Qəfil ölümlər artır, səbəblər isə araşdırılmır: Statistika niyə aparılmır?
Son vaxtlar Azərbaycanda qəfil ölüm halları ilə bağlı yayılan xəbərlər diqqət çəkir. Gözlənilmədən baş verən bu ölümlər bir sıra suallar doğurur. İnsanların qəfil vəfat etməsinə hansı amillər səbəb nədir?
Dövlət Statistika Komitəsinin (DSK) məlumatına görə, 2026-cı ilin ilk doqquz ayında ölkədə bütün səbəblərdən 44 min 919 ölüm qeydə alınıb. Ötən ilin eyni dövründə bu rəqəm 44 min 409 olub.
Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) bazasında Azərbaycan üzrə ölüm səbəblərinin bölgüsünün təqdim edildiyi son tarix 2007-ci ildir. Həmin il bazadakı 50 min 439 ölüm qeydindən 155-i səbəbi müəyyənləşdirilməmiş qəfil ölüm kimi qeyd olunub.
DSK-nın illik məcmuəsinə əsasən, ölkədə 2024-cü ildə 58 min 909, 2025-ci ildə isə 59 min 834 nəfər vəfat edib. 2025-ci ildə ölümlərin 33 555-i qan dövranı sistemi xəstəlikləri ilə bağlı olub. Bu kateqoriyadakı ölümlərdən neçəsinin qəfil baş verdiyi açıqlanmayıb.
Ölkələrin ÜST-yə təqdim etdiyi rəsmi qeydlərə görə, 2023-cü ildə səbəbi müəyyənləşdirilməmiş qəfil ölüm Fransada 1 792, Yaponiyada 1 361, Cənubi Koreyada 866, Qazaxıstanda 688, Türkiyədə 172, İngiltərə və Uelsdə 112, ABŞ-də 61, Gürcüstanda 8, Ermənistanda isə 1 nəfər üzrə qeydə alınıb.
Həmin il qəfil ürək ölümü əsas ölüm səbəbi kimi Yaponiyada 12 576, Türkiyədə 3 471, Cənubi Koreyada 3 232, ABŞ-də 1 696, Qazaxıstanda 827, Fransada 446, İngiltərə və Uelsdə 26 nəfər üzrə qeydə alınıb. Gürcüstan və Ermənistanın həmin il üzrə ÜST faylında bu kodla ayrıca qeyd tapılmayıb.
ÜST bazasında 2024-cü il üzrə səbəbi müəyyənləşdirilməmiş qəfil ölüm halları Qazaxıstanda 669, İngiltərə və Uelsdə 141, Gürcüstanda isə 4 olub. Böyük Britaniyanın Milli Statistika İdarəsinin məlumatına görə, 2025-ci ildə İngiltərə və Uelsdə qəfil ürək ölümü əsas səbəb kimi göstərilən 31 ölüm qeydiyyata alınıb.
Təəssüflə qeyd etmək lazımdır ki, Azərbaycanda qəfil ölümlərin səbəbləri ilə bağlı statistika aparılmır.
Məsələ ilə bağlı Oxu.Az-a danışan ürək-damar cərrah Rauf Yusifov bildirib ki, qəfil ölüm müasir tibbin və ictimai səhiyyənin aktual problemlərindən biridir.
O bildirib ki, tibbi diaqnostika və müalicə imkanlarının inkişafına baxmayaraq, qəfil ölümlər cəmiyyət üçün ciddi tibbi, sosial və iqtisadi problem olaraq qalır:
"Dövlət Statistika Komitəsinin və Səhiyyə Nazirliyinin məlumatlara əsaslanaraq, Azərbaycanda qəfil ölümlər ümumi statistikada 0.9-1 faiz təşkil edir. Təbii ki, bu statistik məlumatlarda bəzi çatışmazlıqlar var. Qəfil ölümlərin səbəbləri, regionlar və yaş qrupları üzrə bölgüsü, eləcə də hansı yaş qruplarında daha çox müşahidə edilməsi barədə statistik məlumat görə bilmədim. Təbii ki, qəfil ölümlərin sistemli qeydiyyatı, autopsiyanın aparılması və etioloji səbəblərin müəyyənləşdirilməsi qəfil ölümlərin qarşısının alınması baxımından əhəmiyyət kəsb edir. Ümumiyyətlə, qəfil ölüm dedikdə nəyi nəzərdə tuturuq? Qəfil ölüm - əvvəlcədən gözlənilməyən və qısa müddətdə baş verən prosesdir. Xəstənin əvvəldən diaqnoz qoyulmuş xroniki xəstəliyi ola bilər. Xəstəlik remissiya dövründədirsə, pasiyentin vəziyyəti stabildirsə və ölüm gözlənilmədiyi halda həyatı qəfil sona çatırsa, bu da qəfil ölüm sayılır. Həm Avropa Kardioloqlar Cəmiyyəti, həm də Amerika Ürək Assosiasiyası qəfil ölümü bu şəkildə müəyyənləşdirir. Bu cür ölümlərin iki növünü fərqləndiririk. Şahidlərin iştirakı ilə baş verən qəfil ölümdə hadisə bir saat ərzində, şahid olmadıqda isə 24 saat ərzində baş verə bilər. Mənşəyinə baxdıqda həm Azərbaycan, həm də Avropa və ABŞ əhalisi arasında əsas səbəblərin kardioloji olduğunu görə bilərik. Dünya statistikasına görə, qəfil ölümlərin 50 faizdən çoxu kardioloji səbəblərdən baş verir. Bu göstərici region və ölkələr üzrə dəyişir".
