Azərbaycanlı məşhurun səhhəti qəfil pisləşdi

Azərbaycanlı məşhurun səhhəti qəfil pisləşdiBu gün Azərbaycan Respublikasının xalq artisti, tanınmış televiziya diktor Ofeliya Sənaninin doğum günüdür. Onun 75 yaşı tamam olur.
Ofeliya Sənani Azərbaycan Dövlət Universitetini bitirib (1966). Məşhur diktor Gültəkin Cabbarlının yetirməsidir. 1959-1975-illərdə radioda işləyib, bir sıra radio tamaşalarında baş rollarda çıxış edib. 1975-ci ildən bu yaxınlaradək Azrbaycan Dövlət Televiziyasında diktor işləyib. 1960-1990-cı illərdə eyni zamanda "Azərbaycanfilm" kinostudiyasının dublyaj şöbəsində işləyib, 100-dən artıq filmin baş qəhrəmanını səsləndirib. Ofelya Sənani həmçinin bir sıra kinofilmlərdə çəkilib.

Ofeliya xanım bildirib ki, bu il ad gününü qeyd etməyəcək:

"Artıq Validdən (həyat yoldaşı, mərhum diktor) sonra ad günlərimi qeyd etməyi sevmirəm. Əvvəllər yığışıb bir yerdə qeyd edərdik. Qohumları, yaxınları ətrafımıza toplayıb ad günümü çox şən keçirərdik. Valideynlərim sağ olan zaman doğum günümdə bizə gələrdilər. Həmçinin bacım-qardaşlarım, onların övladları da bizə yığışardı. Biz ailədə dörd uşaq olmuşuq, iki qardaş və iki bacı. Əvvəllər ad günümdə cürbəcür salatlar, yeməklər bişirib hər kəsi dəvət edirdik. Heç yorulmurduq. Amma indi mənim ətrafımdakı qohumlarımın heç biri evdə ad günü qeyd etmir, əksəriyyət restoranlara üstünlük verir.

Lakin mən indiyə kimi ad günümü ancaq evdə keçirmişəm. Sadəcə, Musa Nağıyevin qızı Dilarə Nağıyeva 70 illik yubileyimi mənim üçün təşkil etdi. Doğum günümü Musa Nağıyevin adına olan ev muzeyində keçirdik. Düzdür, həmin vaxt Valid dünyasını təzə dəyişmişdi. Amma ətrafımda olan insanlar doğum günüm üçün məni tez-tez məclislərə dəvət edirdilər. İndi yaş da artıb. Heç geyinməyə həvəsim yoxdur, nəinki, restorana getməyə və ya ad günü keçirməyə".

Ofeliya Sənani həmçinin bildirib ki, hazırda heç bir işlə məşğul olmur. Eyni zamanda diktorun səhhəti də yaxşı deyil.

"Heç yerə getmək istəmirəm, heç bir kanalın dəvətini qəbul etmirəm. Elə istəyirəm evdə oturub televiziyaya baxım. Hazırda heç bir işlə məşğul deyiləm, istirahət edirəm. Nitq mədəniyyətindən dərs demək üçün çox yerdən dəvət gəldi, amma gücüm yoxdur. Bir gün gedib, üç gün getməsəm, onlara böyük hörmətsizlik olar. Ona görə qəbul etmədim. Səhhətim də qətiyyən yaxşı deyil. Çox tez yoruluram, fəqərə sütunumda ağrılar olur. Bu səbəbdən heç yerə çıxa bilmirəm".

Mənbə:modern.az


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Mədəniyyət   Baxılıb: 3757   Tarix: 26 may 2017  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

16 ay teatrsız qalan aktyorlardan ETİRAZ: Biz yaşamırıq

Artıq iki ilə yaxındır ki, pandemiya ilə əlaqədar bir çox məkanlar, mədəniyyət ocaqları, eləcə də teatrların fəaliyyəti dayandırılıb. Bu müddət ərzində isə bir çox teatrların əməkdaşları işsiz qalıblar. Sənət adamlarından kimi sosial şəbəkədə etirazını bildirib, kimi Operativ Qərargaha səslənib. Sonxeber.azxəbə

25 avqust 2021
.

