmas
24 noyabrPolşada sosial şəbəkələrdə terror təhdidləri yayan məktəbli həbs edilib
Polşanın paytaxtı Varşavada polis 15 yaşlı şagirdi sosial şəbəkələrdə terror aktı törətmək hədələri dərc etdiyinə görə saxlayıb. xəbər verir ki, bu barədə Polşa mediası məlumat yayıb. Bildirilib ki, Varşava liseylərindən birinin şagirdi partlayıcı qurğudan istifadə etməklə terror aktının hazırlanmasın
25 noyabr"Maşının pəncərəsindən şeytanı gördüm" - Papadan şok etiraflar
2025-ci il aprelin 21-də vəfat edən Katolik Kilsəsinin 266-cı Papası Fransiskinin 1992-2024-cü illəri əhatə edən şəxsi gündəliyi kitab halında nəşr edilib. "Qafqazinfo" xəbər verir ki, argentinalı kardinal Viktor Manuel Fernandez tərəfindən tərtib olunan və fransız dilində "Albin Michel"
25 noyabrAvstraliyada aşağı siniflərdə planşetlər qadağan ediləcək
Cənubi Avstraliya ştatının hakimiyyət orqanları dövlət məktəblərinin aşağı siniflərində planşet və noutbukların istifadəsini qadağan etmək, həmçinin daha böyük şagirdlər üçün həftəlik ekransız gün tətbiq etmək qərarına gəliblər. "Report" xəbər verir ki, bu barədə "ABC" teleradio korporasiyas
24 noyabrABŞ-də helikopter qəzası: Ölənlər var
ABŞ-nin Kaliforniya ştatında helikopter qəzası baş verib. xəbər verir ki, bu barədə "ABC" telekanalı məlumat yayıb. Məlumata görə, noyabrın 24-də yerli vaxtla saat 09:30 radələrində "Robinson R22" markalı helikopter təpənin yamacına çırpılıb. Nəticədə helikopterin göyərtəsində ola
24 noyabrŞimali Koreya İsveçrə diplomatını ölkədən qovur - ona 48 saat vaxt verildi
Şimali Koreya İsveçrənin Pxenyandakı diplomatik nümayəndəliyinin rəhbəri Silven Astyeni arzuolunmaz şəxs elan edərək ölkəni 48 saat ərzində tərk etməsini tələb edib. Rəsmi Pxenyan bu qərarı İsveçrənin Şimali Koreyaya qarşı tətbiq etdiyi sanksiyalarla əlaqələndirib. Reuters-in məlumatına görə, Şimal
25 noyabrİranda işıqlar hər gün sönəcək
İrandakı elektrik stansiyalarında yanacaq təminatı ilə bağlı çətinliklər və artan enerji sərfiyyatı səbəbindən noyabrın son günlərindən etibarən planlı elektrik kəsintiləri tətbiq ediləcək. "Qafqazinfo"nun İran mediasına istinadən məlumatına görə, "Tawanir" Elektrik Paylama Şirkətini
24 noyabrAkropolun qədim muzeyi 20 ilə yaxın fasilədən sonra yenidən açılıb
Yunanıstanın paytaxtı Afinada XIX əsrdə inşa edilmiş Akropolun qədim muzeyi təxminən 20 illik fasilədən sonra ziyarətçilərin üzünə açılıb. xəbər verir ki, bu barədə məlumat yayıb. Muzeyin açılış mərasimində Yunanıstanın Baş naziri Kiriakos Mitsotakis iştirak edib. 1874-cü ildə tikintisi başa çatan muze
26 noyabr