Azərbaycanda vəzifədə olarkən ölən məmurlar - SİYAHI

Azərbaycanda vəzifədə olarkən ölən məmurlar - SİYAHIAzərbaycanda iş fəaliyyətini davam etdirərkən dünyasını dəyişən bir çox məmur olub.

Sonxeber.az bildirir ki, A24.Az saytı olaraq, apardığımız araşdırmalar nəticəsində iş fəaliyyətini davam etdirərkən dünyasını dəyişən məmurların bir qismini tapmağa müvəffəq olduq.

1) Ramiz Mirzəyev – Sənaye və Energetika nazirinin müavini, AFFA-nın prezidenti – uzun sürən xərçəng xəstəliyindən sonra 30 oktyabr 2007-ci ildə vəfat edib. Qeyd edək ki, Ramiz Mirəzyev 1954-cü ildə Tovuz rayonunda anadan olub.

2) Nazim İsmayılov – ANAMA-nın direktoru – uzun sürən xəstəlikdən sonra 12 dekabr 2014-cü ildə axşam saatlarında vəfat edib. Qeyd edək ki, N.İsmayılov ANAMA yaradığı 1998-ci ildən agentliyin rəhbəri vəzifəsində çalışıb.

3) Zəhra Quliyeva – Azərbaycan Respublikası Qadın Problemləri üzrə Dövlət Komitəsinin sədri (1998 — 2005). Tibb elmləri doktoru Zəhra Quliyeva 1923-cü ildə Bakıda anadan olub. 2005-ci ildə 82 yaşında vəfat edib.

4) Arif Vəliyev – Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin sədri (1993 — 2014). 1943-cü ildə Ağstafa rayonunda anadan olan Arif Vəliyev müstəqillik illərində komitə sədri təyin olunub. 23 iyun 2014-cü ildə vəfat edib.

5) Mahmud Kərimov – Azərbaycan Milli Elmlər Akademiyasının sabiq prezidenti (2001-2013). 1948-ci ildə Yerevan şəhərində anadan olan Mahmud Kərimov 2001-ci ildə AMEA-nın prezidenti təyin olunub. Fizika-riyaziyyat elmləri doktoru olan Mahmud Kərimov 10 fevral 2013-cü ildə Türkiyə klinikalarından birində gecə saatlarında ürək tutmasından dünyasını dəyişib.

6) Valeh Bərşadlı – Azərbaycanın ilk müdafiə naziri olan Valeh Bərşadlı 1927-ci ildə Qubadlı rayonunda anadan olub. 50 yaşında sovet ordusunda general-leytenant rütbəsi almış ilk azərbaycanlıdır. 5 sentyabr 1991 — 11 dekabr 1991 -ci ildə müstəqil Azərbaycanın ilk müdafiə naziri vəzifəsini icra edib. 1999-cu ilin mayın 15-də vəfat edib. Azərbaycanın sabiq prezidenti Əbülfəz Elçibəy Valeh Bərşadlını Naxçıvanski adına hərbi məktəbə rəis təyin edib. 1999-cu ildə bu vəzifəni icra etdiyi vaxtlarda dünyasını dəyişib.

7) Elçin Behbudov – İşgəncələrə Qarşı Azərbaycan Komitəsinin ilk sədri olub (2002 – 2015). 1960-cı il fevralın 23-də Bakıda anadan olub. 2002-ci ildən etibarən İşgəncələrə Qarşı Azərbaycan Komitəsinin sədri seçilib. Şəkərli diabet xəstəliyindən əziyyət çəkən E.Behbudov 2015-ci ilin noyabr ayında ürək tutmasından keçinib.

8) Natiq Əliyev – Natiq Əliyev 1947-ci ildə Bakıda anadan olub. 1993-cü ildən 2005-ci ilə qədər o, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Prezidenti və Direktorlar şurasının sədri vəzifəsində çalışıb. 2005-ci ildən 2013-cü illədək Azərbaycan Respublikası Sənaye və Energetika Naziri vəzifəsində işləyib. 2013-cü ilin 22 oktyabr tarixində isə o, Azərbaycan Respublikası Energetika Naziri vəzifəsinə təyin edilib. Səhhətində yaranan problemlərlə əlaqədar iyunun 4-5-nə keçən gecə Türkiyəyə aparılıb. 9 iyun 2017-ci ildə vəfat edib.

Məsələ ilə əlaqədar araşdırmamızı davam etdirəcəyik…

9) Süleyman Tatlıyev – Süleyman Bayram oğlu Tatlıyev (27 fevral 1925-ci il, Dağ Kəsəmən kəndi, Qazax rayonu, Azərbaycan SSR – 9 mart 2014-cü il, Bakı, Azərbaycan Respublikası) — Azərbaycanın görkəmli ictimai-siyasi və dövlət xadimi, Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin sədri (1985-1989), Azərbaycan Ticarət və Sənaye Palatasının prezidenti (1994-2014).

Bir neçə çağırış Azərbaycan SSR Ali Sovetinin və SSRİ Ali Sovetinin deputatı seçilib. Süleyman Tatlıyevin əməyi dövlət tərəfindən yüksək qiymətləndirilib. O, bir sıra orden və medallarla təltif edilib, o cümlədən müstəqil Azərbaycan Respublikasının ali mükafatı olan "Şöhrət" ordeninə layiq görülüb.

