Son dəqiqə! "Sən kimsən, Vahid Əhmədov? təxribatçı, diversant..." -YAP-ın qəzeti deputatı "vurdu"

Son dəqiqə! "Sən kimsən, Vahid Əhmədov? təxribatçı, diversant..." -YAP-ın qəzeti deputatı "vurdu""Yeni Azərbaycan" qəzetində millət vəkili Vahid Əhmədovla bağlı geniş tənqidi material yer alıb.

Sonxeber.az xəbər verir ki, yazıda Vahid Əhmədovun iqtisadi proqnozları və keçmişi ilə bağlı məqamlara toxunulub:

""Sən kimsən, Vahid Əhmədov?" sualının konkret cavabını tapmaq əsla mümkün deyil. Son 25 il - ötən əsrin 90-cı illərindən bu günümüzədək olan tarix orta və yaşlı nəslin şahidliyi ilə yazılıb. Bu müddətdə çox hadisələr baş verib, sular durulub, kimin kim olduğu üzə çıxıb, siyasətə yeni simalar gəlib, bəziləri isə, təbii ki, səhnədən gediblər. Vahid Əhmədovla bağlı məqamlar da yaddaşlardan silinməyib. Respublikamızda məlum siyasi hadisələr baş verib. Vahid Əhmədov isə bir qayda olaraq öz havasını çalıb, mahnısını oxuyub və şəxsi mənini həmişə kölgədə saxlamağı bacarıb. Adam bir şəxsin hamının "dostu" olmasına heyrət etməyə bilmir. Bir baxın, keçmiş sovet rejiminin məmuru ötən əsrin 90-cı illərinin əvvəllərində xalq hərəkatının önündə gedən "azadlıq, müstəqillik" aşiqinə çevrildi, gah "mütəllibovçular komandasında" yer aldı, gah da "cəbhəçilər"in, "müsavatçılar"ın qanadının altına sığındı, onlardan vəzifə aldı. Son illərdə verdiyi açıqlamalardan da belə bəlli olur ki, onun siyasi əqidəsi yenə də möhkəmlənməyib, püxtələşməyib və hər zaman yeni bir dəstədə təmsil olunmağa hazırdır.

Keçmiş zavod direktoru hakimiyyətin yüksək eşelonuna necə yol tapdı?

Vahid Əhmədovun fəaliyyətinin ştrixlərinə nəzər saldıqda onun siyasi "portreti" göz önündə daha açıq şəkildə canlanır. İqtisadi "mülahizələrində" hər zaman sətiraltı da olsa təxribata meyillənmək, ara qızışdırılmasına xidmət etmək, arxasında heç bir nəzəri və praktik əsasın dayanmadığı halda hər şeyi qara rəngə boyamaq, bir sözlə, "zorən iqtisadçı" vəzifəsini həyata keçirmək Vahid Əhmədovun "iqtisadi-siyasi" fəaliyyətinin özəyini təşkil edib və hazırda da etməkdədir. Bu mənada, "yarımçıq və qərəzli iqtisadçılığı"nı özünə "siyasi zireh" edən Vahid Əhmədovun müstəqilliyin ilk illərində Azərbaycanın siyasi hakimiyyətinə necə yol tapması özü sual doğururdu. Bu, çox maraqlı bir detaldır və əslində prosesə nəzər saldıqda tarixi xronologiya özü V.Əhmədovun kimliyini ortaya qoyur. Zavod direktorluğundan o dövrün Nazirlər Sovetinə, yəni siyasi hakimiyyətinə yol tapmış V.Əhmədovun tərcümeyi-halına nəzər saldıqda onun bu gün "iqtisadi proqnozlar" verməyə mənəvi haqqının çatmadığının şahidi oluruq. Bu fikri doğuran əsaslı səbəblər mövcuddur.
Vahid Əhmədovun "siyasi elastikliyi", bir sözlə, dövrün tələbinə uyğun olaraq lazımi formanı və rəngi alması kimi özəllikləri çoxlarına bəllidir. Bu şəxs özü də etiraf edir ki, ötən əsrin 90-cı illərinin əvvəlində kimin hakimiyyətə gəlmək ehtimalı olubsa, onunla arasını yaxşı edib. KİV-ə müsahibələrində, bir tərəfdən, Ayaz Mütəllibovla isti münasibətdə olduğunu deyən V.Əhmədov, digər tərəfdən də, AXC rəhbərliyi ilə aranı "düzəltdiyini" söyləyib. O, açıqlamalarının birində qeyd edirdi ki, nəinki Baş nazirin müavini olduğu zamanlarda, hətta zavod direktoru kimi də AXC-"Müsavat" cütlüyünə yaxından kömək göstərirmiş. Hətta 1992-ci ilin may hadisələri zamanı Mütəllibov AXC ilə danışıq aparmaq üçün məhz Vahid Əhmədovu "göndəribmiş". İkincinin dediyinə inansaq, o, bu danışığa gecikib. Amma sonradan vəzifə nərdivanında yüksəlməsi onun bu görüşə təsadüfən və ya qəsdən gecikmə ehtimallarını gündəmə gətirir. Hər halda, bu gecikmənin ardından Vahid Əhmədov daha yüksək vəzifə ilə "ödülləndirilir"...