Həkim vurğulayıb ki, Azərbaycanda mövcud epidemioloji vəziyyətə və statistikaya baxdıqda, ürək-damar xəstəlikləri ilə bağlı ölümlərin illərdir ilk sırada olduğunu görürük:
"Amma Azərbaycanda qəfil ölümlərin ürək, yoxsa başqa xəstəliklərdən qaynaqlandığını dəqiq demək mümkünsüzdür. Mən bunu əsasən qəfil vəfat edən şəxslərin autopsiyasının aparılmaması ilə əlaqələndirirəm. Qəfil vəfat edən şəxsin ölüm səbəbini dəqiq müəyyənləşdirməyin ən münasib yolu patoloji-anatomik müayinə, yəni autopsiya aparmaqdır. Ölüm kardioloji səbəblərlə bağlı deyilsə, zərurət olduqda toksikoloji və ya səbəbi digər müayinələrlə aşkarlamaq mümkündür. Bunu yalnız Səhiyyə Nazirliyinin və ya səhiyyə ilə bağlı digər qurumların xətası kimi qiymətləndirmək olmaz. Azərbaycan cəmiyyətində vəfat etmiş şəxsin autopsiyasına müsbət yanaşılmaması da buna səbəb olan amillərdən biridir. Nəticədə qəfil ölümün səbəbi məlum olmur. Ümumiyyətlə, şəxsin əvvəldən ürək və ya başqa bir xəstəliyi olubsa, insanlar çox vaxt ölümü həmin xəstəliklə əlaqələndirirlər və buna görə autopsiyaya müsbət yanaşmırlar. Autopsiya aparılmadıqda isə neçə ölümün həqiqətən qəfil ölüm sayıldığını, vəfat edənlərdən neçəsində əvvəldən ürək-damar və ya qeyri-kardioloji xəstəlik olduğunu, neçə qəfil ölümün xəstəxanada və ondan kənarda baş verdiyini, eləcə də gənc yaşda neçə nəfərin qəfil vəfat etdiyini dəqiq müəyyənləşdirmək mümkün olmur".
R.Yusifov qəfil ölümlər barədə çox danışmaq olar, amma mövcud statistik məlumatlarla daha ətraflı fikir bildirmək çətindir:
"Təkcə ölüm sayına əsaslanaraq qəfil ölümlərin səbəblərini, niyə gənclərdə və ya yaşlılarda baş verdiyini, profilaktikanın necə aparılmalı olduğunu izah etmək çətindir. Ümumi yanaşma kimi ürək-damar xəstəliklərinin ilkin və ikincili profilaktikası həyata keçirilə, aritmiya riski yüksək olan xəstələr erkən müəyyənləşdirilə və diaqnostika təkmilləşdirilə bilər. Ölkə səhiyyəsi inkişaf etdikcə diaqnostika imkanları genişlənir və xəstələrin tibbi xidmətlərə çıxışı artır. Düşünürəm ki, bunun Səhiyyə Nazirliyinin məlumatlarında qəfil ölüm sayının azalmasına da təsiri var. Görülə biləcək digər tədbirlər arasında ictimai yerlərdə avtomatik xarici defibrilyatorların (təhlükəli ürək ritmi pozğunluqlarında elektrik şoku verərək ürəyin normal ritmini bərpa etməyə kömək edən tibbi cihaz - red.) əlçatanlığının təmin edilməsi, əhaliyə kardiopulmonar reanimasiya bacarıqlarının öyrədilməsi və bu mövzuda ictimai təlimlərin keçirilməsi də var. Səhiyyə Nazirliyinin tərkibində belə bir qurumun olub-olmadığını bilmirəm. Məncə, milli qəfil ölüm qeydiyyatının yaradılması, statistikanın daha dəqiq aparılması və ölüm səbəbləri barədə məlumatların yaş, cins və region üzrə qeydə alınması baxımından əhəmiyyətli ola bilər. Azərbaycanda ürək-damar xəstəliklərinin geniş yayılması qəfil ölümlərin əksəriyyətinin həmin səbəbdən qaynaqlandığı təəssüratını yarada bilər. Bu, təkcə kardiologiyanın deyil, bütövlükdə cəmiyyətin problemidir. Bunun üçün effektiv milli və ya tibbi strategiyanın hazırlanması vacibdir".
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Azərbaycanda zəlzələ oldu
İş görməyə həvəsin, gücün yoxdur? - Bu iki hormonu yoxladın
42 yaşlı rəis qəfil vəfat etdi
Bakıda söküntülər genişlənəcək: Sakinləri hansı kompensasiya gözləyir? - AÇIQLAMA
Süni intellektlə hazırlanan saxta videoların qurbanları psixoloji travmadan necə xilas ola bilər? - PSİXOLOQDAN AÇIQLAMA
Ya sülh olacaq, ya da erməni qəbiristanlıqları genişlənəcək
ABŞ ordusu RAF bazasındakı dronları dəf etdi, FT xəbər verir
Aparıcı Fira Cəlilova bağındakı əməliyyatla bağlı yeni video yaydı
Qaradağda palçıq vulkanı püskürdü: Ətraf mühitə hansı zərərləri vura bilər? - AÇIQLAMA
İslam Rzayevlə bağlı qərar verildi
Pişiklər zəlzələdən saniyələr əvvəl hərəkətə keçdi
Sertifikasiyadan keçmir, amma repetitorluq edir: Şagirdlərə kim dərs keçir? - AÇIQLAMA
Vanqanın 2027-ci il proqnozları üzə çıxdı -3 qorxulu iddia