"Mercedes-Benz" işçilərinə könüllü işdən ayrılmaq üçün 422 min avroyadək təzminat təklif edəcək

"Mercedes-Benz" işçilərinə könüllü işdən ayrılmaq üçün 422 min avroyadək təzminat təklif edəcəkAlmaniyanın avtomobil istehsalçısı "Mercedes-Benz" dekabr ayında əməkdaşların könüllü işdən ayrılması ilə bağlı yeni proqramı işə salacaq. Proqram çərçivəsində bəzi işçilərə 422 min avroyadək təzminat ödənilə bilər.

"Report" xəbər verir ki, bu barədə "Handelsblatt" şirkətin daxili sənədlərinə istinadən məlumat yayıb.

Proqram istehsalatdan kənar bölmələrdə çalışan mütəxəssisləri, ustaları, qrup və şöbə rəhbərlərini əhatə edəcək. İlk dəfə olaraq istiqamət rəhbərlərinə də belə təklif ediləcək. Dekabrın 1-nə olan vəziyyətə görə şirkətdə üç ildən çox iş stajı olan əməkdaşlar proqramda iştirak edə biləcəklər.

Təzminatın məbləği işçinin yaşından, əmək stajından və maaşından asılı olacaq. Məsələn, 52 yaşlı mühəndisə qərarını tez verməsi üçün nəzərdə tutulan əlavə bonus da daxil olmaqla, 339 min avrodan 422 min avroyadək ödəniş edilə bilər. Bu bonus 2027-ci il martın sonunadək qüvvədə olacaq.

56 yaşınadək olan əməkdaşlara 395 min avroyadək işdənçıxma müavinəti təklif ediləcək. 57 yaşdan yuxarı işçilər üçün isə vaxtından əvvəl pensiyaya çıxmaq və ya pensiyaya qədər natamam iş rejiminə keçmək variantları nəzərdə tutulub.

Bundan əlavə, şirkət iki il müddətinə müvəqqəti olaraq işdən ayrılmağa razılaşan əməkdaşlara 20 min avro, üç il müddətinə ayrılanlara isə 30 min avro ödəməyə hazırdır. Bu müddət başa çatdıqdan sonra onların şirkətə qayıtmasına zəmanət veriləcək.

Razılaşmaya əsasən, əməkdaşlar beş ay müddətində maaşları saxlanılmaqla işləməyə bilərlər. Bu müddətdə işləməyə davam edənlərə isə əməkhaqqının 1,5 misli ödəniləcək.

"Mercedes-Benz"in əvvəlki könüllü işdənçıxma proqramı 2025-ci ilin aprelindən 2026-cı ilin martınadək qüvvədə olub. Həmin müddətdə şirkəti təxminən 5,5 min əməkdaş tərk edib.

Ştat ixtisarları Almaniya avtomobil sənayesinin üzləşdiyi çətinliklərlə əlaqələndirilir. Sektor Çin istehsalçılarının artan rəqabəti və Avropa bazarlarında tələbatın azalması ilə qarşı-qarşıyadır.


Sonxeber.az
Telegramda izləyin
Dünyada   Baxılıb: 177   Tarix: 29 noyabr 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Zelenski mediaya məhdudiyyət qoydu

Ukrayna Prezidenti Volodimir Zelenski ölkənin kritik infrastruktur obyektlərinə edilən hücumların nəticələri və həmin obyektlərin bərpa müddətləri barədə məlumatların mediada dərc olunmasının qadağan edilməsi ilə bağlı göstəriş verib. Ukrayna mətbuatına istinadən xəbər verir ki, Zelenski noyabrın 28-d

29 noyabr
.

NYP: Baydenin memuarlarının satışı uğursuz olub

ABŞ-nin keçmiş prezidenti Co Baydenin "Mənə söz ver, Amerika" ("Promise Me, America") xatirələrinin satışı müəllifin 10 milyon dollarlıq avansına baxmayaraq, uğursuz olub. "Report" "New York Post"a (NYP) istinadən xəbər verir ki, kitabı ilk həftə ərzində cəmi 2

29 noyabr
.

Sloveniyada soyuducu qurğular haker hücumuna məruz qalıb

Hakerlər Sloveniyanın Tolmin şəhərində ət emalı zavodunun soyuducu avadanlıqlarına hücum edərək donduruculardan birində temperaturu 100 dərəcə Selsi səviyyəsində ediblər. "Report"un yerli "24ur" portalına istinadən məlumatına görə, işçilər dəyişiklikləri dərhal aşkarlayıblar və təxminə

29 noyabr
.

Moskvaya 8 saat ərzində 462 PUA göndərilib

Rusiyanın paytaxtı Moskva istiqamətində səkkiz saat ərzində 462 pilotsuz uçuş aparatı göndərilib. Onların böyük əksəriyyətinin şəhərin uzaq ətraflarında vurulduğu bildirilir. xəbər verir ki, bu barədə Moskva meri Sergey Sobyanin "Max" platformasında məlumat yayıb. Onun sözlərinə görə, noyabrı

28 noyabr
.

"Toyota"nın satışları ardıcıl doqquzuncu ay azalır

Yaponiyanın avtomobil nəhəngi "Toyota Motor" şirkəti ardıcıl doqquzuncu aydır satışlarının azalmasını qeydə alır. "Reuters" agentliyinə istinadən xəbər verir kii, konsernin oktyabr ayında dünya üzrə satışları törəmə "Daihatsu Motor Company" də daxil olmaqla, ötən ilin oktyab

29 noyabr
.

Dünyanın ən qədim fortepiano istehsalçısı müflisliklə bağlı müraciət edib

Şpayxinqen şəhərindəki (Almaniyanın Baden-Vürtemberq federal əyaləti) dünyanın ən qədim fortepiano manufakturası "Carl Sauter Pianofortemanufaktur" müflisliklə bağlı müraciət edib. "Report" TASS-a istinadən xəbər verir ki, bu barədə "Bild" qəzeti məlumat yayıb. Tarixi 1819-c

29 noyabr
.

Səudiyyə Ərəbistanı Ər-Riyada hücum edən kruiz raketini vurub

Husi mediasının Səudiyyə Ərəbistanının Yəmənə hücumları barədə məlumat verməsindən sonra Səudiyyə Ərəbistanı paytaxt Ər-Riyadı hədəf alan kruiz raketini vurduğunu bildirib. The Times of İsrael-ə istinadən xəbər verir ki, Səudiyyə Ərəbistanı koalisiyasının sözçüsü Turki əl-Malki X-də yazıb: "Hav

28 noyabr
.

WSJ: Ukrayna Krım körpüsünə zərbə üçün İsrailin "Starlink" analoqundan istifadə edib

"Starlink"in sürətinə tətbiq edilən daimi məhdudiyyətlər fonunda Ukrayna İlon Maskın texnologiyasına alternativ axtarır. Ukrayna Silahlı Qüvvələri Krım körpüsünə hücum zamanı İsrailin "HiSKY" peyk rabitəsi provayderinin xidmətlərindən istifadə edib. "Report" xəbər veri

28 noyabr
.

ABŞ ordusu RAF bazasındakı dronları dəf etdi, FT xəbər verir

"Financial Times" qəzetinin şənbə günü məsələ ilə tanış olan mənbələrə istinadən verdiyi məlumata görə, ABŞ ordusu bu ayın əvvəlində Britaniyanın RAF Lakenheath hərbi bazasına hücum edən təxminən altı dronu dəf edib. Reuters-ə istinadən xəbər verir ki, hesabatda deyilir ki, hadisə zamanı ABŞ-ı

28 noyabr