Yarımçıq iqtisadçının özünü doğrultmayan gülünc proqnozları

O ki qaldı Vahid Əhmədovun özünü cəmiyyətə iqtisadçı ekspert qismində təqdim etməsinə, Milli Məclisdə iqtisadi sektora aid aparılan müzakirələrdə bir qayda olaraq fəallıq göstərməsinə, onun fəallığı, "iqtisadçılığı" primitiv təkliflər verməkdən və narazılıq ifadə etməkdən uzağa getmir. Ölkədə ötən ilin əvvəlindən başlayaraq meydana çıxan yeni çağırışlara adekvat islahatlar aparılır. İqtisadi sektorun müxtəlif istiqamətlərini əhatə edən bu islahatlar artıq səmərə verməyə başlayıb və iqtisadiyyatımızda sabitlik təmin olunub. Ancaq gəlin millət vəkili Vahid Əhmədovun zamanında nümayiş etdirdiyi çabalamaları yada salaq. O, Milli Məclisin tribunasından, saytlardan, qəzet səhifələrindən başlanan islahatlara qarşı əsassız arqumentlər irəli sürür, müxtəlif iqtisadi "nəzəriyyələrlə" islahatların əhəmiyyətini, lazımi səmərə verməyəcəyini və yaxud islahatların icra mexanizmlərinin düzgün olmadığını "əsaslandırmağa" çalışırdı. Vahid Əhmədovun vurnuxmalarından asılı olmayaraq ölkəmizdə islahatlara başlanıldı, dəyişikliklər də göz qabağındadır. Dəyişməyən isə Vahid Əhmədovun xislətidir. O yenə də atəş hədəfi axtarır, narazılığını ifadə edir. Vahid Əhmədov özünü hamıdan ağıllı göstərməyə çalışaraq iqtisadi inkişafın permanentliyi, islahatların tədricən səmərə verməsi kimi hər kəsə bəlli olan sadə həqiqətləri də cəmiyyətə tənqidi notlarla çatdırmağa səy göstərir. O, böhrandan sonrakı ilk vaxtlarda əldə olunan uğurlara, çətinliklərin tədricən dəf edilməsinə hiss olunacaq bir qısqanclıqla yanaşaraq yenə də ağ paltardakı qara ləkələrdən bəhs edir. Ondan soruşmaq istəyirsən: Kim daha böyük nəticələrin əldə olunmasını istəmir? Məgər dövlətin siyasi iradəsi ona yönəlməyibmi ki, Azərbaycan qlobal böhranın təsirini daha az hiss etsin və ölkəmiz xarici mənfi təsirlərə daha artıq dərəcədə müqavimət göstərə bilsin? Vahid Əhmədov qlobal iqtisadi proseslərdən o dərəcədəmi bixəbərdir ki, Azərbaycanın indiki şəraitdə qazandığı uğurları şübhə altına alsın? Məgər "iqtisadçı ekspert" bilmirmi ki, indiki kataklizmlər dövründə iqtisadiyyatda miqyası kiçik rəqəmlərlə ölçülsə də, hansısa uğurlara imza atmaq çox çətindir? Bəs Vahid Əhmədov niyə ağzına su alaraq qlobal reytinq agentliklərinin Azərbaycan iqtisadiyyatının rəqabətqabiliyyətliliyini yüksək qiymətləndirmələrindən, ölkəmizdə 2017-ci, 2018-ci və 2019-cu illərdə ümumi daxili məhsul istehsalının artacağını proqnozlaşdırmalarından bir kəlmə də olsun danışmır?

Əhmədov müqayisələr apara bilmir?