Səyyad Əlizadə ECMO cihazına qoşuldu - YENİLƏNİB

Koronavirusa yoluxan sənətçi Səyyad Əlizadə ECMO cihazına qoşulub. Bu barədə -a onun qohumu Razim Qasımov məlumat verib. O bildirib ki, sənətçinin ağciyərlərinin yalnız 30 faizi çalışır:. "Ciyərlərin 70 %-də buzlu şüşə aşkarlanıb. Müalicəsi davam etdirilir. Süni koma vəziyyətində saxlanılır"

17 sentyabr 2021
.

Muzasız mümkün deyil: Məşhur yazıçıların "ilham pərisi" kim olub?

Yaradıcı adamların həyatında "ilham pərisi"nin xüsusi əhəmiyyəti var. Kiminin düşüncəsində bu, elə doğrudan da, gözəgörünməz, ilahi bir varlıq, kimi üçünsə də adi, sıradan bir insandır - yaradıcı adama sevgi verən, ruh verən bir insan. Yaratdığı həyəcandan yaradıcı qələmini hərəkətə gətirə

31 iyul 2021
.

"Fəryad 2" filmi çəkilir

Vətən müharibəsinə həsr olunmuş, kinorejissor Vaqif Mustafayevin şərti adlandırılan "Fəryad 2" filminin çəkilişlərinə hazırlıq prosesi gedir. -a istinadən xəbər verir ki, bu barədə "Azərbaycanfilm" kinostudiyasının direktoru Fariz Əhmədov məlumat verib. O bildirib ki, Hadrut və Bakıd

8 iyul 2021
.

Məşhur filmin treyleri rekord izlənmə sayı toplayıb - VİDEO

"Hörümçək adam: Evə yol yoxdur" (Spider-Man: No Way Home) filminin treyleri rekord izlənmə sayı toplayıb. -a istinadən xəbər verir ki, yayımlandığı ilk sutka ərzində müxtəlif sosial şəbəkə və platformalarda videonu 355.5 milyon nəfər izləyib. Qeyd edək ki, öncəki rekord 289 milyon baxışla "Qısasçılar

27 avqust 2021
.

Xalq Artisti atası tərəfindən döyülüb - SƏBƏB

Xalq artisti Şamil Süleymanlı atası tərəfindən döyüldüyünü etiraf edib. axşam.az-a istinadən xəbər verir ki, aktyor bu haqda "Bizimləsən" proqramında danışıb. O, atasının onun aktyor olmasını istəmədiyini deyib:. "Atam yaxşı edib məni döyüb. Yanımızda tibb universitetinin rektoru yaşayır

23 iyun 2021
.

"Kinoteatrların açılması təqdirəlayiq olar" - DEPUTAT

Artıq iki ilə yaxındır ki, ölkəmizdəki pandemiya səbəbindən tamaşaçılar teatr, kinoteatr və konsert zallarına həsrət qalıblar. Hər sahədə, az da olsa, yumşalmalar var, hətta toy məclislərinin keçirilməsinə, iri ticarət obyektlərinin açılmasına icazə verilib, lakin nədənsə kinoteatrlar və teatrların açılmas

18 avqust 2021
.

69 yaşlı Əməkdar artist plastik əməliyyatdan sonra - FOTOLAR

Xəbər verdiyimiz kimi, 69 yaşlı Əməkdar artist Vahid Əliyev plastik əməliyyat etdirib. xəbər verir ki, aktyor üzünə kök hüceyrə etdirərək qırışlardan xilas olub. V.Əliyev əməliyyatdan 3 gün sonrakı görüntülərini yayımlayıb. Aktyorun üzündəki qırışların açıldığı diqqət çəkib

28 iyun 2021
.

Sayı 100-dən artıq Gəncə bəy evləri – VİDEO

Gəncə bəylərinin evinin yaşı XVII əsrin əvvəllərinə təsadüf edir. XVII əsrin ortaları və XIX əsrin əvvəllərində xüsusi memarlıq üslubunda tikilən belə evlərin sayı daha da artıb. Buna səbəb XVII əsrdən başlayaraq Gəncədə yaşayan və əsasən ticarətlə məşğul olan insanların digər ölkələrlə ticarət əlaqələr

12 sentyabr 2021