Dünyasını dəyişən azərbaycanlı nazir kimdir?
Azərbaycan ictimaiyyətinə ağır itki üz verib. Xəbər verdiyimiz kimi, Türkiyənin İstanbul şəhərində müalicə olunan energetika naziri Natiq Əliyev bu gün dünyasını dəyişib. Sonxeber.az nazirin qısa bioqrafiyasını təqdim edir:
Natiq Əliyev 1947-ci il noyabrın 23-də Bakı şəhərində anadan olmuşdur. 1965-ci ildə orta məktəbi, 1970-ci ildə M.Əzizbəyov adına Azərbaycan Neft və Kimya İnstitutunu dağ mühəndis-geoloqu ixtisası üzrə bitirmişdir.
İnstitutu bitirdikdən sonra "Xəzərdənizneftqazsənaye" Ümumittifaq İstehsalat Birliyinin "Azdənizneftkəşfiyyat" trestində, Kompleks dəniz geoloji-kəşfiyyat kontorunda işləmişdir. 1971-ci ildən Azərbaycan Elmlər Akademiyasının Geologiya İnstitutunun aspiranturasında təhsil almış, 1974-cü ildən geologiya-mineralogiya elmləri namizədidir, böyük elmi işçi vəzifəsində işləmişdir.
1979-cu ildə "Xəzərdənizneftqazsənaye" Ümumittifaq İstehsalat Birliyinin Kompleks dəniz geoloji-kəşfiyyat kontorunda geologiya şöbəsinin rəisi vəzifəsinə təyin olunmuşdur. 1984-cü ildən Azərbaycan Respublikası Kommunist Partiyası Mərkəzi Komitəsinin aparatında neft və kimya şöbəsində təlimatçı, sonra isə sosial-iqtisadi inkişaf şöbəsinin bölmə müdiri vəzifələrində işləmişdir. 1993-cü ildən 2005-ci ilə qədər Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Prezidenti və Direktorlar Şurasının sədri, 1994-cü ildən Azəri-Çıraq-Günəşli yataqlarının işlənməsi üzrə layihənin Rəhbər Komitəsinin sədri, 2002-ci ildən Bakı-Tbilisi-Ceyhan Şirkətinin (BTC Ko) Direktorlar Şurasının sədri olmuşdur. 2005-ci ildə Azərbaycan neftçilər konqresinin prezidenti seçilmişdir.
2005-2013-cü illərdə Azərbaycan Respublikasının Sənaye və Energetika naziri vəzifəsində çalışmışdır. Azərbaycan Respublikası Prezidentinin 22 oktyabr 2013-cü il tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının Energetika naziri vəzifəsinə təyin olunmuşdur.
100-dən artıq elmi işi, məqaləsi, kitabı dərc edilmişdir. Beynəlxalq Şərq Neft Akademiyasının akademiki, 2008-ci ildən iqtisad elmləri doktorudur. 2008-ci ildə Beynəlxalq Mühəndislik Akademiyasının (Rusiya Federasiyası, Moskva) müxbir üzvü seçilmişdir. Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyətinin 18 noyabr 2009-cu il tarixli qərarı ilə Respublika Elmi Tədqiqatların Təşkili və Əlaqələndirilməsi Şurasının üzvüdür. Neft sənayesinin inkişafında xidmətlərinə görə Azərbaycan Respublikası "Şöhrət" ordeni, Azərbaycan Respublikasının "Əməkdar mühəndisi" fəxri adı, Gürcüstanın "Şərəf" ordeni, Fransanın "Milli Fəxri Legion" ordeni, Polşanın "Böyük Komandor Xaçı" Ordeni, Beynəlxalq Akademiyaların orden və medalları ilə təltif olunmuşdur.
Türkiyənin İstanbul şəhərində müalicə olunan energetika naziri Natiq Əliyev 9 iyun 2017-ci il tarixində dünyasını dəyişib.