Vahid Əhmədovun qeyri-iqtisadi məntiqə söykənən açıqlamaları iqtisadi təxribatdır
Əlbəttə, Vahid Əhmədovun "menyusunda" iqtisadi perspektivlərlə bağlı "proqnozlar" da saysız-hesabsızdır. Sanki xarici mənfi təsirlərin yaratdığı və bir çox çətinliklərlə müşayiət olunan şəraitdə onun əlinə fürsət düşüb - hamını qaralayır, böhran meyillərinin dərinləşəcəyini deyir, ölkənin, əhalinin çıxılmaz vəziyyətə düşəcəyinin anonsunu verir... Lakin Vahid Əhmədovun proqnozlarının yeganə "əsası" varsa da, o da yenə də populizmdir. Onun dediklərində zərrə qədər də olsa, elmi-iqtisadi əsaslandırma yoxdur. O, ənənəvi ampluasında qalaraq heç nəyə yaramayan proqnozları ilə insanlarda bədbinlik yaratmağa, cəmiyyəti ümidsizliyə sürükləməyə çalışır.

Ötən il Azərbaycanda devalvasiyadan sonrakı mərhələdə görülən tədbirlər nəticəsində ölkə iqtisadiyyatında ciddi sabitləşmə meyllərinin müşahidə olunduğu bir vaxtda görünür, proseslərin bu cür müsbət məcrada inkişafı Vahid Əhmədovu narahat edib ki, o, ictimai rəyi manipulyasiyaya məruz qoymaq üçün dərhal növbəti bədbin "proqnozunu" dövriyyəyə buraxdı. Vahid Əhmədov ötən ilin dekabrında verdiyi açıqlamasında doların 2 manata qədər bahalaşacağını (?) bildirmişdi. Budur, aradan 6 aya qədər vaxt keçib və V.Əhmədovun arzuladığı bahalaşma dalğasından söhbət belə gedə bilməz. Əksinə, son dövrlərdə manatın dollara nəzərən möhkəmlənməsi prosesi müşahidə edilməkdədir.

Yaxud Vahid Əhmədovun ötən ilin noyabr ayında guya 2017-ci ilin daha çətin və ağır il olacağı ilə bağlı cəmiyyətdə narahatçılıq yaratmaq məqsədilə səsləndirdiyi fikirləri də bumeranq effekti kimi özünə qayıtmaqdadır. Çünki 2017-ci ilin birinci rübünün yekunları onu göstərir ki, Azərbaycan iqtisadiyyatı çox dinamik şəkildə inkişaf edir. Bunu sözügedən dövrdə iqtisadi prosesləri ifadə edən rəqəmlər də təsdiqləyir. Məsələn, cari ilin ilk rübündə iqtisadiyyatın qeyri-neft sektoru 2,4 faiz artıb, qeyri-neft sənayemizin artımı 2 faiz səviyyəsində olub. Bu dövrdə kənd təsərrüfatı 3,5 faiz artıb. Birinci rübdə ölkəmizin valyuta ehtiyatları 1 milyard dollar səviyyəsində artıb. Hazırda Azərbaycanın valyuta ehtiyatları 38,5 milyard dollardır. Bu ilin üç ayında ticarət dövriyyəsi 15 faiz, ixrac təxminən 50 faiz artıb.

Göründüyü kimi, V.Əhmədovun bu proqnozu da boş çıxıb. Bu kimi fikirlərin gündəmə gətirilməsi şübhə yoxdur ki, özünü ekspert adlandıran şəxsin iqtisadi sahədəki biliklərinin kasadlığından irəli gəlməklə yanaşı, həm də bir daha onun təxribatçı fəaliyyətinin ifadəsi kimi də qəbul oluna bilər.

Tarixdən də bəlli olduğu kimi, ziyalılar, nüfuz sahibi olan insanlar cəmiyyətdə həmişə aparıcı, stimulverici bir qüvvə kimi çıxış ediblər. Onlar inkişafın hansısa çətin dönəmlərində milli mənafe naminə səfərbər olunaraq reallığı düzgün qiymətləndirməklə cəmiyyəti pozitiv əhval-ruhiyyəyə kökləyiblər, insanları bədbinliyə qapılmağa qoymayıblar. Özünü iqtisadçı ekspert sayan Vahid Əhmədovun timsalında isə biz qeyri-ciddi, heç bir iqtisadi əsaslandırması olmayan populist açıqlamaları ilə insanları çaşdıran təxribatçı bir simanın şahidi oluruq. Azərbaycan cəmiyyəti çox haqlı olaraq onun daşıdığı yüksək statusu ilə bir araya sığmayan təxribatçı çıxışlarını qətiyyətlə pisləyir".


