Türkiyə 2050-ci ilədək 12 nüvə reaktoru tikməyi planlaşdırır
Türkiyə 2050-ci ilədək Akkuyu, Sinop və Trakya bölgələrində ümumilikdə ən azı 12 nüvə reaktoru tikməyi planlaşdırır.
"Report" xəbər verir ki, bunu Türkiyənin energetika və təbii sərvətlər naziri Alparslan Bayraktar İstanbulda keçirilən "Əsrin gəncliyi: Enerji" proqramında çıxışı zamanı bildirib.
Nazirin sözlərinə görə, dünya ən böyük enerji böhranlarından biri ilə üzləşsə də, Türkiyə Prezident Rəcəb Tayyib Ərdoğanın rəhbərliyi ilə enerji təchizatında ciddi problemlərlə qarşılaşmayıb.
A.Bayraktar "Milli Enerji 2040" strategiyasının əsas istiqamətlərindən danışaraq, bərpaolunan enerji mənbələrinin gücünün əhəmiyyətli dərəcədə artırılacağını vurğulayıb.
O bildirib ki, hazırda 45 min MVt olan bərpaolunan enerji üzrə quraşdırılmış güc dörd dəfə artırılaraq 175 min MVt-a çatdırılacaq. Ölkənin müxtəlif bölgələrində günəş elektrik stansiyaları və külək turbinləri quraşdırılacaq.
Nazir nüvə enerjisinin Türkiyənin 70 illik arzusu olduğunu xatırladaraq, Akkuyu Atom Elektrik Stansiyasında (AES) dörd reaktorun tikintisinin davam etdiyini diqqətə çatdırıb.
Onun sözlərinə görə, Türkiyə Akkuyu ilə yanaşı, Sinop və Trakya bölgələrində də nüvə elektrik stansiyaları inşa etməyi planlaşdırır. Bundan əlavə, ölkə kiçik modul reaktorları (SMR) texnologiyasını inkişaf etdirməyi və bu sahədə istehsalçıya çevrilməyi hədəfləyir.
A.Bayraktar nüvə enerjisinin gələcəkdə Türkiyənin enerji balansının əvəzolunmaz mənbələrindən birinə çevriləcəyini qeyd edib.
Sonxeber.az
Telegramda izləyin
Dünyada Baxılıb: 71 Tarix: 29 noyabr 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşNYP: Baydenin memuarlarının satışı uğursuz olub
ABŞ-nin keçmiş prezidenti Co Baydenin "Mənə söz ver, Amerika" ("Promise Me, America") xatirələrinin satışı müəllifin 10 milyon dollarlıq avansına baxmayaraq, uğursuz olub. "Report" "New York Post"a (NYP) istinadən xəbər verir ki, kitabı ilk həftə ərzində cəmi 2
29 noyabrMoskvaya 8 saat ərzində 462 PUA göndərilib
Rusiyanın paytaxtı Moskva istiqamətində səkkiz saat ərzində 462 pilotsuz uçuş aparatı göndərilib. Onların böyük əksəriyyətinin şəhərin uzaq ətraflarında vurulduğu bildirilir. xəbər verir ki, bu barədə Moskva meri Sergey Sobyanin "Max" platformasında məlumat yayıb. Onun sözlərinə görə, noyabrı
28 noyabrUKMTO: Silahlı qruplaşma Yəmən sahillərində yük gəmisini ələ keçirib
Yəmənin cənub sahilləri yaxınlığında, Ədən körfəzindən keçən gəmi bir qrup naməlum şəxs tərəfindən ələ keçirilib. "Report" xəbər verir ki, bu barədə noyabrın 28-i Böyük Britaniyanın Dəniz Ticarət Əməliyyatları İdarəsi (UKMTO) bildirib. Kapitanın sözlərinə görə, silahlı şəxslər Qrinviç vaxt
29 noyabrSloveniyada soyuducu qurğular haker hücumuna məruz qalıb
Hakerlər Sloveniyanın Tolmin şəhərində ət emalı zavodunun soyuducu avadanlıqlarına hücum edərək donduruculardan birində temperaturu 100 dərəcə Selsi səviyyəsində ediblər. "Report"un yerli "24ur" portalına istinadən məlumatına görə, işçilər dəyişiklikləri dərhal aşkarlayıblar və təxminə
29 noyabrNetanyahu baş nazir postunu Ayzenkota verməyə hazırdır
İsrailin Baş naziri Benyamin Netanyahu milli birlik hökumətinin yaradılması məqsədilə rotasiyanın ilk mərhələsində vəzifəsini "Yaşar" partiyasının sədri Qadi Ayzenkota verməyə hazır olduğunu bildirib. xəbər verir ki, bu barədə "Ynet" məlumat yayıb. Netanyahu özü isə müddətin əvvəlind
29 noyabrDron təhlükəsi səbəbindən Almaniyada hava limanının fəaliyyəti dayandırılıb
Almaniyanın Köln/Bonn hava limanı pilotsuz uçuş aparatının aşkarlanması səbəbindən təxminən iki saat yarım müddətinə fəaliyyətini dayandırıb. xəbər verir ki, bu barədə "DPA" agentliyinə istinadən məlumat yayıb. Hadisə noyabrın 27-də axşam saatlarında baş verib. Hava limanının nümayəndəsini
28 noyabr