Sonxeber.az
Telegramda izləyin
Hadisə Baxılıb: 4253 Tarix: 09 iyun 2017
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşQocalar evinin işçisi yaşlı kişini döyərək öldürüb - VİDEO
İstanbulun Böyükçəkməcə rayonunda fəaliyyət göstərən Özəl Böyük Marmara Qocalar evində 2023-cü ilin iyul ayına aid olduğu bildirilən görüntülər cəmiyyətdə böyük rezonans doğurub. türk mediasına istinadən xəbər verir ki, görüntülərdə yaşlı kişinin "Səhərdən bəri məni döyürlər" dediyi, bir şəxsi
17 dekabrFerması yanan kişinin sözləri diqqət çəkib
Türkiyənin Bolu vilayətinin Mudurnu rayonunda Niyazi Cengizə məxsus boş hind quşu fermasında baş verən yanğın yanğınsöndürənlərin müdaxiləsi ilə nəzarət altına alınıb. türk mediasına istinadən xəbər verir ki, Mudurnunun Hacıhalimlər kəndində yerləşən və 7 min tutumlu olan boş hind quşu fermasında naməlu
18 dekabrArabadan yıxılan 10 aylıq körpə öldü
Şamaxıda körpənin ölümü ilə nəticələnən bədbəxt hadisə baş verib. "Qafqazinfo" xəbər verir ki, dekabrın 17-si saat 05 radələrində 02.02.2025-ci il təvəllüdlü Elgün Elşən oğlu Süleymanov yaşadığı Şamaxı şəhəri Namazəliyev küçəsindəki evdə arabadan yıxılıb. Ehtiyatsızlıqdan yıxılan 10 aylıq körp
18 dekabrSevgilisinin keçmiş sevgilisini bıçaqlayraq öldürdü
Adananın Seyhan rayonunda baş verən qanlı hadisədə, keçmiş sevgilisini narahat etdiyi iddia edilən 19 yaşlı Murat İnanmaz gənc qadının yeni sevgilisi ilə yaranan dava zamanı bıçaqlanaraq həyatını itirib. Hadisə ilə əlaqədar 3 nəfər həbs olunub. türk mediasına istinadən xəbər verir ki, hadisə Seyhan rayonun
16 dekabrBalakəndə ağır qəza - Ölən və yaralananlar var
Balakən rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib. "Qafqazinfo" xəbər verir ki, hadisə bu gün saat 17 radələrində Talalar kəndi ərazisində olub. Belə ki, "VAZ-2106" və "VAZ-21015" markalı avtomobillər toqquşub. Nəticədə "VAZ-2106"nın sürücüsü, 30 yaşlı Əyyu
15 dekabrSürücülük vəsiqəsi olmayan şəxsin vurduğu 70 yaşlı kişi ölüb - VİDEO
Türkiyənin Sakarya şəhərinin Arifiye rayonunda sürücülük vəsiqəsi olmadığı iddia edilən sürücünün avtomobillə vurduğu 70 yaşlı kişi həyatını itirib. türk mediasına istinadən xəbər verir ki, qəza Arifiye rayonunun Arifbey məhəlləsi ərazisində, D-100 magistral yolunun Düzcə istiqamətində, piyada keçidin
16 dekabrGənc fenomen dünyasını dəyişdi
TikTok-dakı paylaşımları ilə geniş izləyici kütləsinə sahib olan gənc ulduz Tucker Genalın vəfat etdiyi bildirilib. türk mediasına istinadən xəbər verir ki, Genalın ölüm xəbərini 15 dekabrda qardaşları Carson və Connor Genal Instagram hesabları vasitəsilə paylaşaraq izləyiciləri ilə bölüşüblər. Onla
16 dekabrEvlilik ildönümündə ərinə aldığı hədiyyə böyük mübahisə yaratdı - VİDEO
Evlilik ildönümü münasibətilə ərinə qeyri-adi hədiyyə alan bir qadın sosial mediada geniş müzakirələrə səbəb olub. türk mediasına istinadən xəbər verir ki, qadın Taylandlı masajçılardan ibarət bir komandadan tibbi masaj xidməti satın alaraq bunu ərinə hədiyyə edib. O, hədiyyə ilə bağlı görüntüləri şəxs
16 dekabr