Sonxeber.az
Telegramda izləyin
Hadisə   Baxılıb: 4358   Tarix: 20 may 2017  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Bir kişi yol kənarında ölü tapılıb - VİDEO

Biləcikdə Suriya vətəndaşı olan bir kişi yol kənarında ölü vəziyyətdə aşkar edilib. türk mediasına istinadən xəbər verir ki, hadisə ilə bağlı əldə olunan məlumata görə, saat 20:30 radələrində Ertuğrulgazi məhəlləsində, Kent Ormanı Özgen Villaları yolunda yerdə hərəkətsiz uzanan bir şəxsi görən vətəndaşla

17 dekabr
.

Pekində muzeydə insident: 2 kiloqramlıq qızıl tac zədələndi, ziyan 90 min manata yaxın - VİDEO

Çinin paytaxtı Pekində yerləşən muzeylərdən birində xoşagəlməz hadisə baş verib. xarici mediaya istinadən xəbər verir ki, təxminən 2 kiloqram saf qızıldan hazırlanmış xüsusi bir tac uşağın vitrininə toxunması nəticəsində yerə düşüb. Məlumata görə, yerə düşən qızıl tac gözəllik fenomeni Zhang Kaiyini

17 dekabr
.

Boşanmaq üzrə olduğu həyat yoldaşına cəhənnəm yaşatdı - VİDEO

İstanbulun Kağıthane rayonunda boşanma mərhələsində olduğu həyat yoldaşı tərəfindən bir qadına küçənin ortasında fiziki və silahlı hücum edilib. türk mediasına istinadən xəbər verir ki, hadisə 13 dekabr, şənbə günü saat 14:00 radələrində Çağlayan məhəlləsində baş verib. Əldə olunan məlumata görə, Yağmu

17 dekabr
.

Azərbaycanda bu tarixdə 12 DƏRƏCƏ ŞAXTA OLACAQ - XƏBƏRDARLIQ

Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Son xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Məlumata əsasən gecə və axşam bəzi yerlərdə yağış yağacağı ehtimalı var. Şimal-qərb küləyi gündü

20 dekabr
.

İştahsız pişiklərini baytara aparan cütlük görün nəylə üzləşdilər

Türkiyənin Mersin şəhərində pişiklərini baytar müayinəsinə aparan cütlük gözləmədikləri bir həqiqətlə üzləşib. Ramazan Alper İlten və nişanlısı Fatma Zühal Yurdagül qar gəzintisi üçün Toroslar rayonunun yüksək dağlıq ərazisində yerləşən Arslanköy məhəlləsinə gediblər. Gəzinti zamanı mehriban davranışlar

17 dekabr
.

Səhər gəzintisinə çıxan qadın 31 şagirdin həyatını xilas edib

Bursanın Nilüfer rayonunda səhər saatlarında gəzintiyə çıxan yaşlı bir qadının "sürüşmə var" deyə xəbər verdiyi istinad divarı və ona bitişik gəzinti yolu 9 saat sonra məhəllədə yerləşən məscidin və eyni həyətdə fəaliyyət göstərən Quran kursunun üzərinə uçub. türk mediasına istinadən xəbə

19 dekabr
.

Sevgilisinin arvadının iş yerinə gedərək - Onu təhqir etdi

Sabirabad rayonunda qadınlar arasında xoşagəlməz hadisə baş verib. "Qafqazinfo" xəbər verir ki, rayonun kəndlərindən birində 44 yaşlı qadın sevgi münasibətində yaşadığı kişinin həyat yoldaşının iş yerinə hücum edib. Belə ki, təhsil müəssisələrinin birində katibə-makinaçı işləyən S.Həsənov

17 dekabr
.

Bu toyuqları almayın - AÇIQLAMA

Toyuq əti Azərbaycanda ən çox istehlak olunan qida məhsullarından biridir. Lakin mütəxəssislər xəbərdarlıq edirlər ki, bəzi hallarda toyuq əti sağlamlıq üçün ciddi təhlükə yarada bilər. xəbər verir ki, qida təhlükəsizliyi üzrə mütəxəssisi Ağa Salmanovun sözlərinə görə, risk əsasən istehsal, saxlanm

21 dekabr
.

Qaradağ rayonunda 48 ədəd kombi oğurlayan şəxs saxlanılıb

Qaradağ rayonu ərazisində oğurluq hadisəsi qeydə alınıb. Naməlum şəxs bir yarımtikilidən ümumi dəyəri 1 400 manat olan inşaat materiallarını hissə-hissə oğurlayaraq satıb. xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb. Bildirilib ki, Qaradağ RPİ 11-ci Polis Şöbəsi əməkdaşlarını

20 dekabr