Azərbaycanın görkəmli ictimai-siyasi və dövlət xadimi Süleyman Bayram oğlu Tatlıyev 9 mart 2014-cü ildə vəfat etmişdir.


Sonxeber.az
Telegramda izləyin
Maraqlı   Baxılıb: 4461   Tarix: 14 iyun 2017  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Tarixin ən uzun uçuşu: quşlar eniş etmədən nə qədər uça bilər?

Təxminən bir sutka davam edən Avstraliyaya uçuş uzun səfər kimi görünə bilər, lakin uzunqanad adlanan quşun bacardığı ilə müqayisədə bu, xırda bir məsələdir. Bir çoxumuz bir neçə saatdan sonra narahat olmağa başlayırıq, özü də yerimizdə oturduğumuz halda. İndi isə təsəvvür edin ki, havada qalmaq üçü

15 dekabr
.

Qaraciyərin iltihabına səbəb olan virusu 15 dəqiqə ərzində aşkarlayan üsul tapılıb

ABŞ alimləri qaraciyərin iltihabına səbəb olan hepatit C virusunu cəmi 15 dəqiqə ərzində aşkar edən diaqnostik sistem hazırlayıblar. "The Journal of Infectious Diseases" nəşrinə istinadən xəbər verir ki, bu sürətli diaqnostik proses qaraciyərə təsir edən viral infeksiyanın dərhal təsdiqlənməsin

12 dekabr
.

Soyuqdəymə və qrip arasında fərqi necə müəyyən etmək olar?

"Soyuqdəymə və qrip arasındakı əsas fərqlərdən biri simptomların inkişaf sürətidir". "El Periódico de España" nəşrinə istinadən xəbər verir ki, bu barədə ispaniyalı həkim, pulmonoloq Maksimo Qomes danışıb. Mütəxəssis qeyd edib ki, qrip kəskin şəkildə başlayır və yüksək hərarət, əzəl

12 dekabr
.

Evin açarını harada gizlətmək olmaz?

Bir çox ev sahiblərinin seçdiyi açarı gizlətmə nöqtələrini oğrular yaxşı tanıyır və ilk yoxlanılan yerlərdir. xarici mediaya istinadla riskli nöqtələr barədə xəbər verir. Qapıdakı xalçanın altı - ən məşhur və eyni zamanda ən təhlükəli gizlətmə yeri hesab olunur. Poçt qutusu - hər kəs tərəfindən asanlıql

12 dekabr
.

Südə limon suyu sıxanda görün nə baş verir - Marketə getməyə ehtiyac qalmadı - VİDEO

Evdə təbii pendir hazırlamaq prosesi sadə addımlarla həyata keçirilə bilər və bunun üçün yalnız süd və limon suyu kifayətdir. xəbər verir ki, bu üsul həm təhlükəsiz, həm də qənaətcil variantdır. Prosesi belə həyata keçirmək mümkündür: Süd orta istilikdə qızdırılır, qaynamağa başlamamalıdır. Daha sonr

14 dekabr
.

Dünyaca məşhur futbolçu yolka bəzəyərkən özünü yaraladı! Milyonların izləyəcəyi oyunda iştirak edə bilməyəcək!

Mançester Sitinin müdafiəçisi Con Stounz ilin sonuna doğru uğursuz hadisə ilə üzləşib. xarici mediaya istinadən xəbər verir ki, 31 yaşlı futbolçu evində yolka bəzəyərkən ehtiyatsızlıq nəticəsində özünü yaralayıb. Hadisə zamanı müdafiəçinin əlindən xəsarət aldığı bildirilir. Hadisədən sonra Stounzun UEF

10 dekabr
.

Yeməkdən dərhal sonra çay içməyin - Zərəri

Çayın bütün növləri orqanizmdən dəmiri yuyub çıxara bilər. xəbər verir ki, çay orqanizmə mənfi təsir göstərə bilər. Çay dünyanın ən məşhur içkilərindən biridir və onun müxtəlif növlərinin faydaları haqqında çoxsaylı araşdırmalar mövcuddur. Lakin çayın qəbulu bəzi hallarda olduqca xoşagəlməz yan təsirlər

16 dekabr
.

İki şagirdin nümunəvi davranışı: Aldıqları suyu kameraya göstərib, pulunu masaya qoydular - VİDEO

Amasyanın Gümüşhacıköy rayonunda motosiklet ustasının yanında çalışan iki şagird nümunəvi davranışları ilə sosial mediada gündəm olub. türk mediasına istinadən xəbər verir ki, 16 yaşlarında olan Efecan Şekerci və Dağhan Bulut təhsil aldıqları Mesleki Təhsil Mərkəzinin (MESEM) yerləşdiyi Gümüşhacıkö

11 dekabr
.

Qripin dərmanı bu meyvədir! "Portağal və limonu geridə buraxır" - MÜTƏXƏSSİS AÇIQLADI

Qış aylarında mürəbbəyi xatırladan sürpriz meyvə gündəmdə - Mütəxəssislər qızılcığın qripə qarşı güclü qoruyucu təsir göstərdiyini bildirir. Havanın soyuması ilə birlikdə qrip və soyuqdəymə hallarında artım müşahidə olunur. Bu səbəbdən insanlar immuniteti gücləndirmək üçün təbii vasitələrə üz tutur

11 dekabr